Kosmetologiyada balqabaq

Balqabağın toxumları karbohidrat və vitaminlərlə (C, B1, B2, РР, E, karotin) zəngindir. Onlarda şəkər, nişasta, mineral duzların ki­fayət qədər yüksək tərkibli quru maddələri vardır. Toxumlar 36-52% piy yağlarını özündə əks etdirir. Balqabağın sıyığı və çəkil­miş şirəsi bütün dəri növləri üçün elə canlandırıcı vasitədir. Şirə nazik tənzifə hopdurulur, sonra sıyıq tənzifə bənzər salfetə və ya üzə çəkilir. Kompress 15-20 dəqiqə üzə qoyulur və sonra ilıq su ilə yuyulur. Bu prosedur həftədə 2-3 dəfə aparılmaqla 15-20 kompres "kursu" keçilir. Sıyıq və şirəni bir-birini əvəz etməklə işlətmək da­ha məqsədəuyğundur. Üzə təravət vermək üçün balqabağın toxumlarından emulsiya hazırlayın. Toxumların qabıqlarını tə­mizləyin, sonra həvəngdəstədə əzin və l:10-a nisbətdə qaynadılmış suya salın, kütlə alınana kimi qaynadın. Alınan məhlulu üzə yaxın və 15-20 dəqiqədən sonra isti su ilə yuyun. Cizvə və xırda çatlardan tez bir zamanda azad olmaq üçün balqabağın his­sələrinin özünü də üzə sürtmək olar.
Balqabaqdan üz üçün əla maskalar da hazırlamaq olar.
Hər növ dəri üçün Üç xörək qaşığı bişirilmiş balqabaq sıyığına yumurta sarısı və bir çay qaşığı bal əlavə edin. Həmin maskanı soyumamış üzə çekin və 15-20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun. Belə maskadan sonra üzün dərisi təravətli görünəcəkdir.
Quru dəri üçün 2 xörək qaşığı bişirilmiş balqabağı 1 xörək qaşığı zeytun və ya digər bitki yağı ilə yaxşıca qarışdırın. Hazırlanmış maskanı üzə çekin və 20 dəqiqə keçdikdən sonra ilıq su ilə yuyun.
Çil və piqment ləkələrinin təmizlənməsi üçün Balqabaq toxumlarının qabıqlarını təmizləyin, bir qədər su ilə həvəngdəstədə döyün. Alınmış məhlulu 2:l-ə nisbətində bal ilə qarışdırın. Bu maskanı hər gün 30 dəqiqə olmaqla arzuolunan nəticəni alana kimi üzə qoyun.
Hər cür dəri qidalandırıcı maska
Bişmiş balqabağı smetanla (yağlı dəri üçün], yoqurtla (normal dəri üçün), süzmə ilə (quru dəri üçün) çalın. Maskaya 2-3 damcı A vitamini əlavə edin. Üzə yaxın və 20 dəqiqə saxlayın, sonra isə isti su ilə yuyun.
Yağlı dəri üçün təmizləyici maska
Adi balqabağı çiy şəkildə zülal ilə əzib qarışdırın və üzə qoyub 10 dəqiqə saxlayın, sonra isə soyuq su ilə yuyun.
Sürtgəcdən keçirilmiş balqabağı şaftalı yağı ilə qarışdırın. Məsələn, 1 çay qaşığı sürtgəcdən keçirilmiş balqabağa 1 çay qaşığı şaftalı yağı. Əlləri yağladıqdan sonra bir saat rezin əlcəkləri geyinmək lazımdır. Belə maskadan sonra dəri heyrətamiz zərifliyə malik olacaqdır.

0 şərh