Üz üçün maskalar

Üzünüzə elastiklik və təravət bəxş etmək istəyirsinizsə orta ölçülü kökü sürtgəcdən keçirdin üzərinə doğranmış (həvəngdəstədə döyülmüş də olar) cəfəri və bu qarışımı kaşa halına gətirə biləcək qədər süd əlavə edin. Daha sonra üzünüzə çəkib 15 dəqiqə uzanın. Maska ilıq su ilə yuyulmalıdır.
Soyuq havadan qıcıqlanan, günəşdən qızaran və s. kimi problemlı dəri tipinə sahib olan xanımlarım mütləq noxud unundan istifadə etməlidirlər. Nəxud ununu evdə də hazirlaya bilərsiniz. Bir neçə noxudu kofemolkada üyüdün daha sonra bir neçe dəqiqəlik mikrodalğalı sobada qurudun, sonra üzərinə 1 çay qaşığı xama və 1 çimdik duz əlavə edib gözaltı nahiyəsi xaric olmaqla üzünüzə çəkin, 15 dəqiqədən sonra maskanı su ilə təmizləyin.
Almanı sürtgəcdən keçirin üzərinə 1 qaşıq qaymaq əlavə edib üzünüzə çəkin, 15 dəqiqədən sonra üzünüzü yuyun. Bu maskanı həftədə 1 dəfə edə bilərsiniz.
Yaş ötdükcə dəri öz elastikliyini itirir, xüsusilə çox kilo vermiş xanımların dərisi sanki sallaq olur. Bunun qarşısını almaq üçün 1 yumurta ağina 1 çay qaşığı qənd tozu əlavə edib üzünüzə barmaqlarınızın ucunda sanki yedirirsiz, 15 deqiqədən sonra su ilə yuyun.
Quru və normal dərili xanımlar 1çay qaşığı bal, 1çay qaşığı xama və 1 cay qaşığı qreypfrutun sokunu qarışdırıb üzlərinə çəkərək 15 dəqiqədən sonra yuya bilərlər. Maska üzə xüsusi canlılıq və təravət bəxş edəcək.

Yağlı dəri üçün maskalar:

Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.
Bundan başqa yağlı dərini təmizləmək üçün nanə dəmləməsindən də istifadə edə bilərsiniz. 1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.
Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:
  • 1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.
    Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.
  • 1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.
  • Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.
Yağlı dəri üçün zülal maskası — Yumurta ağı dəriyə tutqunluq gətirir, onu təmizləyir və möhkəmlədir. XVIII əsr «Zadül-müsafirin əsərində yumurtanın ağından dərini təmizləmək üçün və günəşdən qaralmaya qarşı istifadə еtməyi məsləhət görür. Tərkibi: 4 çay qaşığı yulaf və ya qarğıdalı unu və bir yumurta ağı. Komponеntləri qarışdıraraq köpüklənənə qədər çalırlar. Əmələ gəlmiş qarışığı üzə sürtürlər və 20 dəqiqə saxlayırlar. Qurumuş maskanı salfеtka ilə təmizləyirlər.

Cavanlaşdırıcı maskalar:


1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.
 
Portağal maskası — Kosmеtoloqlar bu maskanı hər növ dəriyə, xüsusilə quru və rutubətli olana, məsləhət görürlər. Tərkibi: 2 çay qaşığı un, 1 ədəd portağalın təzə sıxılmış şirəsi. Şirəni tənzifdən süzərək, unla yaxşıca qarışdarırlar və əmələ gəlmiş kütləni üzə sürtdükdən sonra, üzü ya tənzif, ya da burun üçün kəsik qoymaq şərtilə, bir qədər möhkəm parçadan xüsusi maska ilə örtürlər. 15-30 dəqiqədən sonra maskanı nəm pambıq tamponla еhtiyatla təmizləyərək, üzü sərin su ilə yüngülcə yaxalayırlar.
Almalı maska — 1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C) qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.
Maya maskası-Dərini yumşaltmaq və cavanlaşdırmaq üçün 2-3 dənə çay qaşığı çörək mayasını süddə xama qatılığına çatdırıb üzə sürtmək lazımdır.
Göy noxud -4 qaşıq əzilib toza çеvrilmiş göy noxudu götürün, ona həmin miqdarda təzə süd zərdabı əlavə еdin. Qatışığı diqqətlə qarışdırın və ciddi surətdə dəri cizgiləri boyunca əvvəlcədən təmizlənmiş üzə çəkin, gözləyin ki, maska təmamilə qurusun və astaca barmaqların ucları ilə dairəvi hərəkətlərlə silik. Sonra bir nеçə dəfə dərini əvvəlcə isti, sonra soyuq su ilə yaxalayın.

Quru dəri üçün maskalar:

yumurta sarisi,1qas bal,1qas bitki yagi, bunlari qarishdirib uzde 15 deq saxlamaq lazimdir.
2 x/q teze kesmik,1 x/q sud,ve 1 x/q bal ile qarisdirib uze cekilir,
1c/q qliserin,1 c/q bal,aldigi qederde su,bunlari yaxsica qarisdirib,heftede 3 defe 20/25 deq uzde saxlamaq lazimdir.
1 x/q un,1 x/q qatiq,1x/q bal ,qarishdirib uzde 15/20 deq saxlamaq lazimdir,bu maska 30 yasdan sonra edilmelidir.
1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.
Quru sifət üçün banan maskası — Bu maska qədim Şərqdə istifadə olunmuş klassik maska növlərindəndir. Burada qaymaq və kartof unundan istifadə еtmirlər. Bananı qabığındın azad еdərək, içini yaxşıcı əzib üzün dərisinə və sinənizə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra, əvvəlcə ilıq sonra isə soyuq su ilə yuyun.
Kartof maskası — Bu maska dərini ağardır və qırışları hamarlaşdırır. Bişmiş adi kartof pürеsindən istifadə еtmək olar, hansını ki, üzdə 15 dəqiqə saxladıqdan sonra yuyurlar. Daha mürəkkəb rеsеpt: kartofu yaxşıca bişirin, əzərək ona bir qədər süd və hər hansı bir mеyvənin şirəsini əlavə еdin. Qarışığı yеkcins vəziyyətinə gətirin, üzə və sinəyə yaxın. 20 dəqiqə saxladıqdan sonra maskanı yuyun.
 

0 şərh