Saçınız həm sağlam, həm uzun olsun!

Saçın dərisindəki məsamələrin yağ və ya kirlə tutulması, saçların tökülməsinə səbəb olur. “Bunu etsəm, saçım daha gözəl olar” və ya “bunu etsəm, saçım daha canlı görünər” deyə tətbiq etdiyimiz üsullar çox vaxt saçlarımıza zərər verir.Saçların uzun və sağlam olması üçün, ilk növbədə, düzgün qidalanmaq lazımdır. Saçın dərisindəki məsamələrin yağ və ya kirlə tutulması, saçların tökülməsinə səbəb olur. “Bunu etsəm, saçım daha gözəl olar” və ya “bunu etsəm, saçım daha canlı görünər” deyə tətbiq etdiyimiz üsullar çox vaxt saçlarımıza zərər verir. 
Fen, jele, saç hamarlayan vasitələrdən mümkün qədər az istifadə etmək, saçın tipinə uyğun şampun seçmək lazımdır. Saçların uzanması, tökülməməsi, möhkəm, canlı və sağlam olması üçün bitkilərdən istifadə etmək daha əlverişlidir. Buna görə də sizə bəzi təkliflər veririk, oxuyun, tətbiq edin və nəticəsini görün! 

saçınız sağlam olsun1) Tərkİbİ:
* 1 ədəd soğan;
* 1 qəhvədan su.
Hazırlanması və tətbiqi:
Bir qəhvədan suyu qaynadın. Soğanı soyub, dilim-dilim doğrayın; qaynamaqda olan suya əlavə edin və yenidən 2-3 dəqiqə qaynadın, sonra ocağı söndürüb, 5 dəqiqə dəmə qoyun. Soğanın suyunu süzün, ilıq olandan sonra saçlarınızın diblərinə çəkərək masaj edin. Bir saatdan sonra bitki mənşəli şampunla yuyun.
Soğan suyunu həftədə bir dəfə saçlarınıza tətbiq edə bilərsiniz.
Qeyd: soğanın tərkibindəki kükürd saç tellərini gücləndirir, dərini sağlam saxlayır.

2) Tərkİbİ:
* 2 ədəd kök;
* 1 ədəd yumurta;
* 3 stəkan su.
HazIrlanmasI və tətbİqİ:
Kökləri sürtkəcdən keçirib, suda 25-30 dəqiqə qaynadın. Kökləri süzüb, suyuna yumurta əlavə edin. Və nəhayət qarışdırın. Sonra qarışığı saçınıza sürtün. Sürtdükdən təqribən bir və ya bir saat yarım sonra saçlarınızı şampunla yuyun. Bu qarışığı 1-2 həftə tətbiq edə bilərsiniz.

3) Tərkİbİ:
* qatıq;
* yumurta;
* limon şirəsi;
* xına.
HazIrlanmasI və tətbİqİ:
Adıçəkilən məhsulları birlikdə yoğurub, xəmir hazırlayın, saçınıza və saç dərinizə masaj edərək sürtün, bir saatdan sonra şampunla yuyun. Bu maska saç tökülməsi problemini aradan qaldırır.

Hazırlayan:Yeganə Məmmədova

0 şərh