Bu mövsümün aksessuarları

Yay hələ bitməyib. Qarşıda isə məxməri mövsüm var. Bu mövsümün də öz geyim növləri və aksessuarları var. Biz sizə hələlik məxməri mövsümün aksesuarlarından söhbət açacağıq. Əksəriyyət bu müddətdə, sentyabr-oktyabr aylarında istirahət etməyə üstünlük verir. Bəs bu mövsümdə hansı aksessuarlar dəbdə olacaq?
1. İri halqalı sırğalar.
2. Rəngarəng qolbaqlar. Belə qolbaqlar xanımların yayda günəşdən qaralmış qollarında gözəl və yaraşıqlı görsənir.
3. Kiçik gül çantaları.
4. Xanımların yayda günəşdən qaralmış sinəsinə yaraşıq verən iri boyunbağılar. Gecə ziyafətləri üçün isə qızılı və gümüşü dəniz elementlərini xatırladan bəzək əşyaları.
5. Məxməri mövsümün əsas aksesuarlarından biri də qara eynəklərdir. Tanınmış stilistlər xanımlara bu cür bəzək əşyalarından daha çox istifadə etməyi məsləhət görür.

Modelyerlərin fikrincə, bu mövsümdə müxtəlif məxməri zinət əşlyalarından da istifadə etmək olar.

Universal geyimlər

Elə geyim növləri var ki, onlar hamıya yaraşır və hər yerə geyinmək olar. Bunların sayı o qədər də çox deyil. Mütəxəssislər belə universal geyim növünün əsas beşliyini tərtib edib.
Cins gödəkçə -hər kəs üçün vacib geyimdir. Qarderobda imkan daxilində olmalıdır.Təkrar edirik, hər geyimlə uyğun gəlir və hər kəsə yaraşır. Bu gödəkçəni paltarla, şalvarla, köynəklə və yubka ilə geyinmək olar. Bir vacib şərti var: beldən aşağı olmamalıdır.
Uzun yubka -maksi, güllü, düz biçimli yubkalar xanımları qamətli göstərir. Hər bir xanıma bir cür yaraşır və gözəllik verir.


Tunika-paltarlar -bu geyim növü də bütün gənc xanımlara yaraşır. Naxışlı tunika-paltarlar uzun və dizə qədər də ola bilər. Əgər gözəl ayaqlarınız varsa, lap bir qədər dizdən yuxarı da ola bilər. Enli kəmərdən istifadə etməklə tunikanı paltar formasına sala bilərsiniz.
Qara şortlar -klassik qara şortlar ağ köynək və qara çəkmə ilə xanımlara xüsusi yaraşıq verir. Bu geyimlə xüsusi məclislərə də getmək olar.
Açıq çəhrayı bej rəngli pencək -bu pencəyi bir çox geyim növləri ilə yaraşdırmaq olar. Bu pencək xanımlara bir zəriflik və həm də ciddilik verir.
Bu da mütəxəssislərin məsləhət gördüyü 5 universal geyim. Hamıya, hər yerdə yaraşa bilər.

Əziz xanımlar, günəş kimi isiq saçın, ay kimi bərq vurun ki, məxməri mövsümdə ulduz kimi görünəsiz!

Mənbə: Itv.az/

Oxşar məqalələr

 

0 şərh