Makiyaj barədə bilmədiyiniz sirlər

Makiyajın üzünüzdə bir müddətə kimi qalmasını istəyirsinizsə makiyaja başlamazdan əvvəl mütləq dərinizi təmizləməlisiniz. Əks halda makiyajınızı etdikdən qısa bir müddət sonra belə makiyajınız günlər əvvəlinin makyajıymış kimi görünər.
Qüsursuz makiyaj üçün dərinizi yaxşıca təmizlədikdən sonra, tonik istifadə edə bilərsiniz. Daha sonra nəmləndiricilərdən istifadə edin və dəri tərəfindən dərinin tərkibinə yatmasını gözləyin. Ardından makyajınıza başlaya bilərsiniz.
Üzünüzdə ləkələr varsa, ton kremi istifadə lazım olacaq. Makiyaj edərkən ən əhəmiyyətli nöqtə gözlərdir. Baxışlarınızla çevrənizdəki insanları cəlb edə bilərsinizsə, deməli makiyajınız yaxşı edilmiş deməkdir. Bu mövzu da eyeliner sizə çox köməkçi olacaq.
makiyaj
Dodaq boyanızın qalıcı ola bilməsi üçün dodaq qələminizi dodağınızın hər yerinə, pomadasnı isə onun üzərinə sürtün. Makiyajınızın gün boyu qalıcı ola bilməsi üçün göz qələmi istifadə edin. Göz və kirpikləriniz üçün tuş lazım olacaq. Unutmayın ki, makiyajın məqsədi, "gözəl yerləri vurğulamaqdır."

Makiyajın bir neçə əsas nöqtələri
- Gözünüzə qələmi mütləq incə çəkin.
- Kirpik üçün tuşu hər vaxt iki qat sürün. İlk qatın qurumasını gözlədikdən sonra ikincini tətbiq edin.
- Göz qələmini əsla gözünüzün içinə çəkməyin. Bu, gözlərinizi olduğundan kiçik göstərər.
- Gözlərinizi iri göstərmək istəyirsinizsə, qələmi kirpiklərinizin içinə çəkin.

Quru dərilərdə nəm nisbətini necə qorumalısınız?
Quru dərilərdə nəm nisbətini itirmiş olduğunuz üçün, yaşlanma təsirləri digər dərilərə nisbətdə daha çoxdur.
- İsti, soyuq və günəş yaşlanma təsirini də daha çox artırır. Bu səbəbdən quru cildlərin digər dərilərə görə daha çox tədbir alması lazımdır.
Həmçinin bax:
Gözəl olmağın sirləri
loading...

3 şərh

Xrizoberil
makiyajdan istifadə etməsəmdə  maraqlı gəldi bəzi nüanslar )))
Zeyneb_Ehmedova
maraqlır bunları bilirdim yenə də sağolun.Bir şeyi qeyd edim makiyaj üzd çox qalanda dəri tez qocalır makijı yuduqdan sonra mütləq zeytun yağı vurmaq lazımdır dəri parlaq olur.və tonalni,pudranın altından mütləq nəmləndirici krem vurmaq lazımdır yoxsa üz dərisində xoşagəlməz tüklər əmələ gəlir
Silen_ce
Tuş çəkməmişdən əvvəl kipriklərinizi pudralayın. Bu halda kiprikləriniz daha yaxşı rənglənər.