Faydalı pəhriz

Əziz xanımlar və gözəl qızlar. Sizlinlə sınanılmış və xeyri görülmüş bir diet novü paylaşacam. Bu diet sayəsində üzümüz təravətli olacaq, özumüz isə artıq kalorilərlə vidalaşa biləcəyik və ən əsası sevdiyimiz yeməklərdən və "fastfood" lardan bizi heçnə ayırmayacaq. Necə deyərlər doyana kimi yemək artıq sərbəstdir.

Və keçək dietimizə

Düzəltdiyimiz qarışım səhər heçnə yeməmiş istifadə edilməlidir və 15gün istifadə edilib 15gün ara verilməlidir. Və bu qarışımı içdikdən sonra istədiyimiz yiməyləridə yeyə bilərik. Bir dəstə petruşka ve yarım limona 1stakan su əlavə edərək blenderdə qarışdırırıq (5dəq müdətində) çoxda qatı olmayan məhlul olana qədər.
Və hazırladığımız məhlulu içirik, 15 gün müddətində özünüz üzünüzdəki və qarın qisminizdəki dəyişikliyi görəcəksiz, çox az zəhmətlə düzəlir və gündə 1dəfə içilir,yaxın rəfiqələrimin əksəriyyəti istifadə edib və effekti görülüb, mən özüm şəxsən məsləhət görürəm itirəcəyiniz heçnə olmayacaq həm gözəl dəriniz həmdə gözəl bədən ölçüləriniz olacaq və bu dieti sizinlə də bölüşmək istədim.
arıqlamaq və pəhriz saxlamaq qızlar çün vacibdir

Amerikalı dermatoloq Nikolas Perrikone cəmi üç gün ərzində dərinin vəziyyətini yaxşılaşdırmağı vəd edən pəhriz hazırlayıb. Onun sözlərinə görə, effekt üzün dartılması ilə müqayisə oluna bilər. Trend-in məlumatına görə, xüsusi qida rasionu dərini səpmələrdən təmizləyir, onu dartaraq parlaq edir.
Belə yanaşmanın əsasında Perrikonenin şəkərin, duzun, alkoqolun və kofenin dərinin iltihabına təhrik etməsi barədə inamı durur. Bu isə artıq qocalma prosesini işə salır. Ona görə də həmin məhsulları müvafiq olaraq pəhrizdən çıxarmaq, onları dəriyə müsbət təsir edən məhsullarla əvəz etmək lazımdır. Onların sırasına tərkibində zəngin yağ turşuları omeqa-3 və antioksidantlar olan məhsullar daxildir. Bu birləşmələr dərinin hüceyrə qişasını müdafiə edir, onlara suyu saxlamaqda kömək edir. Həmçinin, çoxlu su içmək tövsiyə olunur.

Beləliklə, üç gün ərzində sizə əsasən somğa balığı, yaşıl tərəvəz, giləmeyvə və qoz yemək təklif olunur. Kofein, şəkər, alkoqol və duzla yanaşı, taxıl məhsullarından da imtina etmək lazım gəlir. Birinci günü üç yumurtanın omleti, somğa filesindən, bir ovuc cır mərsindən hazırlanmış sıyığla başlamaq lazımdır. Nahara yenə balıq, salat və giləmeyvə tələb olunur. Artıq şamda yeməyə bir qədər də tərəvəz əlavə olunur. Doğrudur, bu zaman bir tikə balqabaq (dərini rütubətləndirir) və yunan qozu yeməyə də icazə verilir.

İkinci gün birinci gündən çox da fərqlənmir. Üçüncü gün insan çəkisinin azaldığını hiss edir. Kofein və duzdan imtina şişkinlikdən xilas olmağa imkan verir. Bəzi mütəxəssislərin fikrincə, real olaraq hansısa dəyişikliyi görmək üçün bu pəhrizi altı həftəyə qədər saxlamaq lazımdır.

Həmçinin bax:

 

0 şərh