Hamiləlik zamanı özünüzə daha yaxşı qulluq edin

Dəri baxımı -Sizin dərinizin hamiləlik zamanı daha sağlam şəkildə nəfəs alması həmişəkindən  çoc daha vacibdi. Elə buna görədə yatmamışdan qabaq makyajınızı təmizləməli, üzünüzə və əllərinizə bəsləyici krem çəkməlisiniz. Bunları etmək sizin dəriniz üçün çox vacibdir.

Duş baxımı - Hamiləlik zamanı gundəlik duş qəbul etmək bir alışqanlığa çevrilməlidir. Çünkü bu dönəmdə tər vəzləri adi vəziyyətdən daha cox fəaliyyətdə olurlar. Duş qəbul edərkən suyun istiliyi 37-38 dərəcədən artıq olmamalıdı. Suyun cox istiliyi sağlamlığa ziyan vura bilər. Duş qəbulu vaxtı 15 dəqiqədən artıq olmamalıdı. Əks halda qanama keçirmə risqiniz artacaqdır. Duş qəbul edərkən qapini az maz aciq saxlayin əgər evdə heçkim yoxdursa tamamilə açıq saxlamağınız məsləhətdir.

Sinə nahiyəsi baxımı - Hamiləlik zamanı ən çox diqqət etməli oldugumuz sinə nahiyəsidi. Bu dönəmdə döşlərdə çatların yaranmaması üçün ilıq duşdan sonra döşləri nəmləndirici kremlərlə masaj etmək lazımdır. Əks təqdirdə sinəyə çox pis görünüş verən çatların yaranması qaçılmazdır. Sinə çatlamalarının yaranmaması üçün sinə nahiyəsini gündə iki dəfə soyuq suyla yumaq lazımdır.

Saç baxımı -
Hamiləlik vaxtı saçlara daha yaxşı forma vermək həmışəkindən daha çətin ola bilər. Saçlar parlaqlığını canlılığını itirirlər. Saçların te tez yuyulması və saç dibinə uyğun qulluq göstərilməsi bu problemi həll etməkdə kömək ols bilər.


Həmçinin bax: Hamiləlik haqqında, hamiləlikdə düzgün qidalanma

0 şərh