Gözəl ayaqlar üçün 5 addım

Qüsursuz ayaqlar insan gözəlliyinin ən başlıça özəlliklərindən biridir. Amma gün ərzində çox oturmaq, passiv həyat tərzi, idmandan yayınmaq, qeyri-sağlam qidalanmaq ayaqlarda sellülitin yaranmasına, damarların çıxmasına səbəb olur. Dərinin portağal qabığı görünüşündən azad olmaq düşündüyünüz qədər çətin deyil.

Birinci addım
Əgər oturaq işiniz varsa, 2-3 saatdan bir ayağa qalxıb gəzin. Daim eyni formada oturmayın. Həftədə ən azı 3 gün idmana vaxt ayırıb. Üzün, velosiped sürün və sairə ayaqları hərəkət etdirən idman növləri ilə məşğul olun. İdman qan dövranını gücləndirir.

İkinci addım
Unutmayın ki, sellülit artıq çəki ilə bağlı yaranan bir problem deyil. Bol-bol meyvə və tərəvəz yeyin. Ağ və ya qırmızı turp, pomidor, ispanaq, yerkökü, portağal, alma, çiyələk və moruğu mümkün olduğu qədər menyunuzdan əskik etməyin. Duz, şəkər, spirtli içki, tünd çay, şokolad, şirniyyatdan isə mümkün olduğu qədər qaçın.

Üçüncü addım
Hər şeyi unutmaq olar, amma su içməyi əsla. Gün ərzində bol-bol su için. Su dərinin nəm qalmasına kömək edir. A və E vitaminləri dərini hamarlaşdırır. C vitamini isə dan dövranını gücləndirir və damarların üzə çıxmasının qarşısını alır.

Dördüncü addım
Ayağa qulluq ən önəmli məsələdir. Arzuolunmayan tüklərdən canınızı qurtarın. Prosesdən sonra ayaqlara nəmləndirici kremlər sürtməyi, onlara qulluq etməyi ləngitməyin.

Beşinci addım
İlıq duş qəbul edin. duş zamanı ayaqları kisələyin. Çünki bu proses ayaqda olan ölü hüceyrələrdən qurtulmağınıza yardım edəcək. Duşdan sonra uşaqlar üçün yağlarla masaj edin. Nəticədə daha parlaq və yumşaq dəriyə malik olacaqsınız. Sellülit problemi olanlar isə onun əleyhinə olan kremlərə üstünlük verə bilərlər.

Mənbə: http://anspress.com/

2 şərh

rezerv
Bes rolik surmek nece? İdman olsun deye deyil, rolik surmeyi cox sevirem. Dunyani gozellik xilas edecek? Mence yasidan gorkeminden ve s. asili olmayaraq her kes idmanla mesgul olsa gozel, en azindan saglam olar. Ele saglamliq da en birinci gozellikdir.
rezerv
İdmanla mesgul olan oglanlarimiza ise (sid bedenliler istisna olmaqla) xususi sempatyam var.