Döşlər

Hər bir qadın döşlərinin gözəlliyinin zamanla azalmasından narahat olur. Dar alt paltarı seçərək onları dik tutmağa çalışır. Döşlər qadının bədən görünüşündə fiziki bütövlüyü tamamlayan həm funksional həm də estetik əhəmiyyəti olan orqandır.
Dərinin elastikliyinə dəstək olan kremlər istifadə etmək üçün yeniyetməlik dövrü doğru zamandır. (Gənc qızınız varsa bir ana olaraq borcunuz ona düzgün büstqalter seçmək və sürətli böyümə ilə vücudda çatlaqlar yaranmağa başladısa elastiklik artıran kremlər almaqdır.)

Bədəninizin yağ və döş vəzilərindən ibarət olan bu orqanında əzələ yoxdu. Boynunuzdan çənə altından başlayıb belə qədər enən dəri üzərində asılı durur.
Dolayısıyla döşlərin sallanmasında bu dərinin boşalması rol oynayır. Hamiləlikdə genişlənən və sonra kiçilən döş, elastikliyini itirir, zamanla dəri yenilənməsi yavaşladıqca, hüceyrələrdəki köhnəlmə dəri üzərində də müşahidə olunur və diriliyini itirmiş, toxuması yumşalmış döşlər yaranır.

Sallanmaya qarşı nə tədbir görməli?

  • İdman edərkən, atlanıb-düşərkən, qaçarkən mütləq büstqalter geyinin. Öz ağırlığıyla dərinin elastikliyini pozmasına icazə verməyin.
  • Isti su ilə çimməkdən, saunalardan, hamamdan çəkinin. Kisə, peeling kimi dərinin üzərinə basaraq edilən əməliyyatları dərini dartışdırmadan və ən incə hərəkətlərlə edin.
  • Büstqaltersiz günəş vannası qəbul etməyin.
  • Dekolteni yüksək faktorlu qoruyucularla, günəşin dərinin elastikliyini zədələyən şüalarından qoruyun.
  • Təzyiqli soyuq su masajının sinəyə dirilik gətirdiyini unutmayın. Duşdan çıxmadan əvvəl bir neçə dəqiqə dairəvi hərəkətlərlə, dözə biləcəyiniz soyuqluqda soyuq su tutun.
  • Dərinizi sağlam saxladığının müddətdə döş diriliyini də saxladığınızı bilin. Sıxlaşdırıcı və döş dərisini nəmləndirən xüsusi qulluq vasitələrini 25-28 yaşlarından etibarən istifadəyə başlayın.
  • Döşlərinizin gözəlliyi haqqında fikirləşmək üçün hamiləlikdəki böyümə və sallanma halını gözləməyin. Qulluq etmək üçün bu mərhələləri gözləsəniz sonrada alacağınız nəticələr o qədər də ürəkaçan olmaya bilər.
  • İdman edin. Kürək, qolun üstü və çiyinləri inkişaf etdirən hər hərəkət döş diriliyinə də köməkdir.
  • Pəhriz saxlayarkən döşlərinizin də balacalandığını nəzərə alaraq qulluq üsullarından istifadə edin.
  • Üzün, xalça silin, pəncərə təmizləyin və s.

döş şəkili

Döş dikəldən idmanlar

Əllərinizi döşlərin önündə, alqışlarmış kimi ovucları bir-birini yapışıq saxlayın. Əllərinizi sıxın, 3-5 saniyə sıx tutub buraxın. Təkrarlayın.
Divara 1 metr məsafədə, üzünüzü divara tərəf çevirin. Əllərinizi ovuzlarınız divara yapışacaq şəkildə qoyun. Ayaqlarınızı yerindən tərpətmədən divarı itələyin, özününzü geri atıb təkrar divara düşərkən ovuclarınızı qoyun. Bu itələmə hərəkətlərilə boyun, qol və döş altından uzanan əzələlərin hamısı işləyəcək.

Döş böyütmə əməliyyatları

Döşlər quruluş olaraq fərqli səbəblərlə kiçik ola bilərlər. Anadangəlmə olaraq biri heç olmaya bilər. Hər iki döşü bərabər hala gətirmək üçün hal-hazaırda silikon protezlərdən başqa yol yoxdur. Şəxsin öz toxumaları ilə döş böyütmə testi aparılmış ancaq nəticə əldə olunmamışdır. Döş protezlərində əsas maddə protezin xarici səthində yer alan silikondur. Sadəcə doldurulma materialı fərqli ola bilər. Hər protezin mənfi və müsbət tərəfləri vardır. Bunlar əməliyyatdan əvvəl danışılmalı və qərar verilməlidir.
1960-cı illərdə istifadə olunmaya başlanan silikonlar hal-hazırdada aktualdır. Silikon mahiyyətli məhsullar sənaye və tibbdə də istifadə olunur. Döş protezləri döş şəklində hazırlanmış şara bənzəyir. Şar hissəsi silikondan təşkil olunmuşdur. Bədənə müvafiq olaraq protezin səthi əlverişli istehsal olunmuşdur.
Protez qoyulacaq xəstələrdə əməliyyatdan əvvəl mammoqrafya və ultrasonoqrafya ilə döşün quruluşu qiymətləndirilir. Döş bölgəsində ağrılar əməliyyatdan sonra müşahidə oluna bilər. Bəzi xəstələr əməliyyatdan sonra döş bölgəsində artan və azalan hissiyyatdan şikayət edərlər. Bu müvəqqətidir. Protezin deşilməsi nadir hallarda olur. Bu yol qəzalarında, hündürdən düşmə və kəsici alətlərlə meydana gələ bilər.
Əməliyyat 1-1.5 saat davam edə bilər Protezin qoyula bilməsi üçün açılan yerə görə iz buraxır. Qoltuqaltı və məmə başı kənarından daxil oluna bilər. Giriş yeri hara olursa olsun iz buraxır,sonra isə itir. Protez məmə toxumasının arxasına və ya sinə əzələsinin arxasına yerləşdirilə bilər.
Xəstə 3-4 gün içində işinə gedə bilər. 2 ay idman etməməlidir. Protezlə döş böyütmə əməliyyatı ümumiyyətlə sabit nəticə verən, ər və qadının ruhi həyatına təsir edən, onları həyata bağlayan estetik cərrahiyyənin ən mühüm əməliyyatlarından biridir. Lakin unutmayın ki, böyük döşlər, kiçik döşlərdən 24 faiz az həssasdır.

Qeyd: Ən böyük təbii döşlər ABŞ-dan olan qaradərili pornoulduz Norma Stiçsə məxsusdur. Onun döşlərinin dövrəsinin ölçüsü 178 santimetrdir.

Döş çatlaqları

Döş maskaları, diriliyi təmin edən toniklər, yosun kremləri, vitaminlər və aktiv maddələrlə qulluq mütləq görüntüdə müsbət nəticələr almanıza kömək edəcək. Ancaq çatlaqlar yaranandan sonra yox edilməsi mümkün olmur. Kim sizə çatları “yox edəcəyini” vəd edirsə bilin ki, doğru deyil. Çatlar yox olmur!
Döşləri dikləşdirmək üçün nə edilməlidir? Soya tərkibli, yeniləyən, canlandırıcı xüsusiyyəti olan dolğunlaşdırıcı, dikləşdirici kremlər və döşlərin altındakı yağ vəzisini çoxaltmağa xidmət edən aktiv yağları olan jellərdən də faydalana bilərsiniz. Jel halında və əsasən yağlardan ibarət olanlar dərini anında gərginləşdirdiyindən, dekolte geyəcəyiniz bir dəvət, yaxud toy mərasimi üçün sizə təcili nəticə də gətirən kosmetikalardandır. Dərhal təsiri görünür və uzun müddət istifadədə kollagen istehsalını tezləşdirdiyindən diriliyin qalıcı olmasına da kömək edir. Döş ətrafına altdan başlayaraq dairəvi hərəkətlərlə hopdurulana qədər çəkilir, qurumağı gözlənilir.

Döşlərin üstündən dartaraq yuxarı yapışdıran şəffaf bantlardan da yayda qoluaçıq koftalar geyinərkən faydalana bilərsiniz.

Döş vəzisinin xərçəngi

Döş vəzisinin xərçəngi – döş vəzisi hüceyrələrinin cırlaşması (korlanması) yaranan bədxassəli şişdir.Son vaxtlar döş vəzinin xərçəngi xəstəliyi artıb.Xəstəliyin əsas inkişaf faktorlarına aiddir:
-irsi meyllilik
-gecikmiş ilkin döğuşlar (30 yaşdan sonra) və ya ümumiyyətlə doğuşun olmaması
-klimaksın gec başlaması
-döş vəzində müxtəlif dəyişikliklər (fibrokistoz,atipik hiperplaziya sahələri)
-BRCA-1,BRCA-2,BRCA-3 genlərinin mutasiyası

35-40 yaşda bütün qadınlara mammoqrafiya aparmaq tövsiyyə edilir.Əgər qadın risk qrupuna aiddirsə bu proseduru hər il keçməlidir.Döş vəzisi xərçənginin müalicəsini başlamamışdan qabaq bir sıra müayinələrdən keçmək vacibdir:
-mammoloq müayinəsi
-döş qəfəsinin rentqenoqrafiyası
-mammoqrafiya
-radioloji müayinə
-ekstsion biopsiya
-laborator müayinələr

Yuxuyozma

Gənc qadın yuxuda döşünün yaralandığını görürsə, onu hansısa bədbəxtlik gözləyir. Döşünü ləkəli və qurumuş görürsə bu sevgidə böyük kədərə işarədir. Əgər döş ağ və kökdürsə sizi yaxın zamanda uğur və xoşbəxtlik gözləyir.

Mənbə: Müxtəlif internet resursları

 

0 şərh