Öz bədənini yarat

Gözəl görünmək istəyənlərin ilk dayanacağı olan estetik mərkəzləri qadınların xəyallarını gerçəyə çevirir
 Məlum olduğu kimi, qadınlar yaşlılıq əlamətlərindən xilas olmaq və daha cazibədar bir görünüşə qovuşmaq istəyərkən estetik əməliyyatlara üz tuturlar.  Sağlamlıq məqsədilə tətbiq olunan estetik əməliyyatların yanında gözəl və seksual bir görünüş üçün tələb edilən əməliyyatlar isə aşağıdakı kimi sıralanır:
Braziliya ombası: Bu əməliyyat, Braziliya tərzi yüksək görünüşlü və sellülitsiz ombalara sahib olmaq istəyənlərə tətbiq olunur. Çox zəif dərili və həddindən artıq kilo verən insanlarda omba sallana bilər. Bu vəziyyətdə diyarın və ya omba üstündən keçən kəsiklərlə, onun üst hissəsindəki sallanan dəri və yağ qismi bir qurşaq kimi çıxarılaraq omba yuxarı doğru çəkilir, tikişlər çimərlik geyimi altında qalır. Ümumi anesteziya ilə xəstəxanada edilən 4-5 saatlıq bir əməliyyatdır. Xəstə bir gün xəstəxanada yatdıqdan sonra evinə çıxa bilər. 10-15 gün evdə istirahət etdikdən sonra ictimai həyatına dönə bilər.
Sinə dikləşdirmə: Yaş keçdikcə sallanan sinələr üçün tətbiq olunan bu əməliyyat ümumiyyətlə ümumi anesteziya altında edilir. Əməliyyatın edilməsi 1,5-3,5 saat arasında bir müddət alır. Döşlər ilk 1-2 gün yüngül bənövşəyi, şişmiş görünür və narahatlıq verə bilər, amma ciddi bir ağrı meydana gətirməz. Bandajlar 7 gün sonra çıxarılır.
Sinə böyütmə: Kiçik sinəli qadınların sıxlıqla istifadə etdiyi bu əməliyyatda, sinə altından 3 və ya 4 sm kəsilərək, döş toxumasının arxasına əməliyyat əvvəli təyin olunan implant qoyulur. Döş istənilən ölçülərə çatdıqda əməliyyat tamamlanır. 1-2 saatda reallaşdırılan əməliyyatdan sonra xəstə eyni gün xəstəxanadan buraxılır. Ancaq xəstənin 2-3 gün istirahət etməsi təklif olunur.
Qarın dartma: Göbək qismindəki yağlanmadan şikayətçi olan qadınların istifadə etdiyi bu əməliyyatda qarın dartılır, tamamilə dümdüz olur. Təkrar eyni bölgədə yağ meydana gəlməsi isə söz mövzusu deyil. Qarın divarı əzələləri boşalmışdırsa, tikişlə qarın divarı da dartınır.
Qıç konturu: Qasıqdan başlayıb arxada omba qıvrımına uzanan bir kəsik edilir. Qıç dərisi yuxarı doğru dartınır. Dəri şəkilləndirilib, çoxu atılır və əməliyyat qalıcı tikişlərlə tamamlanır.

 

0 şərh