Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 653 topik

Qalstuk niyə həmişə dəbdədir və onun taxılmasında hansı səhvlər buraxılır

Praktiki nöqteyi nəzərdən qalstuk mənasız bir aksessuardır. Lakin kişilər onu bütün rəsmi, formal və yarıformal məclislərə, ofisə taxırlar.
Buna 3 səbəb var.
1. Qalstuk pencək ilə köynəyə ciddiyət qatır. Qalstuklu kişi daha eleqant və daha ciddi görkəmdə olur. Ona dərhal inam artır. Belə aksessuar köynəyin yaxasını düzləşdirir və altındakı boşluğu doldurur.
2. İş görkəmini rəngləndirən bir variant kimi istifadə olunur. Kişi qarderobu çox da aksessuarla zəngin olmadığı üçün, qalstukdan imtina etmək asan deyil.

Davamı →

Çox tərləməyə çarələr

Çox tərləmənin müxtəlif səbəbləri vardır. Amma ən çox tərləmə qadınlarda, klimakterik dövr adlanan dövrdə baş verir və qadınlar bu aşırı tərləmədən həm əziyyət çəkir həm də bədəndəki mineralları itirirlər. Deməli əgər çox tərləmələr başlamışdırsa gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı adaçayı bitkisini 1 stəkan suda dəmləyib için. Adaçayı sizin nəinki çox tərləməyinizin qarşısını alacaq həm də bu dövrün rahat keçməsinə vəsilə olacaqdır.

Davamı →

Kosmetik vasitələr təhlükəlidir?

«Günümüzdə həm qadınlar, həm də kişilər müxtəlif kosmetik vasitələrindən istifadə edirlər.  Kosmetikaların verdiyi təhlükənin zərərlərini biliəndən sonra sonra ən azından ya az istifadə etməli, ya da süni kosmetikaları daha faydalı olan vasitələrə dəyişə bilərsiniz. Elə bilməyin ki, bahalı kosmetik məhsullar faydalıdır. Reklama aldanıb nəinki dərinizi, bütün bədəninizi təhlükəyə atmayın».
Bunu həkim-fitoterapevt Fizuli Hüseynov açıqlayıb.
Həkim vurğulayıb ki, insanların müvəqqəti gözəl görünmələri üçün bu məhsullara o qədər kimyəvi qatqılar qarışdırılır ki, bunlar orqanizmə zərərsiz ötüşə bilməz:
Davamı →

Saç rənginin təbii və ucuz yollarla açılması

Havalar istiləşdikcə qızların çoxu saç rəngini dəyişmək istəyir. Saç rəngini təbii və ucuz yollarla açmaq istəyənlər üçün bir neçə maska resepti təqdim edirik.
Çobanyastığı
Bir qabı qaynar su ilə doldurun. Çobanyastığı çiçəyini 10 dəqiqə isti suda saxlayıb süzün, sonra soyumasını gözləyin. Maskanı təmiz saçlara çəkib 1 gecə saxlayın, ertəsi gün yuyun. Saç rəngini daha çox açmaq üçün maskanı  təkrar edə bilərsiniz. Çobanyastığı çayı eyni zamanda kəpəyin də qarşısını alır.
Davamı →