Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 660 topik

Qara nöqətələrə qarşı ən effektli maska

Yağlı dərinin üzərində tez-tez qara nöqtələr əmələ gəlir. Nəticədə dəri çirkli və baxımsız görünür. Həmçinin tıxanmış məsamələr iltihablaşa bilər ki, nəticədə sızanaqlar əmələ gəlir.
Sizə qara nöqtələrdən xilas edən ən effektli maskanın reseptini təqdim edirik:
Maskanın tərkibi:
  • 2 ç.q. jelatin
  • 1 həb aktivləşdirilmiş kömür2 ç.q. süd
  • 1 ç.q. limon şirəsi.

Davamı →

Qaşların korreksiyası

Qaşların korreksiyası kifayət qədər çətin işdir. Qaşlar müəyyən nöqtələrdən başlamalı və müəyyən noqtələrdə sona çatmalıdır .
Bu nöqtələr sadə təcrübə nəticəsində tapılır. Qaşın başlanğıc nöqtəsini tapmaq üçün sifətə, burunun pərindən gözün daxili küncünə qədər olan düz xətt boyunca uzun bir əşya (məsələn, karandaş) qoyulur. Bu xətti (şəkildə 1-ci xətt) qaşa qədər uzatmaqla qaşın başlanğıcını müəyyən etmək olar.

Davamı →

Saçları mineral su ilə yaxalamağın faydaları

Hər birimizin dərisi və saçları ətraf mühitin mənfi təsirləri altındadır. Bu çirkli hava, günəşin ultrabənövşəyi şüaları, saç boyaları və s. Hamısı saçların yavaş-yavaş məhv olmasına gətirib çıxarır. Elə ona görədir ki, çox insanda artıq cavan vatındadn saç tökülməsi problemi başlayır.
Təxminən 2-3 ay öncə televizorda çox asan və dəyərli məsləhət eşitdim və asan olduğu üçün də özüm tətbiq etməyə başladım.

Davamı →

Saçlarınızı çobanyastığı və lavanda dəmləməsi ilə yaxalayın

Saçlarımı hər dəfə yuduqdan sonra müxtəlif dəmləmələrlə yaxalayın. Əgər siz də saçlarınızına qulluq edirsinizsə çox asan və ucuz başa gələn dəmləmədən istifadə etməyi məsləhət görürəm.
Aptekdən quru çobanyastığı çiçəklərinin və ayrıca lavanda çiçəklərinin quru çay formasında olan növlərini alırıq. Mən adətən Herba Floranın çaylarından alıram.

Davamı →

Yağlı dəri üçün təbii xiyar losyonu

Anam hələ biz uşaq olanda tez-tez dərisini hazır satılan xiyar losyonu ilə silirdi. İyi o qədər xoşuma gəlirdi ki, uşaq olmağıma baxmayaraq özüm də arada bu losyondan istifadə edirdim.
İndi bir çox bahalı və növbənöv losyonlar, toniklər istehsal olunsa da arada yenə adi xiyar losyonu alırıq. Çünki hiss olunur ki, losyonun tərkibində ancaq təbii və xeyirli inqredientlər var. Təbii iyini və rəngini çox bəyənirəm.

Davamı →

Duzla saç maskaları

Duzla saç maskaları çox təsirli müalicəvi və profilaktik vasitədir.
Duz saç follikullarının aktivliyini stimullaşdırır, saçları möhkəmləndirir, kəpəklə və saç tökülməsi ilə mübarizə aparır, saçlara sağlam parlaqlıq və yumşaqlıq verir.Duz baş dərisinə skrab kimi təsir edir. Nəticədə dəri ölmüş hüceyrələrdən, artıq piydən azad olur ki, bu da öz növbəsində baş dərisinin qan dövranını yaxşılaşır.
Duz həmçinin güclü antiseptik xüsusiyyətlərə malikdir və bu səbəbdən baş dərisini daha sağlam edir.Dəniz duzu müxtəlif mikroelementlərlə zəngin olduğundan daha faydalıdır. Lakin dəniz duzu olmadıqda adi duzdan istifadə edə bilərsiniz.
Davamı →

Dodaq böyütmə əməliyyatı

Dodaqlar tarix boyunca gözəlliyin və incəsənətin simvolu olmuşdur. Dodaq estetikası tək dodağı dolgunlaştrmaq demək deyil. Dodağın konturu, üst dodaq, alt dodaq arasındakı fərqlilik, ağız kənarları, küncləri, burun-dodaq arası məsafəsi dodaq estetikasını əhəmiyyətli nöqtələrindəndir.
Inyeksiya üsulu ilə Dodaq estetikası
Davamı →