Tuş seçimi
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Epilyasiyanın hansı növləri var? Cavab veririk: Hazırda bioepilyasiya, elektroepilyasiya, lazerli epilyasiya mövcudur. Köməkçi metodlar kimi ultrasəs və enzim prosedurlardan da istifadə edilir. Bəs, lazer epilyasiyası nədir və ondan istifadə nə dərəcədə effektivlidir və zərərsizdir? Lazer epilyasiyası sağ soğanağının işıq şüaları vasitəsilə məhv edilməsidir. İstifadə olunan dalğa uzunluğu ultrabənövşəyi şüalara malik deyil. Həmin dalğa uzunluğu işıq spektrinə aiddir və buna görə də, tamamilə zərərsizdir. Əgər lazer epilyasiyası qeyri-professional şəkildə aparılıbsa, o zaman dəridə müəyyən yanıqlar əmələ gələ bilər. Amma nəzərə almaq lazımdır ki, lazer epilyasiyasının effektivliyi tükün qalınlığından da asılıdır.
Saçınız quru, yağlı və ya kəpəklidirsə, bu problemlərinizin sirri, saçlarınızı düzgün şəkildə yumağınızdadır.
Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər.
Saç diblərinin vəziyyəti
Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.
Saçları açıq havada qurudun
Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır.
Son zamanlar populyar olan BB kremlər bir çoxlarının diqqətini cəlb edib.
Belə ki, bir çox reklam rolikləri bu kremlərin qadınlarda olan bütün dəri problemlərinin həll edəcək vasitə kimi təqdim edirlər. Bəs əsl BB krem nədir? Bu reklamlara inanmaq düzgündür ya yox? Bunun üçün tarixə nəzər salaq.
İlk dəfə BB krem alman alimləri tərəfindən dərini tez sağaldan və maskalalanan(üstünü örtən) bir vasitə kimi yaradılmışdır. İlk olarq kremlər əsasən plastik cərrahiyyə pasientləri, bədbəxt hadisə zamanı yara və yanıqlar almış aktyorlar üçün nəzərdə tutulurdu. Tərcümədə də həmçinin bu krem Blemish Balm və ya Blemish Base hərfi olaraq ləkələrin maskalanması(örtülməsi) və tonun hamarlaşması kimi məna verir. Müalicəvi xarakter daşıyan bu kremin kremin çox xeyirli və bərpaedici xüsusiyyətləri danilmazdır.
* Təmizləyici mum
Qədim yunan həkimi Qalen iltihabı prossesə qarşı təmizləyici krem məsləhət görürdü. Onun resepti bu günə qədər saxlanılıb:
1 yarım xörək qaşığı mum və ya parafini su vannasında əridin. 1 çay qaşığı vazelin yağı və 6 çay qaşığı qızılgül suyunu isidib mumun üzərinə əlave edin. Hazır kütlə bir qədər soyuduqdan sonra 2-3 damcı qızılgül yağı əlave edin və yaxşı qarışdırın. Alınmış kremi üzdə 10-15 dəqiqə saxlayaq üzü isti su ilə yaxalamaq lazımdır.