Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Tonal kreminizin rəngi niyə gün ərzində dəyişir?


Rəngini xüsusi diqqətlə seçdiyiniz, dərinizlə bütünləşən sevimli tonal kreminizin bir neçə saat içində üzünüzdə narıncı rəngə çevrildiyini hiss edirsiniz? Narahat olmayın, problem sizin tonal kreminizdə deyil. Sadə bir kimyəvi reaksiya səbəbilə yaranan bu halın qarşısını almaq mümkünsüz deyil.

Tonal kreminizin tərkibində olan rəng piqmentləri havadakı oksigen və ya dərinizin ifraz etdiyi təbii yağlarla kimyəvi reaksiyaya girdikdə oksidlənmə baş verir. Bu da tonal kreminizi çəkdikdən bir neçə saat sonra 1-2 ton tündləşməsinə səbəb olur. Bunun qarşısını almaq üçün aşağıdakı addımları ata bilərsiniz.
Davamı →

Dabanlara qulluq

Ayağınızın sığışacağı ölçüdə ləyən götürün və içərisinə 1,5 litr isti su tökün. Su çox isti olsun, amma ayağınızı yandıracaq kimi olması lazım deyil. Suya 4 xörək qaşığı perekis əlavə edib ayaqlarınızı vanna edin.

Bir-neçə dəqiqədən sonra ayaqlarınızın və dabanlarınızın yumuşaldığının şahidi olacaqsınız. Hətta ayaqlarınız elə şəklə düşəcək ki, elə bil uzun müddət saunadasınız.

Əgər dabanlarınız çox yumşalmayıbsa o zaman ayaqlarınızı suyun içərisində bir az da saxlayın. Ayaqlarınızı sudan çıxardığınız zaman dərinizin körpə uşaq dərisi kimi tər-təmiz olduğunun şahidi olacaqsınız.
Davamı →

Saç tökülməsinə qarşı maska

Qadınları narahat edən ən böyük problemlərdən biri də saç tökülməsidir. Müxtəlif dəmləmələrlə saçlarınızın sağlam və parlaq görüntüsünü geri qazana bilərsiniz.

Ev şəraitində hazırlana biləcək bu qarışığı bir neçə dəfə tətbiq etdikdən sonra artıq təsirini görməyə başlayacaqsınız. Qarışıq təkcə saç tökülməsinə deyil, artımına da kömək edəcək.
Davamı →

Dırnaq qaynağı etdirməyin zərərləri

Qadınlar hər zaman gözəl görünmək istəyirlər. Bunun üçün də ataların deyimində olduğu kimi “Gözəllik ondur, doqquzu dondur”, – deyib dəbin bütün yeniliklərindən istifadə etməyə çalışırlar. Son zamanların isə ən geniş yayılmış trendlərindən biri qaynaq edilən dırnaqlardır. Demək olar ki, küçədə, metroda, evdə, işdə uzun və müxtəlif rəngli, naxışlı taxma dırnaqlı xanımlarla rastlaşırıq. Amma dəblə ayaqlaşma, dəbdən də geri qalma deyən xanımlardan bəziləri ilə söhbət etdikdən sonra məlum oldu ki, onlar bu cür dırnaqlardan istifadə etdiklərinə peşman olublar.

Həmsöhbət olduğumuz Sevinc Quliyeva danışdı ki, dırnaq qaynağı etdirdikdən bir saat sonra barmaqları qaşınmağa başlayıb: “Dəhşətli qaşınma idi. Səhər oyanıb tanış həkimə zəng vurdum. Dedi geldən allergiya verib. Antihistamin tablet və krem təyin etdi. Bir-iki gün sonra qaşıntı keçdi. Amma iki həftə sonra bir barmağımda yara əmələ gəldi. Həkimə getdim. Məlum oldu ki, dırnağın mayasına infeksiya keçib. Qısası, həmin dırnağımı çıxardılar”
Davamı →

Saç uzadan 5 vasitə

Avakado — B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün daha çox quru saçlarda istifadə olunur.

Yumurta — Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii vasitələrdən biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırır və daha sağlam uzanmasına kömək olur.

Zeytun yağı — Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, gözəl görünüş almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.
Davamı →

Gel - şellak tipli dırnaq boyalarının zərərləri

Bu gün gel-lak tipli dırnaq boyaları haqda eşitməyən qalmayıb. Dəblə ayaqlaşmaq istəyən hər bir xanım il ərzində bir neçə dəfə də olsa, bu məhsullardan istifadə edir. Bu tip boyalar 3-4 həftə boyunca dırnağa yapışıb, qalır. Vaxt tamam olanda isə gel boya yenisi ilə əvəzlənir.

Boyadan imtina edəndə, dırnaqlar sürətlə zəifləyib qırılmağa, parlaqlığını itirməyə başlayır. Gel, öz-özünə quruya bilən boya deyil. Onu mütləq ultrabənövşəyi şüaların altında qurutmaq lazımdır. Qurutma prosesi zamanı boya ilə sədəfin üst qatı bir-birinə qarışır və dırnaq tərkibini itirir.

Dermotoloqlar düşünür ki, gel-boya və bu tip manikur növləri çox zərərlidir. İki dəfə ardıcıl gel, şellak və s. manikur prosesindən sonra, dırnaqlar ən az 3 ay müddətində dincəlməlidir.

Gel boyaların zərəri tək sədəfin tərkibinin itməsi ilə bitmir. Onu qurudan ultrabənövşəyi şüalar da, dəriyə olduqca zərərlidir. Bu proses zamanı dərini qorumaq üçün xüsusi əlcəklərdən istifadə edilməlidir.
Davamı →

Əllərə qulluq

İşlərimizin çoxunu əllərlə gördüyümüz üçün ən çox əllər çirk olur və tez-tez yuyulur. Əlləri tez-tez yuduqda, xüsusən də qış aylarında əlin dərisi quruyur və qabıq verir.

Ona görə də əllərini tez-tez yuyan adamlar (həkimlər, ərzaq istehsalatında işləyənlər, bərbərlər) əllərini zərif uşaq sabunu ilə yumalıdırlar. Əllər qurulanandan sonra qliserinli kremlə kremlənməlidir.

Eyni ölçüdə götürülmüş qliserin və naşatır spirti qarışımı da əllərin elastikliyinin bərpasında yardımçı olur. Ev işlərində, istehsalatda əllər tez-tez çirklənirsə, əllərə ya qoruyucu krem çəkilməli, ya da əlcək geyinilməlidir.
Davamı →

Sızanaqlara səbəb olan 10 məhsul

Təmiz və təravətli dəri hər bir insanın arzusudur. Nəzərə almaq lazımdır ki, dərinin vəziyyəti qidalanmadan da asılıdır.

Bəzi məhsulların həddindən artıq miqdarda istehlakı dərinin vəziyyətinə mənfi təsir edir, sızanaqların əmələ gəlməsinə və ya daha da artmasına səbəb olur.
1. Yağlı pendir.
2. Şirin qazlı içkilər.
3. Qoz-fındıq.
4. Kolbasa və sosis.
5. Ədviyyatlar.
6. Şokolad və kakao.
7. Qəhvə.
8. Sitrus meyvələri.
9. Yumurta.
10. Dükanlarda satılan şirniyyatlar (peçenye, vafli və s.).
Davamı →

Gözətrafı şişləri aradan qaldıran üsullar

Səhər yuxudan duranda göz qapaqlarınız şişir? Bunun bir çox səbəbi ola bilər. Başlıca səbəbi stress, yorğunluq, yuxusuzluq, ya da çox yatmaqdır. Səhər şişən gözləriniz üçün bir çox təbii müalicə üsulları mövcuddur:

Buz — praktik və asan olması səbəbi ilə ən çox seçilən vasitədir. Bir parça buzu göz qapaqlarınıza və ətrafına dairəvi hərəkətlərlə gəzdirsəniz, qan dövranı sürətlənərək, şişliklərdən qurtulmanızı təmin edəcək.
Davamı →