Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Civzələrin yaranma səbəbi

Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.

Davamı →

Ayaqlara qulluğun vacib qaydaları

Ayaqları sağlam saxlamaq, əzələləri rahatlaşdırmaq və gərginliyi azaltmaq üçün nəmləndirici kremlərdən istifadə kifayət etmir.
Mütəxəssislər ayaqlarda gərginliyi azaltmaq üçün gündə ən az bir neçə dəqiqə ayaqyalın gəzməyi məsləhət görür.
Oxucuları ayaq gigiyenası və ayaqlara düzgün qulluq qaydaları ilə tanış edirik:

Davamı →

Estetik əməliyyat

İstər kişilər, istər də qadınlar hansı prosedurlar üçün daha çox estetik cərraha müraciət edirlər?
Kişilərə nəzərən, qadınlar daha çox estetik cərrahi məqsədlər üçün  müraciət edirlər. Kişilər daha çox nəfəs alma problemi, burun çəpər əyriliyi, süd vəzisində qadınsayağı piylənmə (ginokomastiya) ilə bağlı bizə üz tuturlar. Qadınlar da rinoplastikadan savayı, botoks, qaşların qalxması, dolğu, pilinq, saplarla üzün müəyyən nahiyəsində gərmələr kimi cavanlaşdırıcı prosedurlar, qarın və bel nahiyəsinin yağlanması, apoplastika(qarın nahiyəsinin sallanması) üçün müraciət edirlər.

Davamı →

Qadınlar alış-verişi niyə sevir?

Artıq bir çox ölkələrdə alış-verişin cinsiyyətə görə fərqli bir fəaliyyətə çevrildiyini görə bilərik. Belə ki, alış-veriş daha çox qadınların işinə çevrilib və onlar alış-veriş fəaliyyətinə kişilərdən daha müsbət münasibət bəsləyirlər. Araşdırmalar qadınların kişilərə nisbətən daha aktiv alış-veriş etdiklərini, daha çox vitrin gəzdiklərini və məhsul axtardıqlarını göstərir. Kişilərdən fərqli olaraq, bir çox qadınlar alış-verişi istirahət fəaliyyəti olaraq da görür.
Psixoloqların sözlərinə görə, alış-veriş sevgisinin altında bir sıra psixoloji məqamlar dayanır:
Davamı →

Gecə maskası

Gözəl və baxımlı qaşlar hər bir xanımın vizit kartıdır. Lakin heç də həmişə ideal vəziyyətdə onları saxlamaq mümkün olmur. Buna səbəb keyfiyyətsiz kosmetika və ya səhhətinizdəki problemlərdir.
Qaşlarının qulluq etmək üçün aşağədakılar lazımdır.

Davamı →

Qadın niyə incəliyini itirir

Bir çox müvəffəqiyyətli qadın şəxsi həyatda uğur qazana bilmir. Deyirlər ki, kişilər onlara əhəmiyyət vermir. Evli qadınlar münasibətlərində soyuqluqdan, xüsusilə kişilərin daha əvvəlki kimi onların qayğısına qalmamasından gileylənir.
Təəssüf ki, bütün qadınlar buna nəyin səbəb olduğunu başa düşmür. Çox güman ki, qadın incəliyini itirdiklərini etiraf etməyə cəsarət etmirlər. Odur ki, bu məsələni genişləndirməyə dəyər.
Oxucuları qadın incəliyinin itməsinə səbəb olan əsas amillərlə tanış edirik.
Davamı →

Müntəzəm yedikdə daha gənc göstərən qidalar

Əksər insan olduğundan daha gənc görünmək və uzun yaşamaq istəyər. Bu prosesdə düzgün qidalanma əsas şərtlərdən biridir.
Bəs faydalı qidalar hansılardır?
Avokado – Çox yağlı qidadır. Ancaq bu yağlar vücud üçün əhəmiyyətlidir. Gündə 1 avokado yemək xolesterini aşağı salır və dərini yeniləyir. Folik asit baxımından zəngindir. Həmçinin C vitamini, potasium, antioksidant qaynağıdır.
Davamı →

Evdə manikür etməyin asan yolları

Hazırda koronavirus təhlükəsi olduğundan gözəllik salonları xidmətə bağlıdır. Amma bu o demək deyil ki, qadınlar baxımsız olmalıdır. Psixoloqlar da vurğulayır ki, baxımlı olmaq insanın ruh halına müsbət təsir edir. Yəni evdə də özünüzü gözəlləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edə bilərisniz.
Beləliklə, evdə manikür etməyin asan yollarını təqdim edirik.
İlk olaraq əlləri və dırnaqları yumşaldın. Dırnaq və ətlərinin daha yaxşı təmizlənməsi üçün əvvəlcə əlləri ilıq və sabunlu suda saxlayın.
Davamı →

Üzdə qırışları yaradan əsl səbəbkar

İstər danışın, istər qaşqabaqlı, istərsə də gülərüz olun. Əgər mimikanızla hər hansısa bir hissi ifadə edirsinizsə, bu zaman üz əzələlərinin hərəkəti nəticəsində simanızda kiçik deformasiyalar yaranır. “Memorial Sloan Kettering Cancer Center”-də (Nyu Yorkda yerləşən xərçəng müalicəsi və tədqiqatı mərkəzi) dermatoloq olaraq fəaliyyət göstərən doktor Anthony Rossi (Antoni Rossi) bildirib ki, bu qırışlar dərinin altında yerləşən əzələnin hərəkətinə perpendikulyar yaranır. “Məsələn, alnımızdaki qırışlar üfüqidir, çünki altındakı əzələlər şaquli hərəkət edir.”
Davamı →

Dəri altında inkişaf edən tüklərdən xilas yolu

Tüklənmə problemi yaşayan qadınların çoxu dərinin altında qalan, yarımçıq inkişaf edən tüklərdən əziyyət çəkir.Yaz aylarında cansıxıcı bir vəziyyət alan problemə çarə yollarını təklif edirik. Sınayın.
Vəsaitlər
  • Yarım qəhvə fincanı qəhvə xıltı
  • 1 çay qaşığı dəniz duzu
  • 1 çay qaşığı kəklik yağı
  • 1 yemək qaşığı susam (küncüt) yağı
  • 1 yemək qaşığı limon qabığı

Davamı →