Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Dəbli piknik paltarları

Adlı-sanlı brendlərin yay reklam çarxlarında modelyerlər geyimləri daha çox pikniklərdə nümayiş etdirir. Bu da adi bir haldır. Çünki yay elə istirahət, səyahət, gəzinti və müxtəlif pikniklər deməkdir. Bəs bu pikniklərin geyim növləri necə olmalıdır sualına cavab tapmağa çalışaq. Əvvəla sizi dünyanın tanınmış modelyer və dizaynerlərin belə pikniklər üçün hazırladığı müxtəlif paltarlarla tanış edəcəyik. Hər çeydən əvvəl yüngül geyimlərə üstünlük verin. Əyninizə nə rahatdırsa, onu geyinin. Uzun sarafan və yaxud mini donlardan istifadə edin. Hündür daban ayaqqabıları yüngül makasinlərlə əvəz edin. Qızmar günəşdən qorunmaq üçün al ləçəklərdən, eynəkdən, şlyapadan istifadə edin. Belə yerlərə gedəndə bir qədər tutumlu çantalar götürsəniz yaxşı olar. Bu sadaladıqlarımız hökmən yüngül və rəngarng olmalıdır. Belə pikniklər adətən, iki formada olur: əməli və romantik.
Ardı →

Cins şalvarları nə ilə geyinmək lazımdır?

Hazırda qarderobunda ən azı bir cüt cins şalvar olmayan insana rast gəlmək çox çətindir. Bir balaca keçmişə nəzər salsaq görərik ki, o vaxtlar cins şalvarlar xüsusi bir qeyri-adilikləri ilə fərlənməsələr belə onlara təlabat inanılmaz dərəcədə çox idi və insanlara ağılasığmaz qiymətlərlə satılırdı. Halbuki indi hər bir kəs öz zövqünə görə istədiyi formada cins şalvarı asanlıqla tapıb, çox sərfəli qiymətlərə də ala bilir. Milyonlarla insan rahatlığı və komfortu ilə fərqlənən denim şalvarlarına üstünlük verir.  əzən insanlar eyni cins şalvar modelini həm iş yerinə, həm gəzintiyə, həm də gecə klubuna geyinir. Bəzilərinin fikrincə bu monotonluqdur, lakin bu, heç də belə deyil. Belə ki, cins şalvarı üzərimizdəki digər üst geyimləri ilə düzgün uyğunlaşdırdığmız halda hər dəfə qeyri-adi bir görkəmə sahib ola bilərik. 
Bəs cins şalvarı necə seçmək olar? Əvvəlcə cins şalvarın nə məqsədlə geyiniləcəyi dəqiqləşdirilməlidir. Bəlkə siz cinsi işə geyinəcəksiniz, ya da sadəcə ay işığında bir gəzintiyə çıxacaqsınız, yaxud da siz bir gecə klubuna getməyi planlaşdırırsınız və istəyirsiniz oradakıların diqqəti yalnız sizdə olsun. Hər bir halda siz bir cüt cins şalvardan bütün bunların hamısını həyata keçirmək üçün istifadə edə bilərsiniz.
    

Gündəlik geyimdə cins şalvardan necə istifadə etmək lazımdır?
Siz gəzintiyə çıxacaqsınız və sizə rahat bir geyim lazımdır? Komfort, rahatlıq və biz az da şarmlı olmaq istəyirsiniz? Bu cür situasiyalarda adətən ən sevimli cins şalvara və fubolkaya üstünlük verilir. Bu futbolka ağ rəngdən tutmuş, çox parlaq çalarlara kimi hər bir rəngdə ola bilər. Formanın da necə olmasının böyük bir əhəmiyyəti yoxdur. Siz öz əhval-ruhiyyənizə uyğun olaraq hər hansı bir formanı seçə bilərsiniz. Hətta futbolkanın cins şalvarınızla mükəmməl şəkildə əlaqələndirilməsinə belə fikir verməyinizə ehtiyac yoxdur. İnanın ki, istənilən parlaq rəngli, diqqəti cəlb edən futbolka cinslə geyinildikdə, klassik formalı bir geyim təəsüratı yaradır. Bunu sınaqdan keçirməkdən və öz individuallığınızı göstərməkdən heç bir vaxt çəkinməyin.

Bəs işə cins şalvarı nə ilə geyinmək lazımdır?

İşə və ya məktəbə düz cins şalvarların geyinilməsi daha məqsədəuyğundur. Xarici görkəminizə bir balaca da eleqantlıq qatmaq istəyirsinizə, cins şalvarla bel hissəsindən azca daraldılmış uzun jaket geyinin. Bu sizə zəriflik və incəlik qazandıracaq. Bekı geyimdə qadınlar çox cəlbedici və stilli görünürlər. 

   

Sevdiyin insanla görüşə gedərkən cins şalvarla nə geyinə bilərsən ?
Sevgilisi ilə görüşə çıxmaq hər bir qızın həyatında ən xoş məqamlardandır. Əlbəttə ki, bu zaman hər bir qız çox gözəl görünmək, özünə inamlı bir təsir yaratmaq və geyindiyi paltarla özünü narahat hiss etməmək istəyir. Bu zaman hətta ən çox sevdiyiniz donu, yubkanı geyinmək istəmirsinizə, onda cins şalvarla uzun kofta və ya topik sizin üçün ən ideal variant hesab olunur. Bu zaman ən gözəl rəng çalarlarını seçməyə çalışın ki, onlar sizin zərifliyinizi daha da ortaya çıxarsın. Düz, yaxşı bir şəkildə oturmuş cins şalvar və onun üzərinə düşən uzun kofta bədən formanızı ortaya çıxarmağa və sizi daha gözəl göstərməyə kömək edər. Yaxşı olardı ki, uzun koftanın beli büzməli olmasın. Çünki bu, sizin bədən formanızı olduğundan böyük göstərə bilər.

Gecə klubuna cins şalvarı nə ilə geyinmək olar?

Klubda hamı adətən bir-birindən seçilməyə çalışırl. Bu zaman insana individuallığı göstərmək məsələsində geyindiyi paltar kömək edir. Belə olduğu halda siz hər hansı bir cins şalvarı müxtəlif şeylərlə kombinə edə bilərsiniz. Məsələn, hər hansı bir klassik köynək və ya ipək kofta, və ya adi bir futbolka sizin köməyinizə çata bilər. Lakin maraqlı və daha effektli görünüş əldə etməyin ən ideal yolu cins şalvarla trikotaj paltarların geyinilməsidir. Çünki bu, sizin xarici görkəminizə müəyyən cazibədarlıq, fəqlilik qatacaq.
Sonda isə qeyd etmək istərdik ki, əgər siz əsl yubka həvəskarısınızsa və düşünürsünüzsə ki, zərif qadın şalvar geyinməməlidir, lakin zamanla cins yubkaları da nə ilə geyinəcəyinizi bilmirsinizsə, heç narahat olmayın. Çünki yuxarıda dediklərimizin hamısı cins yubkalara da şamil edilir. Bir sözlə, bu deyilənlərə əməl etsəniz, görünüşünüzə hər hansı bir zərər gələcəyindən qətiyyən qorxmayın. Bu cür geyimlə siz həmişə qeyri-adi və cazibədar görünəcəksiniz.

Mənbə: Itv.az/
Davamı →

Bu mövsümün aksessuarları

Yay hələ bitməyib. Qarşıda isə məxməri mövsüm var. Bu mövsümün də öz geyim növləri və aksessuarları var. Biz sizə hələlik məxməri mövsümün aksesuarlarından söhbət açacağıq. Əksəriyyət bu müddətdə, sentyabr-oktyabr aylarında istirahət etməyə üstünlük verir. Bəs bu mövsümdə hansı aksessuarlar dəbdə olacaq?
1. İri halqalı sırğalar.
2. Rəngarəng qolbaqlar. Belə qolbaqlar xanımların yayda günəşdən qaralmış qollarında gözəl və yaraşıqlı görsənir.
3. Kiçik gül çantaları.
Ardı →

Sellülit

Sellülit sözünə son illərdə daha tez-tez rast gəlinir. İndi hər bir qadın bədənində (əsasən bud və baldır nahiyələrində) hamarlığı pozulmuş dəri gördükdə, sellülitdən şübhələnir və ondan yaxa qurtarmaq yollarını axtarır.


Ardı →

Hörüklər

Hörüklərdən danışan kimi, o dəqiqə göz qabağına qoşa hörüklü kənd qızı gəlir. Əlbəttə hörüklər hamı kimi, kənddən şəhərə gəlib. Kənd qızların səhəri, saçlarını hörməkdən başlanır, çünki, tarlada, bağ-bağçada, həyət-baca işində hörülməmiş saçlarla çıxmaq olmaz.
Sonralar bu hörüklər şəhər qızlarına da xüsusi yaraşıq gətirdi. Hörükləri məşhur xanımlar da dəbə gətirdi. Məsələn, Diana Krüqer bu hörükləri Kann festivalına qədər aparıb çıxardı. Cenifer Lopes xüsusi hörülmüş saç formasıyla səhnəyə çıxdı.
Ardı →

Məşhur qadınların gözəllik reseptləri

Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin Tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, onu davamlı etmək əlbəttə ki, qadının özündən də çox asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Baxımlı qadınlar cəmiyyət tərəfindən də daha hörmətlə qarşılanır, onlarda özünə inam və əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir. Qadın gözəlliyini bərpa etmək, qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini və təravətliliyini təmin edən qadınlar daha çoxdur.
Ardı →

Hansı ətri sevirsən?

Deyirlər, ətirlər insan xarakterinin danışan dilidir. Qoxu öz sahibi haqqında təsəvvür olduğundan da çox məlumaq verə bilər. Əlbəttə ki, burada sarımsaq, siqaret və ya tər iyindən yox, istifadə etdiyimiz müxtəlif ətirlərin rayihələrindən gedir.


Çiçək ətirli: qızılgül, zambaq, jasmin, qardeniya…


Bu cür ətirlərdən istifadə edənlər mülayim, ünsiyyətcil və mehriban insanlardır. Sadiq dost və asanlıqla etibar ediləcək işçidir. Ancaq onların yaxın dostları azdır. Belələri qeyri-adi, gözəl və əntiq əşyaları çox xoşlayır, hətta kolleksiya da yığırlar. Səs-küylü yerləri sevmirlər, evdə oturub, sakit atmosferdə dincəlmək onlar üçün daha münasibdir.


Ardı →

Yağlı saçlar

Xalq arasında çirkli saçın əslində daha faydalı olduğu deyilir.
Guya saçdakı yağ nisbəti onun xarici görünüşünə parlaqlıq qatır. Ancaq parlaq saç ilə yağlı saç arasında çox incə bir xəttin olduğu da həqiqətdir. Bəs yağlı saç nədir və necə meydana gəlir? Əslində «yağlı saç» deyə bir anlayış yoxdur. Yağlı olan dərinin özüdür.
Belə ki, saçları düz şəxslərdə dəridən ifraz olunan yağ gün ərzində sürətlə yayıldığı halda buruq saçlılarda bu müddət daha yavaş irəliləyir. Buna görə də istifadə ediləcək şampun çox diqqətli seçilməlidir. Həddindən artıq yağlı saçları yuyarkən şampunu iki dəfə tətbiq etmək lazım ola bilər.

Bundan başqa, yağlı saçlara sahib olan qadınların saçlarını necə düzəltdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez fırçalamaq və daramaq yağlanmağı sürətləndirir. Eyni zamanda saçların mümkün olduğu qədər az yığılmasında da fayda var. Saç mütəxəssislərinin fikrinə görə, yağlı saçlara sahib olan qadınlar qısa saç kəsiminə üstünlük verməlidirlər.

Digər bir fikrə görə, yağ alına təmas edərək sızanaqların yaranmasına da səbəb ola bilər. Yağlanma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, əslində başqa problemlərin də başlanğıcı sayılır. Saçın həddən artıq yağlanmasının qarşısı alınmazsa, bu, tüklərin tökülməsinə, hətta kəpək və seboreik eqzamanın yaranmasına səbəb ola bilər.

Davamı →

Dünya qadınlarının gözəllik sirləri

Bəzən başqa ölkədə olarkən ordakı qadınların gözəlliyi, cazibədarlığı diqqəti cəlb edən zaman düşünürsən, görəsən onların bu qədər təravətli görünməsinə kömək edən nədir?

Yaponiya: dərinin mərmərliyi və sadə düyü
Yapon qadınları dərisinin şəffaflığı (farfora bənzər rəngi) ilə məşhurdurlar. Onlar bunu necə əldə edirlər? Düyü və dəniz yosunlarının köməyi ilə. ABŞ–da dəriyə qulluq üzrə xüsusi kosmetik vasitələrin istehsalı ilə məşğul olan şirkətin nümayəndəsi biznes qadını K.S.Kenq bu haqda belə şərh edir: «Qədim zamanlardan yaponlar düyü kəpəyindən sabun kimi istifadə edirdilər. Onlar kəpəyi torbaya töküb üzərinə bir qədər su əlavə edir və skrab kimi bədən dərisinə sürtürdülər.


Ardı →

Sağlam saçların sirri

Əgər saçlarınızın qayğısına qalmaq istəyirsinizsə, aşağıda göstərilənlərin, heç olmasa, bəzilərini həyata keçirin:  * Saçınızı yuyarkən qətiyyən sabundan istifadə etməyin. Çünki sabun saçın qurumasına və üzərindəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.
* Saçları tez-tez bir yerə toplamaq saç hüceyrələrinin sıxılmasına yol açır və saçlar qırılır.
* Daraq alarkən dişlərinin mümkün qədər geniş olmasına çalışın.
* Saçınızı darayarkən nəmli və ya islanmış olmasına diqqət yetirin. Çünki quru saçı daradıqda qırılır.
* Quru saçlar üçün 2 xörək qaşığı küncüt, badam və ya günəbaxan yağı götürün. Sonra 3-4 xörək qaşığı noxud unu hazırlayın. Yumazdan əvvəl saçınızı seçdiyiniz yağla masaj edin. Sonra qalan yağın üzərinə noxud unu və bir az da isti su əlavə edərək qarışdırın. Bu qarışığı saçınıza vurub yaxşıca yuyun.
* Bitki yağları saçlara canlılıq, elastiklik və parlaqlıq gətirir, ətrafdakı zərərli təsirlərdən qoruyur.
* Saçları yuduqdan sonra yaxalamaq xüsusilə yağlı və kəpəkli saçlarda möcüzələr yaradır. Başın dərisi qurudursa, bitki mənşəli qarışıqlarla və ya azacıq alma sirkəsi əlavə edilmiş su ilə yaxalamaq məsləhətdir.
* Saçınız yağlıdırsa, 1 ədəd limonun qabığını sürtgəcdən keçirin və 1 qaşıq nazik doğranmış cökə və yarım litr su əlavə edərək qarışdırın və qaynama dərəcəsinə çatana qədər qızdırdıqdan sonra 10 dəqiqə dəmə qoyduqdan sonra süzün. Sonra 8 ədəd limonun suyu ilə birlikdə hamısını bankaya töküb çalxalayın və 2 gün saxlayın. Saçınızı yuduqdan sonra 1 litr ilıq suya həmin mayenin 1/8 hissəsini əlavə edib, saçınızı yaxalayın.
* Saçınıza daha çox parlaqlıq vermək üçün qurudarkən feni saçın kökündən uclarına doğru tutaraq qurudun.
Davamı →