Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Dərinin qocalması

Çox təəssüf ki, dərinin qocalmasını geri döndərmək mümkün deyil. Bu prosesi ancaq və ancaq ləngitmək olar. Plastik cərrahiyyə əməliyyatları və kosmetik vasitələr qocalmanın qarşısını alan ən effektli, eyni zamanda ən bahalı vasitələrdir. Amma bunlarsız da keçinmək olar.
Ardı →

Yağlı dəri

yağlı dəriYağlı dəri öz sahiblərinə həmişə əziyyət verib, əsəb bağışlayıb. Bu, təbiidir: daim yağlı, parıltılı, genişlənmiş məsamələr, qara və qırmızı civizələr istənilən insanın həyatını dözülməz edə bilər. Lakin insanlar artıq çoxdandır təbiətin qanunlarına tabe olmurlar. Bəşər övladı illərdən bəri davam edən təbiətlə mübarizədə problemləri aradan qaldırmaq üçün bir çox üsullar icad edib. İndi yağlı dəriyə malik olanlar da gözəl və təravətli görünə bilərlər. Ancaq bu təbii qüsura qarşı həqiqi mübarizə aparmaq lazımdır.
Əvvəlcə dərinin həqiqətən də yağlı olub-olmadığını dəqiqləşdirmək lazımdır. Bunun üçün klassik üsuldan istifadə edin: üzünüzü yuduqdan 1-2 saat sonra kağız salfeti üzünüzə yapışdırın. Əgər salfetdə yağ ləkələri əmələ gələrsə, deməli, dəriniz yağlıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq lazımdır.
Davamı →

Normal dəri

Gözəllik və dəriyə qulluq haqqında olan bütün mənbələrdə adətən problemli dərilərdən söhbət açılır. Yağlı dəri, quru dəri, qarışıq dəri… problemlərinə dəfələrlə müraciət olunub. 
Diqqətdən kənarda qalan bircə dəri quruluşu var: normal dəri. Nəmliyin, yağlılığın normal səviyyədə olduğu bu dəridə problemlər, adətən, az olur. Lakin bu, o demək deyil ki, normal dəriyə qulluq etmək lazım deyil. Dəri bütün hallarda qulluq tələb edir. Ən azından ona görə ki, ötən hər il insanın orqanizmində dəyişikliklərlə müşahidə olunur. Müəyyən yaş həddi keçdikdən sonra isə bu dəyişikliklərin heç biri yaxşılığa doğru getmir.
Ardı →

Əllər və dırnaqlara qulluq

Əllərimizin qayğısına qalaq

Bir qadının yaşı boynundakı cizgilərdən və əllərindəki qırışıqlıqlar ilə müəyyən olunur.Amma çox vaxt qadınlar əllərinə yetərincə diqqət etmir və ya buna vaxt ayıra bilmirlər. Ona görə ev şəraitində gözəl əllərə sahib olmağa çalışaq:
— Əllər gündə bir neçə dəfə yumşaq sabunla və bol təmiz su ilə yuyulmalı, yaxşıca qurulandıqdan sonra kremlənməlidir.
— Həftədə ən az 1 dəfə əllərə çox yağlı kremlə massaj edilməlidir.
— Limon suyu barmaqları təmizləyib rənglərini açır,ancaq limon suyu dərini qurutduğu üçün daha sonra krem çəkilməlidir
— Soyuq havada,xüsusilədə qış aylarında əlcəkdən istifadə olunmalıdır və hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı ilə yaxşıca masaj etmək lazımdır
Davamı →

Manikürlü dırnaqlar

Ən yaxşı zaman duş sonrası olduğunu unutmayın.Dırnaq boyasını təmizlədikdən sonra yumşaq və parlaq dırnaqlara sahib olmaq üçün əllərinizi limonla ovuşturun.İlıq süddə 5-10 dəqiqə tutaraq,südün içində olan laktik asidin dərinizi nəmləndirməsinə şərait yaradın.
Əgər dırnaqlarınıza dırnaq boyası çəkirsinizsə,təmizləmək üçün istifadə etdiyiniz aseton və oxşar kimyəvi maddələrdən həftədə bir dəfədən artıq istifadə etməyin.
Ardı →

Qadın saçları və saçlara qulluq

gözəl qadın saçlarıƏn gözəl üzə və fiziki quruluşa malik olan qadın belə saçsız çirkin görsənir. Qədimdə isə saç həm də təmizlik, paklıq nümunəsi kimi əhəmiyyət kəsb edirdi.

Çağdaş dövr qadınlarımıza istənilən şəkildə saça malik olmaq imkanı verir. Saç düzümünü seçmək sizin öz zövqünüzdən asılıdır. Ancaq bir faktı heç vaxt unutmayın: nə olursa-olsun ətrafdakılar sizi çirkli saçla görməməlidir. Təmiz saç özü artıq bir düzümdür.

Bir məqam: ön tərəfdən gözəl görünmək üçün saçlarınızı açıq qoymalı, arxadan gözəl görünmək üçün isə yığmalısınız. Bu ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Təbii ki, təntənəli gecə düzümlərini nəzərə almırıq.
Ardı →

Biznesmen qadının imici

İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz.


Ardı →

Kişi stilində kobud səhvlər

Son moda tendensiyalarının dalınca getmək qadınlara yaraşar.Hər yeni çıxan geyim,aksessuarlarla oynamaq kişilərin bəxtinə yazılmayıb.Neyləyək,hamısı zəmanədəndir...

Çox rəng.Maksimum 3 rənglə kifayətlənin.Şalvar boz,köynək qırmızı,ayaqqabı qəhvəyi,palto da qonur olanda çox pis olar,əzizlərim.Çalışın alabəzək tutuquşuya dönməyin.
Çoxtəbəqəlilik.Bunu həm qocalar,həm gənc oğlanlar,həm də yekə kişilər edir.Az qalırlar şkafda nə varsa,hamısını geysinlər.Futbolka,köynək,sviter,jiletka,sonra da pencək.Hamısı da bir-birinin altından çıxır.Soyuqdursa,get isti kurtka al,daha niyə özünü pis göstərirsən?
Ardı →

Xanimlarimiz üçün gözəlliyin sirri

Qadınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir.
Mütəxəssislərin təklif etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq:

Səhər saat 6-nı yuxudan oyanmaq üçün ideal vaxt hesab edirlər. Çünki bu vaxt orqanizm sərin duşa yaxşı reaksiya verir. Erkən saatlarda, dəri uzun müddət təravətli qalır. Bu vaxt qaynadılmış və filtrdən keçirilmiş suya üstünlük vermək məsləhətdir. Üzünüzü yuyacağınız suya bir neçə damcı limon turşusu və ya alma sirkəsi də əlavə etsəniz, ideal olar.
Ardı →