Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 623 topik

Dolqu inyeksiyası

Yaş artdıqca dəridəki elastik, kollogen liflər, yağ təbəqəsi və hialuron turşusunun azalması nəticəsində qırış və sallanmalar əmələ gəlir. Bu dəyişikliklər xüsusən göz, ağız, çənə, boyun, burun, alın bölgələri və üzün alt nahiyələrində daha çox nəzərə çarpır.

Müxtəlif dolqu maddələrinin dəri altına inyeksiya edildiyi dolqu inyeksiyası proseduru ilə bu dəyişikliklərin yüngülləşdirilməsi, üzdəki yorğun ifadənin aradan qaldırılması və daha gənc bir görünüş əldə edilməsi hədəflənir.
Davamı →

Yağlı dəri üçün tonik


Hər dəri tipinin özünə xas xüsusiyyətləri var. Ona görə də dəriyə qulluq edərkən bu xüsusiyətləri nəzərə almaq lazımdır. Məsələn, yağlı dəri sızanaqlara və qara nöqtələrə meyilli olur. Dərinizin yağ balansını tənzimləmək üçün mütləq tonikdən istifadə etməlisiniz.

Yağlı dəri üçün ən effektli tonik resepti:
50 ml suyu qaynadın və üzərinə yarım xörək qaşığı yaşıl çay yarpağı əlavə edib 20 dəqiqə gözləyin. Daha sonra suyunu süzərək soyumağını gözləyin. Boş sprey şüşəsinə 1 xörək qaşığı gülab tökün. Daha sonra üzərinə hazırladığınız yaşıl çayı əlavə edin.
Davamı →

Dodaq boyasından istifadə

Solğun rəng dodaqlar üçün necə bir dodaq boyası istifadə etməliyəm?
Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidirlər. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.

Mükəmməl qırmızı dodaq boyası deyilən bir şey varmı?
Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.
Davamı →

Evdə ombre

Dəbli ombre saç görünüşünə nail olmaq əslində çox asandır. Populyarlığını qoruyan, saç trendləri arasında ilk sırada yer alan ombreni evdə də etmək mümkündür. Necə? Təbii ki, ombre saç boyaları ilə.

İlk addım: Ombre effekti ver
Əvvəlcə saçları darayın və ortadan iki yerə ayırın. Sonra ombre saç boyası qutusunun içərisində olan qarışımı hazırlayın. Boya hazır olduqda qutunun içərisindən çıxan fırçanı boyaya batırın və diqqətlə saç uclarına çəkməyə başlayın.

Boyanı fırçayla yuxarıdan aşağıya doğru çəkin. Ombredəki pilləli açılan görünüşün meydana gəlməsi üçün üzə yaxın saçların daha yuxarı hissələrinə, başın arxasında qalan saçların isə yalnız uc qisimlərinə tətbiq etməyə çalışın.
Davamı →

Gözəllik üçün limon duzu

Limon duzu mətbəxdə, məişətdə çox geniş istifadə olunur. Limon duzu ziyansızdır, onun toksiki və s. ziyanlı xüsusiyyətləri yoxdur.

Limon duzu kosmetologiyada da çox geniş istifadə olunur. Bu ucuz vasitə dəriyə çox müsbət təsir edir — dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri görünməz edir, məsamələri daraldır.

Limon duzu ilə üz maskaları:
1. 1 x.q. xamanı yarım ç.q. limon duzu ilə qarışdırın, üz dərisinə çəkin, barmaqların ucları ilə ehtiyatla massaj edin. Maskanı 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Gecə maskaları

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.
Davamı →

Yağlı dəriyə necə qulluq etmək lazımdır?

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox
Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.

Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin
Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.
Davamı →

Saçları gurlaşdıran 3 vasitə

Sağlam və baxımlı saçların sirri nədir? Saçları gurlaşdırmaq üçün nə etməliyik? Hazırda əksər xanımların saçla bağlı ən çox verdiyi suallar bunlardır. Sizə təbii yollarla sağlam və gur saçlara nail olmağın yollarını təqdim edirik.

Yumurta ilə saç gurlaşdırmaq
Yumurtanın tərkibində saç üçün lazım olan bir çox faydalı vitamin və mineral var. Yumurta ağı güclü bir protein qaynağıdır. Protein saç follikullarını gücləndirərək saçı daha gur hala gətirir. Yumurta maskası çox asandır. Yumurta sarısını və ağını qarışdırıb saçlarınıza sürtün. 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska ilə siz fərqi dərhal hiss edə biləcəksiniz.

Gicitkənin saça faydaları
Gicitkənin tərkibindəki kimyəvi birləşmələr saç tökülməsinə səbəb olan dihidrotestesteron adı verilən DHT hormonunu aradan qaldırır və saç tökülməsini əngəlləyir.
Davamı →

Ətir qoxusunu qalıcı etmək üçün üsullar

Ətir hər kəsin özünə xas şəkildə istifadə etdiyi vasitədir. Çox insan düşünür ki, parfümü lazım olduğundan artıq sıxsaq o zaman qoxu qalıcı olacaq. Lakin bu səhv düşüncədir. Əslində isə ətirin qoxusunun qalıcı olması üçün etməli oluğunuz şeylər bunlardır:

Doğru ətir seçimi
Dərinizə uyğun ətir seçməlisiniz. Açıq dərili insanlar çiçək qoxulu ətirlər, qaraşın və əsmərlər isə oriental qoxulu ətirlər, qızılı və kürənlər isə meyvə qoxulu ətirlər seçməlidirlər.

Təmiz bədənə istifadə etmək
Parfümdan istifadə edərkən bədən nahiyənizdə tər və yaxud da başqa ətirin olmamasından əmin olun. Hətta yaxşı olar ki, parfümdan istifadə etməzdən öncə duş qəbul edəsiniz. Çünki, təmiz bədənə sıxılmış parfüm daha qalıcı və gözəl qoxuya səbəb olur.
Davamı →

Nəmləndirici maskalar


Soyuq fəsillərdə istilik sistemləri, külək və soyuq havanın təsirindən dəri quruyur, nazilir, cansız olur, təravətini itirir. Mütəxəssislər soyuq fəsillərdə dərini mütləq nəmləndirməyi tövsiyə edirlər. Sizə çox sadə 3 nəmləndirici maska reseptini təqdim edirik.

Kəsmikli maska 
2-3 x.q. kəsmiyi yaxşı əzin, yarım ç.q. duz və az miqdarda südlə qarışdırın, üz dərisinə çəkin. 15 dəqiqədən sonra yuyub nəmləndirici krem çəkin.
Davamı →