Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 660 topik

Çox effektli balqabaq maskaları

Balqabaq dəri üçün olduqca faydalı olan, dərini cavanlaşdıran bir çox maddələrlə zəngindir. Balqabağın tərkibində olan A və C vitaminləri, sink mineralı dərinin cavanlığını və sağlamlığını qoruyur.

1. Balqabağın əti blenderdə yaxşı əzilir, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və qidalandırıcı krem çəkin.

2. 3 x.q. balqabaq püresi, 1 ç.q. bal, 1 yumurtanın sarısı qarışdırırlır, dəriyə çəkilir. Maskanı 20 dəqiqə saxlayın.
Davamı →

Zəy maskası


Zəy çox effektli kosmetik vasitədir. Zəy dərini daha sağlam və hamar edir, iltihabları azaldır, rəngini yaxşılaşdırır. Zəy maskası yağlı, məsaməli dəri üçün uyğun gəlir.

1 yumurtanın ağı (kənd yumurtasını istifadə edin) bir qədər çalınır. 1 çay qaşığı limon şirəsi, 1 çay qaşığı zəy, az miqdarda su əlavə olunur, yaxşı qarışdırılır və üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun.
Davamı →

Manikür etdirərkən əlləri suda saxlamayın

Hər bir qadın manikürünün uzun müddət qalmasını istəyir. Mütəxəssislər isə manikür edərkən dırnaqların suda çox saxlanmasının daha çox çatlamasına səbəb olduğunu deyir.

Məşhur gözəllik mütəxəssisi Çelsa Kinq dırnaqları suda çox saxlamağın yanlış bir addım olduğunu dilə gətirib. Belə ki, dırnaqları suda saxlayarkən dırnaqlar genişlənir. Ardından da dırnaq boyası çəkəndə dırnaq əvvəlki ölçüsünə qayıdan zaman boyanın çatlaması problemi olur.
Davamı →

Alma maskası


Bu sadə maska dərinin rəngini açır, ləkələri görünməz edir, dərini hamar və parlaq edir. Bizə yalnı 2 inqrediyent lazım olacaq — yaşıl alma və xama.

Yaşıl alma (qabıqlı) sürtgəcin kiçik gözündən keçirilir, 2 x.q. xama ilə qarışdırırlır və təmiz üz və boyun dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış steril pambıqla silin.
Davamı →

Saçları gurlaşdıran vasitə

Saçların gür və sıx olması demək olar məndən ən çox soruşulan suallardan biridir. Yazdığım bu resept çox adama tanış olsa da xatırlamaqda problem olmaz məncə.

Axşam, yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə massaj edin çalışın yağ bütün saç diblərinə dəysin, sonra saçlarınızı yağa tam batıraraq başınızı bağlayıb səhərə qədər yatın.

Bunu həftədə 2 dəfə edin, hardasa 10 dəfə təsiri mükəmməldir. Saç diblərinə vuranda qulaq çöpü ilə kipriklərinizə və qaşlarınıza da vurun kipriklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaqdır.
Davamı →

Yağ maskaları

Yağ maskaları dərini yumşaldır, hamarlaşdırır, kiçik qırışları yox edir, rəngini yaxşılaşdırır, təravətləndirir. Bu maskalar quru, yorğun, qocalmağa başlayan dəri üçün uyğundur.

1. 2 x.q. zeytun yağı su hamamında bir qədər qızdırılır (ilıq olmalıdır). Yağda tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

2. 1 x.q. gənəgərçək yağı və 1 x.q. küncüt yağı qarışdırılır və su hamamında bir qədər qızdırılır. Yağda steril tənzif isladılır və üzə qoyulur. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

3. 1 x.q. badam yağı + 1 x.q. ərik yağı.
Davamı →

Saç boyasını dəridən necə təmizləyək?

Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar?

Spirt və qab şampununu qarışdırın
Makiyaj təmizləmə pambığına, ya da qulaq çöpünə spirt sürtün, sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız pambığı dərinizdəki saç boyası ləkələrinə ehmalca sürtün və daha sonra yuyun.

Qabartma tozu və sabun
Qabartma tozu ölü dəriləri yox etmə xüsusiyyətinə malikdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı duru sabunu qarışdırın. Sonra bir çitlə dərinizə yavaşca sürtün. Ləkələrin yox olduğunu görəcəksiniz.
Davamı →

Dolqu inyeksiyası

Yaş artdıqca dəridəki elastik, kollogen liflər, yağ təbəqəsi və hialuron turşusunun azalması nəticəsində qırış və sallanmalar əmələ gəlir. Bu dəyişikliklər xüsusən göz, ağız, çənə, boyun, burun, alın bölgələri və üzün alt nahiyələrində daha çox nəzərə çarpır.

Müxtəlif dolqu maddələrinin dəri altına inyeksiya edildiyi dolqu inyeksiyası proseduru ilə bu dəyişikliklərin yüngülləşdirilməsi, üzdəki yorğun ifadənin aradan qaldırılması və daha gənc bir görünüş əldə edilməsi hədəflənir.
Davamı →

Yağlı dəri üçün tonik


Hər dəri tipinin özünə xas xüsusiyyətləri var. Ona görə də dəriyə qulluq edərkən bu xüsusiyətləri nəzərə almaq lazımdır. Məsələn, yağlı dəri sızanaqlara və qara nöqtələrə meyilli olur. Dərinizin yağ balansını tənzimləmək üçün mütləq tonikdən istifadə etməlisiniz.

Yağlı dəri üçün ən effektli tonik resepti:
50 ml suyu qaynadın və üzərinə yarım xörək qaşığı yaşıl çay yarpağı əlavə edib 20 dəqiqə gözləyin. Daha sonra suyunu süzərək soyumağını gözləyin. Boş sprey şüşəsinə 1 xörək qaşığı gülab tökün. Daha sonra üzərinə hazırladığınız yaşıl çayı əlavə edin.
Davamı →

Dodaq boyasından istifadə

Solğun rəng dodaqlar üçün necə bir dodaq boyası istifadə etməliyəm?
Solğun cildlilər şaftalı, çəhrayı və hətta soyuq bejləri, tünd dərililər isə qəhvərəngi tərkibli daha isti tonları seçməlidirlər. Həm də solğun rəngli dodaqlarınızı dumanlı gözlərlə də tamamlaya bilərsiniz.

Mükəmməl qırmızı dodaq boyası deyilən bir şey varmı?
Sizə yaraşan mükəmməl qırmızı tonu tapmaq üçün qutunun üzərində görünən rəngə önəm verməyin. Dodaq boyasının rəngini əlinizin üzərinə çəkib baxmaqla təyin etməkdənsə, boyanı dodaq rənginizə azca uyğunluğu olan barmaq uclarına çəkin.
Davamı →