Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

79 üzv, 660 topik

Evdə ombre

Dəbli ombre saç görünüşünə nail olmaq əslində çox asandır. Populyarlığını qoruyan, saç trendləri arasında ilk sırada yer alan ombreni evdə də etmək mümkündür. Necə? Təbii ki, ombre saç boyaları ilə.

İlk addım: Ombre effekti ver
Əvvəlcə saçları darayın və ortadan iki yerə ayırın. Sonra ombre saç boyası qutusunun içərisində olan qarışımı hazırlayın. Boya hazır olduqda qutunun içərisindən çıxan fırçanı boyaya batırın və diqqətlə saç uclarına çəkməyə başlayın.

Boyanı fırçayla yuxarıdan aşağıya doğru çəkin. Ombredəki pilləli açılan görünüşün meydana gəlməsi üçün üzə yaxın saçların daha yuxarı hissələrinə, başın arxasında qalan saçların isə yalnız uc qisimlərinə tətbiq etməyə çalışın.
Davamı →

Gözəllik üçün limon duzu

Limon duzu mətbəxdə, məişətdə çox geniş istifadə olunur. Limon duzu ziyansızdır, onun toksiki və s. ziyanlı xüsusiyyətləri yoxdur.

Limon duzu kosmetologiyada da çox geniş istifadə olunur. Bu ucuz vasitə dəriyə çox müsbət təsir edir — dərini ağardır, təmizləyir, piqment ləkələri və çilləri görünməz edir, məsamələri daraldır.

Limon duzu ilə üz maskaları:
1. 1 x.q. xamanı yarım ç.q. limon duzu ilə qarışdırın, üz dərisinə çəkin, barmaqların ucları ilə ehtiyatla massaj edin. Maskanı 20 dəqiqə saxlayın, sonra ilıq suda isladılmış pambıq disklə silin.
Davamı →

Gecə maskaları

Gecə vaxtı orqanizmdə bərpa proseslər sürətlənir. Bu bütün orqan və sistemlərə və o cümlədən dəriyə də aidir. Bu səbəbdən gecə kosmetik maskaları çox effektlidir. Maskanı axşam yatmazdan əvvəl təmizlənmiş dəriyə çəkin və 15-20 dəqiqədən sonra mütləq yuyun.

Maska ilə yatmaq olmaz. Bu halda səhər üzünüz şişkin görünəcək.
Sizə bir neçə bərpaedici və cavanlaşdırıcı gecə maskaların reseptlərini təqdim edirik.
Davamı →

Yağlı dəriyə necə qulluq etmək lazımdır?

Dərinizə qulluq etməlisiniz, amma həddindən artıq yox
Yağlı dəriyə sahib olanlar tez-tez üzlərini yumalı olduqları barədə məsləhətlər eşidirlər. Amma bu məsləhət tamamilə yanlışdır. Üzü tez-tez yuduqda dəri ehtiyac duyduğu yağdan məhrum olur və bundan azad olmaq üçün həddindən çox yağ istehsal etməyə başlayır. Bu artım səbəbi ilə dəridə qara nöqtə və məsamələr də böyüyür. Əgər yağlı cildiniz varsa, mütəmadi olaraq onu ilıq su ilə təmizləyin.

Spirt tərkibli təmizləyicilərdən istifadə etməyin
Bu cür təmizləyicilər dəridəki təbii yağları aparır və dəri daha çox yağ istehsalına başlayır. Bu isə daha artıq yağlılıq və dəri problemlərini qaçılmaz edir. Dərinizi spirtsiz, yüngül bir təmizləyici ilə silin. Həmçinin təmizləyicini soyuducuda saxlasanız, müsbət effekti iki qatına çıxarmış olarsınız.
Davamı →

Saçları gurlaşdıran 3 vasitə

Sağlam və baxımlı saçların sirri nədir? Saçları gurlaşdırmaq üçün nə etməliyik? Hazırda əksər xanımların saçla bağlı ən çox verdiyi suallar bunlardır. Sizə təbii yollarla sağlam və gur saçlara nail olmağın yollarını təqdim edirik.

Yumurta ilə saç gurlaşdırmaq
Yumurtanın tərkibində saç üçün lazım olan bir çox faydalı vitamin və mineral var. Yumurta ağı güclü bir protein qaynağıdır. Protein saç follikullarını gücləndirərək saçı daha gur hala gətirir. Yumurta maskası çox asandır. Yumurta sarısını və ağını qarışdırıb saçlarınıza sürtün. 15-20 dəqiqə saxlayın, sonra yuyun. Bu maska ilə siz fərqi dərhal hiss edə biləcəksiniz.

Gicitkənin saça faydaları
Gicitkənin tərkibindəki kimyəvi birləşmələr saç tökülməsinə səbəb olan dihidrotestesteron adı verilən DHT hormonunu aradan qaldırır və saç tökülməsini əngəlləyir.
Davamı →

Ətir qoxusunu qalıcı etmək üçün üsullar

Ətir hər kəsin özünə xas şəkildə istifadə etdiyi vasitədir. Çox insan düşünür ki, parfümü lazım olduğundan artıq sıxsaq o zaman qoxu qalıcı olacaq. Lakin bu səhv düşüncədir. Əslində isə ətirin qoxusunun qalıcı olması üçün etməli oluğunuz şeylər bunlardır:

Doğru ətir seçimi
Dərinizə uyğun ətir seçməlisiniz. Açıq dərili insanlar çiçək qoxulu ətirlər, qaraşın və əsmərlər isə oriental qoxulu ətirlər, qızılı və kürənlər isə meyvə qoxulu ətirlər seçməlidirlər.

Təmiz bədənə istifadə etmək
Parfümdan istifadə edərkən bədən nahiyənizdə tər və yaxud da başqa ətirin olmamasından əmin olun. Hətta yaxşı olar ki, parfümdan istifadə etməzdən öncə duş qəbul edəsiniz. Çünki, təmiz bədənə sıxılmış parfüm daha qalıcı və gözəl qoxuya səbəb olur.
Davamı →

Nəmləndirici maskalar


Soyuq fəsillərdə istilik sistemləri, külək və soyuq havanın təsirindən dəri quruyur, nazilir, cansız olur, təravətini itirir. Mütəxəssislər soyuq fəsillərdə dərini mütləq nəmləndirməyi tövsiyə edirlər. Sizə çox sadə 3 nəmləndirici maska reseptini təqdim edirik.

Kəsmikli maska 
2-3 x.q. kəsmiyi yaxşı əzin, yarım ç.q. duz və az miqdarda südlə qarışdırın, üz dərisinə çəkin. 15 dəqiqədən sonra yuyub nəmləndirici krem çəkin.
Davamı →

Qaş və kirpikləriniz niyə tökülür?

Kosmetik salonlarda kirpikləri və qaşları seyrəkləşən qadınlara kipriklərin qaynağı, qaşların tatuajı kimi bir sıra prosedurlar tətbiq olunur. Lakin yaranan problemi boya və süni materialların köməyilə deyil, təbii yollarla aradan qaldırmaq daha məqsədəuyğun olardı. Bunu üçün isə vaxt və səbir tələb olunur.

Kirpiklərin tökülməsi normal haldır. Belə ki, kirpiklər orta hesabla 21 gün sonra tökülərək yenisi ilə əvəzlənir. Kirpiklərin həddən artıq tökülməsi isə artıq normal deyil. Buna görə də, belə halla üzləşdikdə kirpikləri qalınlaşdırmazdan əvvəl onun tökülmə səbəbini araşdırmaq lazımdır.

Qaşlar insan simasının ən vacib elementlərindən biridir. Qaşları formaya salmaq, kəsmək, boyamaq təbii ki, onların tökülməsinə səbəb olur.
Davamı →

Gözəllik üçün darçın

Daha parlaq qızılı saçlar
Saçlarınız qızılı rəngdirsə, içinə darçın qatdığınız saç kremini vurub 6-8 saat, ən yaxşısı, bütün gecəni saxlayıb səhər durulayın. Daha canlı və parlaq qızılı saçlar ancaq sizdə olacaq.

Təbii dodaq balzamı
Ərimiş Hindistan qozu yağının içinə iki çay qaşığı darçın əlavə edib daha gözəl və yumşaq dodaqlar üçün ideal balzam olaraq istifadə edə bilərsiz.

Parlaqlıq və təbiilik
Qış aylarında dərinizin bir az daha canlı görünməsini istəyirsizsə, darçın, Hindistan qozu yağı, düyü nişastası və kakao tozunu qarışdırın. Əlinizə vurub necə göründüyünü yoxlayın. Bir az daha tünd istəyirsizsə, yenə darçın əlavə edin.
Davamı →

Saçlara həcm verən maska

Mayanın tərkibində zəngin minerallar və vitaminlər kompleksi mövcuddur. Buna görə də mayalı maska saçımız üçün çox faydalıdır.

Bu maskalar həm quru, həm də yağlı saçlar üçün əvəzsizdir. Saçlara güc, parlaqlıq və həcm bəxş edir.

Mayalı maska üçün bizə lazımdır:
2 x.q su,
1 x.q quru maya,
1 x.q şəkər tozu,
1 ç.q bal,
1 x.q. xardal tozu,
1 x.q. gənəgərşək yağı. 

Hazırlanması:
Mayanı ilıq suda həll edirik. Prosesi tezləşdirmək üçün üzərinə şəkər tozu səpirik. Maya şişən kimi üzərinə bal, xardal tozu və yağı tökürük. Maskanı saçların dibinə və uclarına sürtürük. 1 saat sonra saçımızı adi şampunla yuyuruq.
Baş dərisində güclü yandırma hissi əmələ gəlsə, maskanı dərhal yuyun. Saçlarınızın fantastik həcminə özünüz də şahidlik edəcəksiniz.
Davamı →