Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

76 üzv, 645 topik

Ətirlər

Ətiri necə seçməyi sizə heç kim öyrədə bilməz. Zəngin parfümeriya rəfləri isə bu seçimi asanlaşdırmır, əksinə, bizi bir az da çaşdırır. Ancaq ətirlər üzrə təcrübəli və diqqətli məsləhətçi sizə düzgün seçim etməyə kömək edə bilər. O, geyim stilinizə, kosmetikanıza və əvvəl istifadə etdiyiniz ətirlərə nisbətdə bu gün sizə lazım olan ətiri seçə bilər. Ancaq təəssüf ki, belə məsləhətçilər heç Parisdə də çox deyil. Sizin kosmetika aldığınız dükanda isə o, yəqin ki, heç yoxdur! Bəs onda bizə lazım olan təkrarsız ətiri necə tapa bilərik?
Davamı →

Artıq çəkidən azad olmaq | 8 qızıl qayda

1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün sağlam qidalanmaq lazımdırtələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
Davamı →

Tonal kremin düzgün seçilməsi

Qızlar, bu topikdə düzgün, cildə uyğun tonal kremin necə seçilməli olduğundan bəhs edəcəm. Bu barədə internetdə türk dilində və ya başqa xarici dillərdə məlumat əldə edə bilərsiz təbii. Amma mən bunları ümumiləşdirib öz təcrübəmi də əlavə edəcəm və sizə qaranlıq qalan cild alt tonuna uyğun tonal kremi seçməkdə kömək edəcəm. 

Tonal krem seçimində yanılmaq tez-tez rast gəlinən səhvlərdəndir. Nəzərə alsaq ki, az pul da vermirik. Ona görə gəlin seçimimizi şüurlu edək. Tonal kremləri (foundation cream), eləcə də corrector, consealer (göz ətrafı qüsurları üçün istifadə olunur), BB cream, CC cream kimi cild məhsullarını alarkən cildimizin təkcə qaraşın, sarışın və ya ağbəniz olmasına görə seçim etmək düzgün deyil.
Aşağıdakıları nəzərə almaq lazımdır:
Davamı →

Saçların 9 problemi və həlli yolları

Saçlarım çox cansızdı və tökülür — Saçların cansız olmasının bir çox səbəbi ola bilər ancaq ən böyük səbəbi qeyri-kafi qan dövranın olmasıdır. Bu, eyni zamanda sizinn saçlarınızın tökülməsinə də gətirib çıxarır. Bunun problemdən qurtulmağın ən faydalı yolu qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Əmin ola bilərsiniz ki, faydasını görəcəksiniz.  Daramaq da fərqli bir masaj üsuludur.


Saçlarım çox matdır heç parlamır — Saçlarınız bir neçə ayda bir, əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylərdə varki məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək saçları daha da matlaşdırır.


Ardı →

Gözəllik kriteriyası

İnsanların gözəlliyə olan ehtirası sərhədsizdi. Dietaya oturub arıqlayanlara, başına tük əkdirənlərə, arvad paltarı geyib özünü biabır eləyənlərə hamımız birtəhər baxırıq. Bir tarixə ekskurs eləyək, onda görərsiz ki, gözəllik uğrunda necə qurban verənlər olub!
Bir az əvvəl kişilər deyinirdi ki, qadınlar şalvarımızı oğurlayıb əyninə keçirib. İndi qadınlar donquldanır ki, kişilər saçını uzadır, sırğa geyinir, hələ bir güllü, rəngbərəng paltarımızı da əlimizdən alıb.
Ardı →

Plastik əməliyyat

Estetik cərrahiyyəni təsadüfi olaraq «plastik» adlandırmırlar, çünki əməliyyatdan sonra pasiyentin üzü müəyyən dərəcədə təbiiliyini itirir. Plastik cərrahiyyə adını sintetik materialdan (plastika) yox, yunan sözü olan plastikosdan götürüb ki, mənası «forma vermək və ya təşkil etməkdir».

Üzdə plastik cərrahiyyə nəyə xidmət edir?


Plastik cərrahiyyə — üz və bədən quruluşunun korreksiyası və rekonstruksiyasıdır. Plastik cərrahlar pasiyentin xarici görünüşünü rekonstruksiya və kosmetik (estetik) cərrahiyyə vasitəsilə yaxşılaşdıra bilirlər. Deyirlər, plastik əməliyyatlar Qədim Hindistanda meydana gəlib. Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar buna öz razılığı ilə gedir və külli miqdarda pul ödəyirlər.
Davamı →

Dərinin qocalma səbəbləri

Dərinin qocalması – təbii proses olub bütün orqanizmin qocalması ilə əlaqədardır. İnsan yaşa dolduqca dərialtı piy toxuması azalmağa başlayır, dəri hüceyrələri getdikcə oksigen və qidalandırıcı maddələri daha az miqdarda mənimsəməyə başlayır.Bundan savayı, dəridə daha az miqdarda kollagen və elastin lifləri istehsal olunur. Bütün bunların nəticəsində dəri öz möhkəmlik və gərginliyini itirərək sallanır və qırışmağa başlayır. Dəridə qırışların əmələ gəlməsi tədricən baş verir. Qırışlar əvvəlcə alında, daha sonra burundan çənəyə doğru istiqamətdə, gözlərin xarici kənarlarında, daha sonda isə boyunda, burunun üstündə, çənədə və üst dodaqda əmələ gəlir. Dəridə qırışların əmələ gəlməsi prosesi, adətən, 25 yaşından sonra — kimlərdəsə bir qədər tez, kimlərdəsə gec — başlayır. Bəs bu nə ilə əlaqədardır?


Ardı →

Gözəllik ondur,doqquzu ...

Sevgilinizə həmişə gözəl görünmək arzusundasızsa, onda bu yazıları diqqətlə oxuyub əınəl etməlisiz.
Bədən quruluşundan, zövqündən asılı olaraq gözəl görünmək istəyənlər bəzi sirlərə bələddirsə, buna asanlıqla nail olurlar. Allahın bəxş etdiyi bədən biçimini dəyişməyə çalışmaq. sadəcə ağılsızlıqdır. Nəfsi gözləməklə artıq piylənmənin qarşısını almaq mümkündür. Dəbdir deyə, arıqlamağa çalışmaq olmaz. Bədəninizə müvafiq geyimlərdən düzgün istifadə etsəniz elə arzuladığınız gözəlliyə sahib olacaqsınız. Əvvəl güzgüyə baxın, sonra da paltar dolabına. Müxtəlif geyim üslubları var. Məsələn, klassika…


Ardı →

Saçlara qulluq qaydaları

Gözəl görünüşə sahib olmaq üçün orqanizmə qulluq kompleks şəkildə aparılmalıdır. Bunun üçün üzünüz və bədəninizlə birlikdə saçlarınıza da qulluq etməlisiniz.  Saçda olan bəzi problemləri aradan qaldırmaq arzusundasınız? O halda bu topik tam sizin üçün nəzərdə tutulub.
     
Ardı →

Saçlara qulluq

Əvvəlki vaxtlara nisbətən, hazırda normal saç tipinə daha az hallarda təsadüf edilir. Normal saçlar, adətən, sıx, elastik və sağlam olur, asanlıqla daranır və istənilən formada yığılırlar. Bu tip saçlara sahib olanlara başlarını tez-tez yumaq lazım gəlmir. Belə saçlar uzun müddət ərzində öz cazibədar görünüşünü saxlayırlar. Lakin digər saç tiplərinə olduğu kimi, normal saçlara da düzgün qulluq göstərilməsi tələb olunur, əks halda onlar bütün öz yaxşı xüsusiyyətlərini itirə bilərlər. Normal saçları həftədə bir dəfə olmaqla, yalnız bu tip saçlar üçün nəzərdə tutulan şampunlardan istifadə etməklə yumşaq su ilə yumaq olar. Yuyulduqdan sonra onları dərman otlarından hazırlanmış dəmləmələr ilə yaxalamaq məsləhət görülür.


Ardı →