Рейтинг
+87.15

Yaraşıqlı görünüş, gözəl imic

78 üzv, 658 topik

Göz makiyajı

Gözlər nə rəngdə olursa olsun onlar duyğuları açığa çıxaran pəncərələrdir. Kədəri, sevinci də biruzə verən gözlərdir. Sediyimiz insanların duyğulu anlarını hər zaman onların gözündə görürük. Bir çox gizli saxlanılan nələrisə də həmişə gözlər açıqlayır, gözlərdə görmək olur. Cigi filmlərindən və köhnə bəddi filmlərdən də görmək olur ki, qızlar uzun qara kiprikləri ilə oğlanlara necə göz süzdürüb onları cəlb edirdilər. Gözlərdən bu qədər danışdıqdan sonra indi isə gözləri necə makiyaj etmək barəsində danışaq.
Qüsursuz bir göz makiyaji üçün ilk əvvəl üzün bu makiyaja hazır olunması lazımdır. Bunun üçün ilk əvvəl üzü təmizləmək lazımdır. Yaxşı olardı ki, gözü, ümumiyyətlə üzü makiyaj etməzdən əvvəl üzünüz üçün uyğun olan bir maska edin ki, makiyaj edərkən də üzünüz daha təravətli görünsün.

Cəlbedici göz makiyajı üçün aşağıdakılar lazımdır:
-Qara göz karandaşı, karandaşın ucunun yonulmuş olmasl lazımdır.
-Göz makiyaji üçün fırça. İncə fırça daha yaxşı olar.
-Qaşların altına vurmaq üçün parladıcı, çox parladıcılardan istifadə etmək məsləhət deyil.
-Qaşlarınız üçün qayçı, qaşlarınız üçün qarandaş.
-Kirpiklər üçün qara tuş.
-Gözləriniz üçün lazımı rəngdə olan göz kölgələri.

Gözləri makiyaj edərkən gözlər üçün seçilmiş kosmetikaların istifadəsi və seçimi haqqında bir çox şeyə fikir verək:
Ardı →

Makiyaj qadın xarakteri barədə nələri deyir?

Hamımıza məlum olan «Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim» kəlamını xatırlatmaq əsl yerinə düçür. Bəs makiyajınızın sizn xarakteriniz barədə çox şey dediyindən xəbəriniz varmı? Əgər bu barədə daha geniş öyrənmək istəyirsinizsə onda elə gəlin birlikdə makiyajın müxtəlif növlərini araşdıraq və hər belə növün nədən xəbər verdiyinə nəzər salaq.


Makiyajın yoxluğu


Qadınlar müxtəlif səbəblərə görə kosmetik vasitələrdən imtina edirlər. Əgər kosmetikadan imtina ciddi səbəblərə dayanmırsa, o zaman həmin qadının özünə az dəyər verməsini demək olar. Belə xanımlar qadınlığın tərəfdarı olmur və özlərinə fikir vermirlər. Səbərləri odur ki, belə xanımların ya az vaxtları olur, ya da tənbəldirlər. Ətraf mühitdən də çox şey asılıdır. Əgər qız uşaqlıq vaxtında yalnız oğlanlarla dostluq edibsə, sonradan kosmetikadan istifadə ona qəribə gəlir.


Ardı →

Ətirlərdən istifadə qaydaları

Bütün qadənların ən çox istifadə etdiyi ətirlərin əslində istifadə qaydaları var. Ətirlər qoxularını yaymaq üçün istilik, hərəkət kimi faktorlara ehtiyac duyarlar.  Elə məhz bu səbəblə ətir vurmaq baxımından bədənin bəzi bölgələri əsasdır və onlara ətir vurulması daha da effektivdir. Bunlara misal olaraq isti və nəmli nöqtələr. qoltuq altları, sinə araları, bun arxası, qulaq arxaları və göbək qeyd etmək olar. Qanın çox təzyiqlə vurulduğu nöqtələrə əsasən bilək içləri, gicgahlar və boyun daxildir.


Saçlar


Saçınıza ətir vurmaq istəyirsinizsə, əvvəlcə təmiz olmalarına diqqət yetirin. Qoxuların bir-birinə qarışmaması üçün şampununuzu qoxusuz olanlar arasından seçin. Saçlarınız qısa isə saç diblərinizə, uzun isə uclarına sıxmanız kafi olacaq. Sizə kiçik bir sirr açım, yaxşı olar ki, saçınızı darayarkən daragınıza əvvəlcə bir az ətir vurun. Onda saçlarınız daha da təsirli və cəlbedici olacaq.


Ardı →

Bütün dünyadan gözəllik sirləri

Hindistan
Hindli qızların uzun və ipək kimi saçları bir əfsanədir. Yaxşı, bəs onların saçları niyə bu qədər gözəldi? Sirləri — Kokos yağı. İlıq Kokos yağını saç dərisinə masaj edərək tətbiq edirlər və gecə onunla yatarlar. Səhər yuyarlar. Bu proses ümumiyyətlə həftədə bir dəfə edilir. Kokos yağı cildi bəsləyər və nəmləndirər, saçlar bir müddətdən sonra daha parlaq və canlı olar.

Fransa
Möhtəşəm cildə sahib olan Fransız qadınlarının gözəllik sirri isə, gilas və nar maskasıdır. Gilas və nar dənələrini blendr'dan keçirdin, əldə etdiyiniz qarışımı üzünüzə tətbiq edin. Bu cür maskanı həftədə bir dəfə, 5-6 dəqiqə edə bilərsiniz.
Ardı →

Pomada (dodaq boyası)

dodaq boyası-pomadaPomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını da vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınız nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin
1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin.
2. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək.
3. Pomadanı fırçayla dodağınıza çəkin.
4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
5. İşıltılı görüntü üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

.

Pomadaların tarixi


Keçmişdə içindəki zəhərli boyalar səbəbi ilə qadınların ölümlərinə səbəb olan, kosmetik firmaları heyvanlarda sınayır deyə boykot edilən, qadınları həyat qadını olaraq damğaladan və bəzi cəmiyyətlərdə dini səbəblərlə qadağan edilən pomada hər şeyə baxmayaraq 125 ildən bəri ardıcıl olaraq emal edilir və indiki vaxtda çantasında pomada daşımayan bir qadını az qala tapa bilməzsiniz.
pomada (dodaq boyası)Tarixdə bilinən ilk pomada bundan 8 min il əvvəl misirlilərin tətbiq etdiyi zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızıya rəngləmələrinə icazə verilərdi.
Boyama işi çətin və zaman alıcı idi. Parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulo içinə yerləşdirib qələm şəklində satışa təqdim etdi. Qadınlar bu yeni kəşfi dərhal sevib ona sosiska (Saucisse) adını belə verdilər. Parisli səhnə sənətçisi Sarah Bernhardt isə bu yeni görünüşə mehebbet tanrısı Erosun sehrli çubuğu adını taxdı və səhnəyə çıxarkən istifadə etməyə başladı. Fransız mühafizəkarları bu yeni dodaq boyasına muxtelif səbəblərə gore qarşı çıxdılar,amma bacara bilmədilər. 1900-cı ildə indiki vaxtda hələ də istehsal edən Fransız firması Guerlain bu siqaret şəklindəki dodaq boyasını bütün Fransada satmağa başladı.
1912-ci ildə Guerlain çıxardığı qırmızı dodaq boyalarını Amerikaya gətirib New Yorkda satışa təqdim etdi və bu hadisə böyük bir sensasiya yaratdı. İlk başda yalnız qırmızı olan dodaq boyası pomada (Rouge) daha sonraları başqa rənglərdə də emal edildi.
Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi.
İnsanlar danışarkən bir-birlərinin dodaqlarına baxarlar. Qadınlar da bunu bildiklərindən kişilərin baxışlarını üzlərindəki qırışlar və sallanmalardan uzaq tutmaq üçün dodaqlarını qırmızıya rəngləyərək kişilərin diqqətlərini dodaqlarına çəkərlər. Rolling Stonesin solisti Mick Jagger-in boşandığı maniken yoldaşı Bianca Jaggerin söylədiyi kimi: «Səhərlər yorğun və canavar kimi bir üzlə qalxdığımda dodaqlarımı rəngləyər-rəngləməz özümü yenə normal bir qadin kimi hiss edərəm.» 

Pomadanı (dodaq boyasını) necə çəkməli?


dodaq boyamaqDodaq boyası seçərkən dərinin rənginə fikir vermək lazımdır. Pomadanı üz dərisinə əsasən seçmək mütləqdir. Nəinki üz dərisi, həmçinin dişlərin rəngi də nəzərə alınmalıdır. Pomada alarkən ilk növbədə pomadanın son istifadə tarixinə baxmaq lazımdır. Əgər bu informasiya yoxdursa, pomadanın köhnəliyini müəyyən etmək çətin deyil. Köhnə pomadanın pis iyi, üzərində ağ ləkələri və solğun rəngi olur. Pomadanın maksimal istifadə müddəti üç ildir, soyuducuda saxlanıldıqda və fırça ilə sürtüldükdə. Əgər pomadanı birbaşa dodağınıza vurursunuzsa, istifadə tarixi il, qabına günəş şüası dəyibsə. üç ay olur. Keyfiyyətli pomada rahat çəkilməli, dodaq da hamar qalmalıdır. Onu sildikdən sonra dodaqlarda dartınma və ləkə qalmamalıdır.

Pomadanın növləri


Pomadanın tərkibindən asılı olaraq nəmləndirici, qidalandırıcı gigiyenik, davamlı, super-davamlı və parıltılı növləri var.
Nəmləndirici: Dodağı həm rəngləyir, həm də çatvermədən qoruyur. Onun tərkibinə avokado, kakao, günəbaxan, kokos, gənəgərçək yağı və çobanyastığı cövhəri daxildir. Çatışmayan cəhəti isə dodaqdan tez silinməsidir.
Qidalandırıcı: Soyuq havada dodağı quruma və çatlamadan qoruyur, tərkibinə böyük miqdarda mum daxildir. Davamlı və super-davamlı: ləkə qoymur, dodaqda 24 saata qədər qalır. Onun tərkibinə efir yağları və rəngləyicilər daxildir. Davamlı pomadadan hər gün istifadə etmək məsləhət görülmür, belə ki, o, dodaqları qurudur.
Gigiyenik pomada: Quruluq və çatın yaranmasının qarşısını alır. Qışda dodaqlar üçün əvəzsizdir. Tərkibində vitaminlər, qidalandırıcı, nəmləndirici maddələr var. Təəsüflər olsun ki, dodaqlara rəng vermir. Parıltı: təbii makiyaj zamanı istifadə olunur. Tərkibində yağ və vitaminlər, az miqdarda bitki rəngləyiciləri var. Parıltını vurarkən ehtiyyatlı olmaq lazımdır, çünki o, tez yayılır. Kosmetoloqlar qeyd edirlər ki, dodaq qurumasına qarşı ən yaxşı müdafiə gigyenik pomadalardır. Hansı vasitəni – parlaq pomada, dodaq parıltısı və ya rəngsiz gigiyenik pomada seçməyinizdən asılı olmayaraq hər bir kosmetik vasitə özünəməxsus tərzdə dodaqlarınıza qulluq edir.
Qulaqlarımızı soyuqdan qorumaq üçün papaq taxır, əllərimizə əlcək geyinirik. Amma dodaqlarımızı qışın soyuğundan qorumağın yolu yoxdur. Bu da o deməkdir ki, onlara əlavə qulluq lazımdır.
Dodaqları yumşaltmaq üçün istənilən bitki yağından (ən yaxşısı zeytun yağı) istifadə etmək olar. Bunu pomadanın altından da sürtə bilərsiniz.
Çatlamış, quru və sərt dodaqları bal, xiyar suyu, çaytikanı yağı ilə sürtmək olar. Əgər dodaqları limon şirəsi ilə sürtsəniz, onlar uzun müddət təravətli və təbii görünüşünü saxlayacaq.
Dodaqlarınıza həmçinin üz kremi, tərkibində E vitamini olan yağ və ya aloye olan gel çəkə bilərsiniz. Nəticədə dodaqlar nəm və yumşaq olacaq.
 
UPD. Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.
 
Pomadanı çəkmək texnikası
Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayət edəcək. Makiyaja başladıqda dodaqlarınız çatlaq olmamalı, çünki çatlaq dodaqlarda pomada təbəqə kimi qalxır və çox pis görünür.
Xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Bəzi pudralı pomadalar gözəl görünmələrinə baxmayaraq dodaqlarınızı quruda bilər. Parladıcı tərzdə olanları seçsəniz, dodaqlarınızı da nəmləndirər.
Pomada çəkməyə başlamazdan əvvəl nə qədər yüngül makiyaj etmiş olsanız da, dodaq qələmi istifadə etməlisiniz. Doğru çəkilən bir dodaq qələmi makiyajın təbiiliyindən heç bir şey azaltmaz. Əksinə, pomadanın qalıcılığını artırar.

Davamı →

Biznesmen qadının imici

İşgüzar qadın olmaq heç də asan deyil. Burada təhsil, peşəkarlıq, kollektivdə işləmək bacarığı və s. böyük rol oynayır. Amma yadda saxlamaq lazımdır ki, uyğun olaraq qadın həm də gözəl görünməlidir. Dünyada tanınmış imicmeyker Meri Spileyn xarici görünüşün karyeraya təsiri barədə test işləmişdir. Həmin test vasitəsilə öz imicinizi dəyərləndirә bilərsiniz.


Ardı →

Gözəlliyin düşmənləri

Çoxumuz bilmədən dərimizi korlayır və qocalmasını sürətləndiririk. Kosmetik məhsullar haqqında məlumatımız olmadığı üçün yanlış məhsullardan istifadə edirik. Lakin bilməliyik ki, bəzi kosmetik məhsullar nə qədər baha olsa da, istəklərimizi qarşılamır. Ən pis kosmetik məhsullara 5 məhsul daxildir.

Üz yumaq üçün sabun – Nə qədər bahalı və ya nəmləndirici özəlliyi olsa da, üzü sabunla yumağa son qoyun. Sabunun tərkibində kimyəvi yağların dərinin pH balansını yüksəltdiyi elmi təsdiqini tapıb. Yüksək bazlı pH sahib sabun dərinin təbii yağ təbəqəsini həll edir. Üzün təbii yağ təbəqəsinin azalması isə dərini qurudur.

Dərini su ilə yaşayan orqanizm kimi düşünün. Susuz yəni, nəmsiz qalan dəri cansız və qurumuş yarpaq kimi solğun görünür. Sağlam və parlaq dəri üçün üzünüzü qurudan sabunlardan istifadə etməyin. Dəri tipinə uyğun və tərkibində SLS olmayan təmizləmə geli və ya lasyon ilə dərinizi təmizləyə bilərsiniz.

Alkoqollu tonik
Bəzi üz toniklərinin tərkibində alkoqol da olur. Alkoqollu toniklər üzə təmizlik hiss versə də, dərimiz üçün yararlı deyil. Tonikin içində olan alkoqol, dərini bakterial infeksiyalara və qurumağa qoymayan təbii yağı yox edir. Dərinin təbii yağ təbəqəsinin pozulması ilə quruluq, aşırı yağlanma, çatlama, ya da ləkələrin düşməsi kimi hallar müşahidə olunur. Alkoqollu toniklər yerinə içində alkoqol olmayan toniklər yaxşı alternativdir. Alkoqolsuz toniklər dərini qoruyur, sakitləşdirir və təravətlənməsinə yardım edir.

SLS tərkibli üz təmizləyiciləri
Bir çox təmizləyi və şampunların tərkibində SLS (sodium lauryl sulfat) və ya SLES (Sodium Laureth Sulfate) var. SLS-lər dəridəki yağı həll etdiyi üçün dərini qurudur. Aparılan araşdırmalarda SLS tərkibli məhsulların dəridə irritasiyaya səbəb olduğu müşahidə edilib. Üz təmizləyici alanda tərkibini diqqətlə oxuyun və SLS olmayan təmizləyici məhsullar alın.


Ardı →

Üz dərisinə qulluq | Kələm maskası

Üz, çənə və boyun nahiyəsinə qulluq heç vaxt gec olmasa da, bir həqiqət var ki, bu işi nə qədər tez görsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.kələm
Məsələn, ağ kələm A, V, S, K, R və RP vitaminləri ilə zəngin olduğundan dəri üçün ideal resept hesab oluna bilər. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır.

Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.

Quru dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, 1 çay stəkanı südlə qarışdırıb, kələmlər yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boynunuza çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.

Yağlı dəri üçün:
1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boynunuza çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.

P.S: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından həftədə 1 dəfə istifadə edə bilərsiniz.


Davamı →

Faydalı pəhriz

Əziz xanımlar və gözəl qızlar. Sizlinlə sınanılmış və xeyri görülmüş bir diet novü paylaşacam. Bu diet sayəsində üzümüz təravətli olacaq, özumüz isə artıq kalorilərlə vidalaşa biləcəyik və ən əsası sevdiyimiz yeməklərdən və «fastfood» lardan bizi heçnə ayırmayacaq. Necə deyərlər doyana kimi yemək artıq sərbəstdir.


Ardı →

Hörüklər

Hörüklərdən danışan kimi, o dəqiqə göz qabağına qoşa hörüklü kənd qızı gəlir. Əlbəttə hörüklər hamı kimi, kənddən şəhərə gəlib. Kənd qızların səhəri, saçlarını hörməkdən başlanır, çünki, tarlada, bağ-bağçada, həyət-baca işində hörülməmiş saçlarla çıxmaq olmaz.
Sonralar bu hörüklər şəhər qızlarına da xüsusi yaraşıq gətirdi. Hörükləri məşhur xanımlar da dəbə gətirdi. Məsələn, Diana Krüqer bu hörükləri Kann festivalına qədər aparıb çıxardı. Cenifer Lopes xüsusi hörülmüş saç formasıyla səhnəyə çıxdı.
Ardı →