Vinir dişlər

Vinir dişlər
Müasir dövrün ən böyük tələblərindən biri də, estetikadır. İnsanın üz quruluşuna gözəlliyinə rəng qatan əsas meyarlardan biri estetik gülüşdü. Gözel quruluşlu və bəyaz dişlər hər insana qismət olmur. Lakin bəzi peşə sahiblərində (incəsənət nümayəndələri, jurnalistlər, işi ilə əlaqədar insanlarla daima ünsiyyətdə olan və.s) bu yolverilməz haldı.

Bəs bunun üçün nə etməli?
Müasir dövrdə insanin itirilmiş estetikliyini bərpa etmək üçün bir neçə üsul var. Bunlardan biri də vinirlərdir. Bu konstruksiyalar dişlərə həm rəng baxımından həmdə görünüş baxımından gözəllik verir. Bir sözlə sizlərə Hollivud gülüşü qismət edir.

Hətta digər konstruksiyalardan fərqli olaraq dişlər demək olar ki zədələnmir.

Bəzən pasientlər hansısa şəxslərdə gördüyü və ya özünün istədiyi formada dişlərə sahib olmaq istəyir. Bunun üçün də vinirlər hazırlanmadan qabaq kompyuterlə xüsusi proqramla (DSD proqram) dişlərin gələcək formaları müəyyən olunur. Və lazım gələrsə həmin proqrama əsasən şablonlar hazırlanaraq pasientlərə təqdim olunur. Bir sözlə pasient vinirlər hazırlanmamışdan qabaq artıq dişlərinin necə olacağı haqda bilir.

tibbdunyasi.com

0 şərh