Diş minasının cilalanması


Diş minasının cilalanması gigiyena prosedurunun son mərhələsidir. Diş daşı və ərpinin təmizlənməsindən sonra minanın səthi nahamar olur. Bu vəziyyəti aradan qaldırmağa cilalama proseduru kömək edir.

Diş minası cilalalanmazsa qida qalıqları asanlıqla minaya yapışaraq diş ərpi və daşlarının tez əmələ gəlməsinə səbəb olacaq. Cilalama proseduru bunun üçün nəzərdə tutulmuş xüsusi rezin başlıqlar, ştripslər, abrazivliyi müxtəlif olan məcunlar, konusşəkilli və digər fırçalarla icra olunur.

Cilalama nə effekt verir?
Estetik – diş minası hamardır və parlaqdır;
Gigiyenik – zərərli bakteriyaların toplanmasının qarşısı alınmışdır.

Cilalama proseduru həm də kariesin müalicəsi zamanı plomblamadan sonra icra olunur. Bəzən diş ətinin vəziyyətini, ağız boşluğundakı digər iltihabi prosesləri nəzərə alaraq stomatoloq cilalama prosedurunu 2-ci gəlişə təyin edir.

Özünüzü yalnız peşəkarlara etibar edin və hər zaman sağlam olun.

Dr. Günay Həbibzadə

0 şərh