Dişlərə zərər vuran qida məhsulları


Şəkər tozu kariyesə səbəb olmur, buna səbəb turşudur. Ancaq şəkərli məhsullar qəbul etdikdə, ağızda yaşayan bakteriyalarda bundan faydalanır.

Bakteriyalar turşu istehsal esir. Bu isə diş emalının zədələnməsinə səbəb olur. Növbəti qida məhsulları və içkilər dişləri zədələyir.

Quru meyvələr
Quru meyvələrin hazırlanma prosesi suyun kənarlaşmasını vacib edir, bu isə şəkərin konsentrasiyasının artmasına səbəb olur.

Quru meyvələr karamel kimidir, yapışqanlıq hesabına onlar dişlərdə qalır və bakteriyalar üçün münasib şərait yaradır.

Öskürək əlehinə konfetlər
Bu konfetlər gec əridiyi üçün dişləri şəkər və turşu hesabına daha çox zədələyir.

Qreyfrut
Qreyfrut hədsiz turşdur. Bu isə diş emalını hədsiz zədələyir.

Qəhvə
Qəhvədə olan turşu diş emalına zədələyici təsir edir. Ağızda nə qədər çox qalırsa, effekt bir o qədər çoxdur. Buna görə qəhvəni tez için.

Dietik qazirovka
Dietik qazirovka adisindən daha çox turşu daşıyır. Bu içkinin hazırlanmasında fosfor turşusu istifadə olunur. Bu kislota diş emalının tərkibindəki kalsini əridir.

0 şərh