Diş ətinin qanamasının bilmədiyiniz təhlükəli səbəbləri

Diş ətinin qanamasının əsas səbəbi dişləri düzgün fırçalamaq, bərk sürtməkdir. Lakin bunun digər daha təhlükəli səbəbləri də var.
İnsanların əksəriyyəti diş ətinin qanamasına ciddi simptom kimi baxmır və bu çox səhv yanaşmadır. 
Diş ətinin qanamsının gizli səbəbləri arasında: diş əti qanmasının təhlükələri
  • Hormonal fonunun pozulmaları
  • Orqanizmdə C vitamininin çatışmazlığı
  • Qan laxtalanmasının pozulmaları
  • Qan xərçəngi
Diş ətiniz qanayırsa ilk növbədə daha yumşaq fırçadan istifadə edin, dişlərinizi ehtiyatla fırçalayın. Əgər bu kömək etmirsə, həkimə müraciət edin. 
Diş əti iltihabının və onu müşaiyət edən qanamaların əsas səbəblərindən biri də zəyif ağız gigiyenası ola bilər. Fırçalanmayan və ya pis fırçalanan dişlərin üzərində bakteriyal ərp formalaşır. Diş və diş əti arası çökük(şırım) xüsusilə risk altındadır.
Ərpdə yerləşən bakteriyalar, endotoksin adlanan zərərli metabolik maddələri ifraz edib  immun sistemini cavab verməyə vadar edirlər. Bu immun cavab iltihabı tətikləyir və, bakteriyalar məhv olduqlarına baxmayaraq, diş ətlərin çəkilməsinə səbəb olur. Müalicə olunmadıqda infeksiya, parodontu və sonunda çənə sümüyünü sıradan çıxarır.
Diş əti qanamalarına, gingivit və parodontitə, zəyif oral higiyenası ilə bərabər,  siqaret şəkmək, şəkərli diabet, hamiləlikdə hormonal dəyişikliklər, ağızdan nəfəs alma kimi hallar da səbəb ola bilər.


Mənbə: Saglamolun.Az
 

0 şərh