Diş çürüməsinin qarşısını almağın yolları

Dişlərin sağlamlığı olduqca vacibdir. Xırda bir çürük belə ürək-damar xəstəlikləri, revmatizm, xora, böyrək və qaraciyər xəstəliklərinə zəmin yarada bilər. Ona görə də dişdəki hər hansı çürüyə laqeyd yanaşmaq olmaz və mütləq müalicə edilməlidir. Bəs diş çürüməsinin qarşısını necə ala bilərik?
Diş çürüməsinin qarşısını almağın yolları

1. Müntəzəm olaraq stomatoloqa gedin
İldə iki dəfə diş həkiminə baş müraciət etmək lazımdır. Gələcəkdə daha ciddi problemlərlə qarşılaşmamaq üçün ağız və diş baxımına diqqət yetirmək və həkim nəzarətindən keçmək önəmlidir.

2. Dişlərin təmizliyinə diqqət yetirin
Dişlər səhər, günorta və axşam fırçalanmalıdır. Diş ipindən istifadə edilməli və ağız qarqarası ilə dişlər hərtərəfli təmizlənməlidir. Diş ipi dişlərin təmizlənməsində vacib rola malikdir. Buna görə gündə bir dəfə müntəzəm olaraq diş ipindən istifadə edilməlidir.

3. Sağlam qidalanın
Sağlam qidalanma diş çürüməsinin qarşısını almağın başqa bir yoludur. Sağlamlıq üçün orqanizmin ehtiyac duyduğu vitaminlər, minerallar və karbohidratlar kimi qida maddələrini mütləq qəbul etmək lazımdır. Bu qidaların balanslı şəkildə qəbulu vacibdir. Digər mühüm məqam isə fındıq, qoz kimi sərt meyvələrin dişlə qırılmamasıdır.

4. Dişlərinizi təmizləyəcək qidalardan istifadə edin
Bəzi qidaların həm də diş fırçası rolunu oynadığını bilirsinizmi? Məsələn, kök, alma kimi qidalar dişlərinizi təmizləyir. Lifli qidalar dişləri təmizləyir və gücləndirir. Liflə zəngin qidalardan istifadə etməklə həm diş, həm də bədən sağlamlığınızı qoruya bilərsiniz.

5. Şəkər qəbul etdikdən sonra ağzınızı təmizləyin
Şəkər, şokolad, nabat kimi şirniyyatlar yedikdən sonra dişlər fırçalanmalı və ağız bol su ilə yuyulmalıdır. Şəkərli qidalar dişlərin tez çürüməsinə səbəb olur. Gün ərzində yediyiniz şəkərli məmulatlardan sonra dişlərinizi diş ipi ilə təmizləyin.

6. Saqqız çeynəyin
Saqqız çeynəmək də dişlərin təmizlənməsinə kömək edir. Saqqızın təravətləndirici təsirə malik olması nəfəsi təravətləndirir. Saqqız seçərkən də diqqətli olun. Şəkərsiz saqqız seçmək gərəkdir.

7. Turşu tərkibli içkilərdən uzaq durun
Turşu tərkibli içkilər də dişlərin çürüməsinə səbəb olur. Ona görə də turşulu içkilər yerinə təbii meyvə şirələrinə üstünlük verilməlidir. Xüsusilə qara turşulu içkilər içmək dişlərə son dərəcə zərərlidir. Mümkün qədər ayran, kefir, meyvə suyu kimi içkilərdən istifadə etməyi tövsiyə edirik.

8. Diş fırçasını dəyişdirin
Uzun müddət istifadə etdiyiniz bir diş fırçanız varsa, mütləq onu dəyişdirin. Bir müddət sonra diş fırçasının tükləri köhnəlir, ona görə də dişləri yaxşı fırçalaya bilmir. Buna görə diş fırçanızı 3-4 ay istifadə etdikdən sonra dəyişdirməyiniz məsləhətdir.

9. Diş fırçasını islatmayın
Dişlərinizi təmizləməzdən əvvəl diş fırçasını islatmayın. Məcunu birbaşa quru diş fırçasına çəkin. Diş məcunun islanması onun effektiv təsirini azalda bilər.

10. Spirtsiz ağız qarqarasına üstünlük verin
Qısa müddətdə ağız qoxusunu yox edəcək və gigiyenik faydası olan spirtsiz ağız qarqaralarından istifadə edin. Dişləri fırçalamaqla yanaşı, ağız qoxusunu aradan qaldırmağa kömək edən ağız qarqaraları da son dərəcə vacibdir. Tez-tez istifadə olunmalıdır.
 
 
Mənbə: ilk.az
 

0 şərh