Рейтинг
+10.45

Stomatologiya

20 üzv, 54 topik

Diş fırçası


Bəzi təməl qaydalara əməl edərək dişlərinizin hər zaman təmiz qalmasına nail ola bilərsiniz.

Məsələn: Yüngül və dairəvi hərəkətlə fırçanı hər bir diş üzərində saat əqrəbi istiqamətində çevirmək daha təsirlidir. Belə etdikdə dişlərin arasına dolmuş yemək qalıqlarından asanlıqla azad ola bilərsiniz.

Həkimlər yumşaq tüklü, eyni zamanda kiçik və ya orta böyüklükdə olan fırçadan istifadə etməyi məsləhət görürlər. Çünki kiçik ya da orta böyüklükdə fırça ağızınızın içindəki ən dar künclərə belə rahatca girərək oradakı bakteriya və mikrobları asanlıqla təmizləyir.

Fırçanızı bir neçə aydan bir dəyişdirin. Fırçanızın tükləri çölə doğru qıvrılıbsa, artıq onu dəyişdirmək lazımdır.


Davamı →

Pomada karies yaradır

Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariesin əmələ gəlmə riski böyükdür.Rusiya mətbuatının yaydığı xəbərdə deyilir ki, bunu braziliyalı mütəxəssislərin dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxıb.
Ardı →

Breketlər

Təbəssüm. Sadə bir şeydir. Lakin bəzi insanlar gülümsəməkdən çəkinir və utanır. Bir çox hallarda bunun səbəbi əyri, bir birinin üstünə "çıxan" dişlərdir.

Belə dişlər tək kosmetik defekt deyil. Ağız boşluğunda düzgün yerləşməyən dişlər damaqları zədələyir, nəticədə qinqivit əmələ gəlir. Daha ağır fəsad — paradontitdir. Bu çox təhlükəli xəstəlikdir ki, bunun nəticəsində hətta sağlam dişlər laxlamağa başlayır və düşür. Bundan əlavə sıx yerləşən dişlərin keyfiyyətli təmizlənməsi mümkünsüz olur ki, nəticədə karies inkişaf edir.

Bu vəziyyətdən çıxış yolu breketlərin (və ya breket-sistemlərinin) istifadə edilməsidir. Breketləri həkim-ortodont təyin edir.


Ardı →

Dişlərin implantasiyası

Videoda dişlərin implantasiya prosesi göstərilib.

İlk növbədə damağın selikli qişası kəsilir ki, sümüyə yol açılsın. Bütün manipulyasiyalar anesteziya koməyi ilə həyata keçirilir.
Xəstə heç bir ağrı hiss etmir.


Ardı →

Diş çəkiləndən sonra

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir.

Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz. Müasir stomatoloji metodikalar hətta qismən dağılmış dişləri bərpa etmək imkan verir.

Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır — ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar («antibiotik»lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin.

— Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz.

— Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna  əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər.


Ardı →

Sağlam dişlərin beş qaydası

Dünya əhalisinin cəmi 10%-i sağlam diş əti və möhkəm dişlərlə öyünə bilər. Bu bəxtəvərlərin cərgəsinə necə düşmək olar? 

1. Düzgün qidalanın
Yediyimiz nə varsa, dişlərin və diş ətinin sağlamlığına birbaşa təsir edir. Ağ çörək və yağlı xəmirdən hazırlanmış yumşaq və özlü qida dişlərin üzərində mikrobların mənbəyinə çevrilən və parodont toxumalarını parçalayan “yapışqan” ərpin əmələ gəlməsinə səbəb olur. Odur ki, yağlı yeməkləri qida rasionundan mümkün qədər xaric etmək lazımdır, xüsusən, ona görə ki, bu, yalnız diş və diş ətinin deyil, bədən biçiminin də xeyrinə olar.

Hər dəfə qida qəbul edərkən təzə tərəvəzlərdən istifadə etmək çox yaxşı olardı. Yerkökü, çuğundur, turp, kərəviz gövdəsini çeynəyin – bu, dişləri mexaniki olaraq təmizləyəcək. Diş əti üçün təzə və şirin olmayan meyvələr də faydalıdır.  Arzuolunanlar  arasında – qabıqlı alma durur. Çox kobud qida ilə isə ehtiyatlı olmaq lazımdır. Belə ki,  suşka və ya suxari həm diş minasını, həm də diş ətini zədələyə bilər. Dişləri ilə qoz sındırmağı sevənlər də  həmin fəsadlar ilə üzləşə bilərlər.


Ardı →

Bəyaz dişlər üçün | 10 məsləhət

bəyaz dişlər1. Dişlərinizə ləkə salacaq yeməklər yedikdən və ya içdikdən dərhal sonra onları fırçalayın. Yaxud da bir alma da yeyə bilərsiniz.
2. Ən azı 2- 3 aydan bir diş fırçanızı dəyişdirin. Əks halda, dişlərinizi fırçalayarkən, ancaq bakteriyaları ağzınıza ötürəcəksiniz.
3. Dişlərinizi 45 dərəcəlik bucaq altında yavaş-yavaş hərəkətlərlə fırçalayın.
4. Nəfəsinizi təravətli saxlamaq üçün hər səhər dilin üzərini dil təmizləyici ilə təmizləyin. Pis ağız qoxusunun səbəblərindən biri də dil üzərində çoxalan bakteriyalardır.
5. Axşam yeməyindən sonra çiy yerkökü, qovrulmuş qarğıdalı və kərəviz yemək faydalıdır.
6. Səhərlər alma sirkəsi ilə qarqara edin və sonra dişlərinizi fırçalayın. Bu zaman sirkə ləkələri yox edir, mikrobları öldürür.
7. Həftədə bir dəfə dişlərinizi karbonatla fırçalayın. Diş pastasına alternativ olaraq, dişlərinizi duzla iki gündən bir fırçalayın.
8. Bundan əlavə, nanəli şəkər yeyə bilər, ya da spirtsiz qarqaradan istifadə etmək olar. Spirtlə qarqara ağızdakı toxumaları öldürə və bakteriyaları həssas vəziyyətə gətirə bilər.
9. Dişlərinizin arasını diş sapı ilə təmizləyin. Bununla da istənilən vaxt dişinizin təmizliyini qoruya bilərsiniz.
10. Səhər vaxtı və gecə yatmazdan əvvəl mütləq dişlərinizi fırçalayın. 
Davamı →

Dişlərinizin düşməni 4 qida

Bəzi qidaları qəbul edərkən diqqət edin!
Ağız boşluğumuzda təxminən 700 fərqli tipdə bakteriyalar mövcuddur. Bu bakteriyalar bəzi qidalarla birləşdikdə dişlərimizə zərər verməyə başlayırlar. Dişlərinizin sağlamlığına fikir verirsinizsə,bəzi qidaları qəbul edərkən iki dəfə düşünməkdə yarar var.

Cips və partladılmış qarğıdalı
Cips və partladılmış qarğıdalıda yüksək miqdarda karbohidrat və şəkər vardır. Bunlar da öz növbəsində ağız boşluğunda bakteriyalarla birləşdikdə dişlərimizə zərər verməyə başlayırlar. Bu tip qidaları qəbul etdikdən sonra yeddi dəqiqə ərzində dişlərinizi fırçalamalısınız.

Qəhvə
Bəzi qəhvə növlərinin tərkibində qaz olduğundan, onlar da dişlərimizə zərər yetirə bilir. Qəhvənin dişimizə təsirini azaltmaq üçün şəkərsiz saqqız çeynəyə bilərik.

Spirtli içki
Daima spirtli içki qəbul etmək sadəcə qaraciyərimiz üçün deyil, ağız boşluğumuz üçün də təhlükə yaradır. Yüksək dozada spirtli içki qəbulu ağzımıza ciddi zərər verə, hətta ağız xərçənginə səbəb ola bilər.

Salat sousları
Bir çox salat sousları sirkəli və şəkərli olur. Sirkə orqanizmimiz üçün yararlı olsa da, dişlərimizi zəiflədir. Salatımıza bu cür sousları az miqdarda əlavə edərək istifadə edə bilərik. Souslu salatları yedikdən sonra yenə də ağzımızı yaxalamaqda və ya dişlərimizi fırçalamaqda yarar vardır.

Davamı →

Parodontoz

Parodontoz 50% insanın rastlaşdığı, ağrı və ciddi simptomları olmayan, sanki qəfil başlayan, qanlı və dişlərin düşməni olan bir xəstəlikdir.Bir çox insanlar artıq dişlər laxlayıb düşənə yaxın xəbər tutur.

İllər öncə başlayan, bir çox ağırlaşmaları olan, gizli gedən sistem xəstəliyi olan parodontoz nədir, necə başlayır, əlamətləri hansılardır? Tibbdə parodontoz parodontun toxumasının distrofik sistem xəstəliyidir. 
Davamı →

Dişləri qorumaq üçün bunları etməyin

Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. Gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik.

Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər. Həmin xətalar hansılardır?

Diş fırçalarını uzun zaman istifadə etmək
Bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz.
Davamı →