Рейтинг
+10.45

Stomatologiya

21 üzv, 69 topik

Təbii diş məcunu

Dişlərə düzgün qulluq edilmədikdə kariyes, diş ətlərində iltihab yaranır, bu da dişlərin çürüyərək sıradan çıxmasına, ağızdan pis qoxu gəlməsinə səbəb olur.

Stomatoloqlar dişlərin gündə iki dəfə fırçalanmasını məsləhət görürlər. Satılan bir çox diş məcunlarının tərkibindəki maddələr nəinki dişlərimiz, sağlamlığımız üçün də ziyanlıdır.

Aktivləşdirilmiş kömür, Hindistan cevizi yağı və yumurta qabığı tozunun qarışığından evdə asanlıqla təbii diş məcunu hazırlamaq olar. Satılan diş məcunlarından daha faydalı olan bu qarışıq dişlərə və diş ətinə zərər vermir.
Davamı →

Oil pulling

“Oil pulling” (yağla təmizləmək) adlanan üsul son illər ağız boşluğu və diş təmizliyində geniş şəkildə istifadə edilir. Deyilənə görə, hətta Hollivud ulduzları sağlam və ağappaq dişlərinə görə bu üsula borcludurlar. Bəs, “oil pulling” necə tətbiq edilir və faydalı cəhətləri nələrdir?

Əslində, bu, yeni bir üsul deyil. Qədim zamanlardan bəri insanlar dişlərini təmizləmək üçün yağdan istifadə ediblər. Ancaq sonradan diş məcunlarının kəşfi bu üsulun unudulmasına səbəb olub. Son illər isə diş həkimləri dişləri yağla təmizləməyin çox effektli olduğunu bildirirlər. Mütəxəssislər “oil pulling”in bir çox xəstəliyi və problemi aradan qaldırdığını vurğulayırlar.

“Oil pulling” ağızdan toksinlərin və bakteriyaların təmizlənməsini təmin edir. Dişləri ağardır. Ağız boşluğundakı bakteriyalar məhv olduğu üçün ümumilikdə insanın səhhəti yaxşılaşır, bakteriyaların səbəb olduqları problemlər aradan qalxır. Bu üsulu tətbiq etmək üçün yüksək keyfiyyətli kokos yağı və ya zeytun yağı almalısınız. Ancaq sadəcə kokos yağı antibakterialdır. Ona görə də, məcbur olmasanız, zeytun yağından istifadə etmək tövsiyə olunmur.
Davamı →

Karies haqqında 10 maraqlı fakt

1. Karies dünyada ən yayılmış xəstəlik sayılır. İnsanların 95-99%-də karies var.

2. Maraqlıdır ki, eskimoslarda və Cənub Palmir dağlarında yaşayan qunzu tayfasında kariesə təsadüf edilmir.

3. Qadınlar arasında kişilərlə müqayisədə karies 2 dəfə daha çox təsadüf edilir. Bunu əsasən hamiləlik zamanı kalsiumun orqanizmdən yuyulması ilə əlaqələndirirlər. Bundan əlavə qadınlar şirniyyatlara daha meyillidir.
Davamı →

Dişlər üçün faydalı və zərərli içkilər

Faydalı içkilər
Süd
Süd dişləri kalsium və D vitaminilə təmin edən, onlara güc, sağlamlıq bəxş edən içkidir. Həm də, südün tərkibində zülal növü olan casein var ki, bu da, diş çürüməsinin qarşını almaqla diş minasını qoruyur.

Yaşıl və bitki çayları
Qəhvə yerinə yaşıl və bitki çaylarını içməyə üstünlük verin. Yaşıl çay dişlərdə ləkə və saralmalara səbəb olmur.

Mineral su
Mineral suyun tərkibində çox miqdarda mineral və diş minasının yenilınməsinə kömək olan kalsium fosfat var.
Davamı →

Paradontit


Diş əti və onun ətraf toxumasında baş verən iltihabi xəstəlik paradontit adlanır. Ən geniş yayılmış diş əti xəstəliklərindən biri qinqvitdir. Qinqvit diş ətinin iltihabı xəstəliyidir.

Onun aşağıdakı formaları var:
– hipertrogik qinqvit
– kataral qinqvit
– xoralı qinqvit
– nekrotik qinqvit
– atrofik qinqvit.

Davamı →

Ağıl dişləri

Bildiyimiz kimi, ağzımızda ən axırıncı çıxan dişlər ağıl dişləridir. Əsasən 17-25 yaşları arasında çıxır. Hal hazırda bir çox insanlarda ağıl dişləri çıxmır.

Ağıl dişlərin çıxması bəzi problemlər yarada bilə. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir. Əgər dogru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər. Ağıl dişlərinin çəkilməsinə yol açan hallar hansılardır?
Davamı →

Dişlərin ev şəraitində ağardılması

Bəzi təbii vasitələrin köməyi ilə dişləri ev şəraitində ağartmaq mümkündür. Nəzərinizə çatdıraq ki, bəzi sadaladığımız vasitələrdən btez-tez istifadə etmək olmaz, bu diş emalının zədələnməsinə səbəb ola bilər. Dişləriniz çox həssasdırsa, daha diqqətli olmalısınız.

1. Duz
Diş fırçasını narın duza batırıb dişlərinizi fırçalayın. Bunu həftədə 1 dəfədən artıq etmək olmaz. Digər üsul — diş fırçasına bir qədər diş məcunu sıxın, üzərinə duz tökün və dişlərinizi fırçalayın.

2. Banan qabığı
Banan qabığının içi ilə dişlərinizi yaxşı sürtün, 10 dəqiqə gözləyin və sonra adi qaydada diş məcunu ilə təmizləyin. Bu üsul diş emalına, təbii ki, mənfi təsir etmir.
Davamı →

Damaqların xalq təbabəti üsulları ilə müalicəsi

Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.

Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.

Parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.


Ardı →

Diş daşının təmizlənməsi

Hər qida qəbulundan sonra ağız boşluğunda qidanın mikroskopik artıqları qalır.

Bu ağız boşluğunda yaşayan mikroblar üçün qida mənbəyidir. Bakteriyaların ən xoşladığı qidalar — şirniyyatlar və un məmulatlarıdır. Ağız boşluğu gigiyenasına ciddi riayət etmədikdə bakteriyaların sayı sürətlə çoxalır, onlar dişlərə daha möhkəm yapışır və böyük koloniyalar yaradır. Nəticədə dişlərin üzərində diş daşı əmələ gəlir.

Diş daşı həm damağın üzərində, həm də damağın altında yığılır. Bir çox hallarda diş daşı dişlərin arxa tərəflərində yığılır.

Vaxtında təmizlənməmiş diş daşı müxtəlif diş və damaq problemlərinə səbəb olur — damaqların iltihabları, karies, dişlərin laxlanması və tökülməsi.


Ardı →

Dişlərin ağardılması

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.
Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl  düzgün təmizləmək lazımdır.
Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.
Davamı →