Рейтинг
+10.45

Stomatologiya

21 üzv, 70 topik

Sağlam dişlərin beş qaydası

Dünya əhalisinin cəmi 10%-i sağlam diş əti və möhkəm dişlərlə öyünə bilər. Bu bəxtəvərlərin cərgəsinə necə düşmək olar? 

1. Düzgün qidalanın
Yediyimiz nə varsa, dişlərin və diş ətinin sağlamlığına birbaşa təsir edir. Ağ çörək və yağlı xəmirdən hazırlanmış yumşaq və özlü qida dişlərin üzərində mikrobların mənbəyinə çevrilən və parodont toxumalarını parçalayan “yapışqan” ərpin əmələ gəlməsinə səbəb olur. Odur ki, yağlı yeməkləri qida rasionundan mümkün qədər xaric etmək lazımdır, xüsusən, ona görə ki, bu, yalnız diş və diş ətinin deyil, bədən biçiminin də xeyrinə olar.

Hər dəfə qida qəbul edərkən təzə tərəvəzlərdən istifadə etmək çox yaxşı olardı. Yerkökü, çuğundur, turp, kərəviz gövdəsini çeynəyin – bu, dişləri mexaniki olaraq təmizləyəcək. Diş əti üçün təzə və şirin olmayan meyvələr də faydalıdır.  Arzuolunanlar  arasında – qabıqlı alma durur. Çox kobud qida ilə isə ehtiyatlı olmaq lazımdır. Belə ki,  suşka və ya suxari həm diş minasını, həm də diş ətini zədələyə bilər. Dişləri ilə qoz sındırmağı sevənlər də  həmin fəsadlar ilə üzləşə bilərlər.


Ardı →

Ağıl dişləri

Bildiyimiz kimi, ağzımızda ən axırıncı çıxan dişlər ağıl dişləridir. Əsasən 17-25 yaşları arasında çıxır. Hal hazırda bir çox insanlarda ağıl dişləri çıxmır.

Ağıl dişlərin çıxması bəzi problemlər yarada bilə. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir. Əgər dogru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər. Ağıl dişlərinin çəkilməsinə yol açan hallar hansılardır?
Davamı →

Dişlərin ağardılması

Dişlərə düzgün qulluq edilməsi onların sağlamlığı və gözəl görünüşü üçün əsas şərtdir.
Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl  düzgün təmizləmək lazımdır.
Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.
Davamı →

Diş və damaqlar üçün xeyirli məhsullar

Sağlam dişlər və damaqlar hər bir üzün gözəlliyidir.

Bundan əlavə onlar bir çox səslərin tənəffüsündə böyük rol oynayırlar. Damaqların əsas funksiyası isə dişlərin tərpənmə i və tökülmədən  qorumaqdır.

Gündəlik rasionumuzda olan bir çox məhsullar diş və damaqlara həm ziyanlı, həm də xeyirli təsir göstərə bilirlər.Bu isə gündəlik olaraq onların zədə alması, bir çox məqamlarda korlanması deməkdir. Məhz bu səbəbdən  bu məqalədə sizə diş və damaqlar üçün çox xeyirli olan məhsullar haqda məlumat verəcəyik. Beləliklə məhsulların siyahısı:

— Kök. Tərkibinə olan karortin damaqlar üçün çox xeyirlidir.Çiy halda diş və damaqlar üçün əla trenajor vasitəsi də sayılır.


Ardı →

Diş fircası haqqında və fircaların düzgün seçilməsi

İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Ağız-diş təmizliyi, əl-dırnaq təmizliyini həyata keçirən vasitələr şəxsi olmalı və digər insanların bundan istifadəsinə icazə verilməməlidr. Diş fırçaları da belə vasitələr qrupuna daxildir və seçilərkən orqanizmin xüsusiyyətlərinə uyğun qaydada seçilməlidir.

Bu gün mağazalarda müxtəlif firmaların müxtəlif qiymətlərə diş fırçaları satılır. Mütəxəssislər bildirirlər ki, 80 qəpikdən 10 manata qədər olan diş fırçaların istifadə müddəti 3 aydır. Yəni hansı firma olur-olsun, ağız və diş sağlamlığı üçün diş fırçası 3 aydan artıq istifadə edilməməlidir.

Ümumiyyətlə, ağız təmizliyi üçün insanlar hər zaman axtarışda olublar. Hələ lap qədim dövrlərdə dişləri təmizləmək üçün budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanı və s. bu kimi təbii vasitələrdən istifadə edilib. İlk diş fırçası isə e.ə 3000-ci ildə qədim Misirdə qələm boyda ağac budaqlarının istifadəsi ilə tətbiq edilib. İslam dünyasında isə Salvador misvak ağacının budaqları ilk dəfə diş təmizləmək üçün istifadə olunub. Hazırda istifadə edilən diş fırçalarını xatırladan diş fırçası isə 1498-ci ildə Çində hazırlanıb. İlk diş fırçası patentini 1857-ci ildə Amerikada Vadsvorth alıb.

Stomatoloqlar bildirir ki, diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünür.


Ardı →

Diş ağrısı zamanı ilk tibbi yardım

Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəhərdən kənar yerdə və s.) diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə edə bilərsiniz.

İlk öncə xalq təbabəti üsullarından istifadə etmək olar:

1. Hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edin (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

2. Adaçayı (sürvə) otun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur). Dəmləməni 30 san. ərzində ağızda (xəstə diş tərəfində) saxlayın. Bundan ələvə digər dəmləmələrdən də istifadə edilir: 1 çay qaşığı adaçayı + 1 çay qaşığı çobanyastığı; 2 çay qaşığı nanə; 2 çay qaşığı palıd qabığı.

3. Xarab dişin oyuğuna 1 dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq olar.

Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar (dərmanı qəbul etməzdən əvvəl onun təlimatını diqqətlə oxuyun!).

Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin!

Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.


Davamı →

Dişlər niyə çürüyür?

Dişlərin çürüməsinə uşaqlar arasında daha çox rast gəlinir. Bunun əsas səbəblərindən biri də rejimsiz qidalanmadır.
Karbohidratların bakteriyalar tərəfindən parçalanması nəticəsində turşu ifraz olunur və diş səthində pH faktoru (mühitin turşluluğunun göstəricisi) aşağı enir ki, bu da kalsium ve fosfor ionlarının diş minasından ayrılması ilə nəticələnir.

Uşaqların inkşafı dövründə fosfor, kalsium və florun miqdarı az olduqda, eyni zamanda şəkərli və karbohidratlarla zəngin olan qidalardan daha çox istifadə edildikdə çürümə baş verir. Dişlərin vaxtında və kifayət qədər təmizlənməməsi də kariesin yaranma səbəblərindəndir.

Hamiləlik, yanlış olaraq dərmanlardan istifadə, orqanizmin müdafiə funksiyasının zəifləməsinə və dişlərin daha tez çürüməsinə səbəb olur.


Ardı →

Diş çəkiləndən sonra

Müasir stomatologiyada dişlərin çəkilməsi yalnız istisna hallarda tətbiq edilir.

Stomatoloqlar deyir ki, ən yaxşı və bahalı süni diş heç zaman təbii dişin yerini verə bilməz. Müasir stomatoloji metodikalar hətta qismən dağılmış dişləri bərpa etmək imkan verir.

Lakin bəzən dişi saxlamaq mümkün olmur və həkim xəstənin dişini çəkmək məcbur olur. Dişin çəkilməsi kiçik cərrahiyyə əməliyyatıdır — ağrısazlaşdırma tətbiq edilir, bəzən diş yuvasına tikişlər qoyulur, ağrısızlaşdıran və antibakterial preparatlar («antibiotik»lər) təyin edilir və s. Bu səbəbdən dişi çəkilən insan müəyyən qaydalara əməl etməlidir ki, qanaxma, iltihab kimi fəsadlar inkişaf etməsin.

— Diş çəkiləndən sonra 3 saat ərzində qida və maye qəbul etmək olmaz.

— Fiziki gərginliklər (xüsusilə əyilmək, ağır əşyaları qaldırmaq və s.), isti vanna, sauna  əks-göstərişdir. Bu dişdən qanaxmaya səbəb ola bilər.


Ardı →

Pomada karies yaradır

Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariesin əmələ gəlmə riski böyükdür.Rusiya mətbuatının yaydığı xəbərdə deyilir ki, bunu braziliyalı mütəxəssislərin dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxıb.
Ardı →

Süd dişi

Süd dişinin vaxtından əvvəl çəkilməsi hansı fəsadlara yol aça bilər?
Süd dişi vaxtından əvvəl çəkilərsə, onun yeri boş qaldığı üçün həm qarşı diş uzanır, həm də yanındakılar böyüyərək onun boşluğunu doldururlar.
Nəticədə dişlərin deformasiyası prosesi baş verir. Buna görə də sonradan çıxan dişlər özünə yer tapmır və əyri bitir. Çəkilən dişin yeri qorunmalıdır. Süd azı dişlərinin dəyişməsi 9 yaş civarında başlayır və 12 yaşa qədər davam edir. 6-7 yaşda süd azı dişləri dəyişmədən ən arxada birainci daimi azı diş çıxır, 7-8 yaşda alt ön süd dişləri dəyişir. 12-13 yaşda daimi dişlər süd dişlərini əvəzləyir. Dişlərin gec çıxmasına genetik faktorlar da təsir edir.


Ardı →