Рейтинг
+10.45

Stomatologiya

21 üzv, 70 topik

Dişlərinizin düşməni 4 qida

Bəzi qidaları qəbul edərkən diqqət edin!
Ağız boşluğumuzda təxminən 700 fərqli tipdə bakteriyalar mövcuddur. Bu bakteriyalar bəzi qidalarla birləşdikdə dişlərimizə zərər verməyə başlayırlar. Dişlərinizin sağlamlığına fikir verirsinizsə,bəzi qidaları qəbul edərkən iki dəfə düşünməkdə yarar var.

Cips və partladılmış qarğıdalı
Cips və partladılmış qarğıdalıda yüksək miqdarda karbohidrat və şəkər vardır. Bunlar da öz növbəsində ağız boşluğunda bakteriyalarla birləşdikdə dişlərimizə zərər verməyə başlayırlar. Bu tip qidaları qəbul etdikdən sonra yeddi dəqiqə ərzində dişlərinizi fırçalamalısınız.

Qəhvə
Bəzi qəhvə növlərinin tərkibində qaz olduğundan, onlar da dişlərimizə zərər yetirə bilir. Qəhvənin dişimizə təsirini azaltmaq üçün şəkərsiz saqqız çeynəyə bilərik.

Spirtli içki
Daima spirtli içki qəbul etmək sadəcə qaraciyərimiz üçün deyil, ağız boşluğumuz üçün də təhlükə yaradır. Yüksək dozada spirtli içki qəbulu ağzımıza ciddi zərər verə, hətta ağız xərçənginə səbəb ola bilər.

Salat sousları
Bir çox salat sousları sirkəli və şəkərli olur. Sirkə orqanizmimiz üçün yararlı olsa da, dişlərimizi zəiflədir. Salatımıza bu cür sousları az miqdarda əlavə edərək istifadə edə bilərik. Souslu salatları yedikdən sonra yenə də ağzımızı yaxalamaqda və ya dişlərimizi fırçalamaqda yarar vardır.

Davamı →

Süd dişinə qulluq

Təxminən altı aylığından başlayaraq körpələrdə süd dişləri çıxmağa başlayır.20-yə yaxın süd dişi çıxır.Təbii ki,böyüklərdə olduğu kimi,bu dişlər çeynəmə və yeməyə kömək edir.Həmçinin üz və çənənin normal inkişafına kömək edir,daimi dişlərin çıxması üçün şərait yaradır.
Süd dişlərinin vaxtından tez çürüməsi diş ağrıları ilə bərabər gələcəkdə bir çox problemlərə də səbəb ola bilər.Bəs uşağın ağız boşluğunun və dişlərinin sağlamlığını qorumaq üçün nəyə diqqət yetirmək lazımdır?
Körpənin gələcəkdə sağlam dişlərə sahib olması süd dişlərinə düzgün qulluqdan başlayır.Uşağınızın yaxşı vərdişlərə sahib olmasına kiçik yaşlarından çalışmalısınız.Dişlərə qulluqla bağlı əsasən bunlara fikir vermək lazımdır:
Ardı →

Kənd uşaqlarının dişləri niyə çürük olur?

Görəsən keçmişdə dişləri necə təmizləyirdilər? Həyat yoldaşını Böyük Vətən müharibəsində itirmiş Nurayə nənənin ömrünün sonuna qədər öz dişləri ilə qidalanması uşaq vaxtlarımdan məni çox maraqlandırırdı. Çox sevinirəm ki, sağlığında bunu Nurayə nənədən öyrənə bildim. Sən demə, o dövrdə duz və kömürü ocaq külü ilə qarışdırıb dişlərini belə sürtürlərmiş.
İndi isə dişləri qorumaq üçün saysız-hesabsız imkanlar var. Bəs niyə bəzi valideynlər bu imkanlardan istifadə etmirlər?
Orta məktəb şagirdləri üzərində apardığım müşahidələrdə məni narahat edən bir sıra problemlərlə qarşılaşdım. Belə ki, fiziki cəhətdən tamamilə sağlam olan uşaqların dişləri çox pis vəziyyətdə idi.
Ardı →

Diş daşının təmizlənməsi

Hər qida qəbulundan sonra ağız boşluğunda qidanın mikroskopik artıqları qalır.

Bu ağız boşluğunda yaşayan mikroblar üçün qida mənbəyidir. Bakteriyaların ən xoşladığı qidalar — şirniyyatlar və un məmulatlarıdır. Ağız boşluğu gigiyenasına ciddi riayət etmədikdə bakteriyaların sayı sürətlə çoxalır, onlar dişlərə daha möhkəm yapışır və böyük koloniyalar yaradır. Nəticədə dişlərin üzərində diş daşı əmələ gəlir.

Diş daşı həm damağın üzərində, həm də damağın altında yığılır. Bir çox hallarda diş daşı dişlərin arxa tərəflərində yığılır.

Vaxtında təmizlənməmiş diş daşı müxtəlif diş və damaq problemlərinə səbəb olur — damaqların iltihabları, karies, dişlərin laxlanması və tökülməsi.


Ardı →

Nə üçün dişlərimiz məhz 32 ədəddir?

Planetimizdə canlı varlıqların əksəriyyətində dişlər var. Canlıların dişlərinin forması onların otyeyən, ətyeyən, yırtıcı və ya qeyri-yırtıcı olmalarından, həmiçinin həyat tərzindən aslı olaraqı dəyişirlər və bu da onların yedikləri qidaya maksimum uyğunlaşmasını təmin edir.
Amma mənşəcə bütün canlıların dişlərinin təkamülü eynidir. Qəribə də səslənsə bizim dişlərimiz təkamülə uğramış balıq pulcuqlarından əmələ gəlmişdir.
Yüz milyon il əvvəl qədim balıqlar qidanı tutmaq və parçalamaq üçün çənə nahiyyəsində yerləşən bərk pulcuqlardan istifadə etmişdir. Daha sonra bu pulcuqlar daha dəyərli dişlərə dəyişildi.Bununla da balıq pulcuqları ilə dişlər arasında əlaqə olduğu güman olunur.


Ardı →

Dişlərin düzgün təmizlənməsi

Dişlərə düzgün qulluq edilməsi – onların sağlam və gözəl saxlanılması üçün əsas şərtdir. Dişləri hər gün səhər yeməyindən və axşam şam yeməyindən sonra yatmamışdan qabaq təmizləmək lazımdır. Hər dəfə yeməkdən sonra ağız boşluğunu  mütləq xüsusi eleksirlərdən (apteklərdə və dükanlarda satılır) istifadə etməklə yaxalamaq, ən yaxşısı isə, əgər imkan varsa, hər yemək qəbulundan sonra dişləri, diş fırçası vasitəsilə diş pastaları ilə təmizləmək lazımdır.
Davamı →

Diş çürüməsinin səbəbləri nədir?

Diş çürüməsinin ən yayılmış səbəbi ağız boşluğunda plak yaranmasıdır. Plak yemək qalıqları, bakteriyalar və şəkərli içkilərdən qalan maddələrin dişlər üzərində yığılması ilə əmələ gəlir. Bu yumşaq və yapışqan təbəqə zamanla dişlərin üzərinə yapışır və təmizlənmədikdə sərtləşərək diş daşı halına gəlir. Diş plakı asid yaradan bakteriyaları ehtiva etdiyi üçün bu asidlər diş minasını hədəf alaraq demineralizasiya prosesini başladır. Dişlərin mütəmadi olaraq fırçalanmaması plakın miqdarının artmasına və beləliklə çürüklərin formalaşmasına səbəb olur. Gündəlik diş fırçalama və diş ipi istifadəsi plakın və sonradan diş daşının təmizlənməsində mühüm rol oynayır. Həkimlər ən azı gündə iki dəfə yeməkdən sonra dişlərin fırçalanmasını tövsiyə edirlər. Diş həkimi tərəfindən mütəmadi olaraq aparılan peşəkar təmizlik, plak və diş daşının qarşısını almaqda əhəmiyyətli rol oynayır.


Davamı →

Uşaqlarda erkən diş çürüməsi problemi

Yetkin insanların öpüşləri beş yaşından aşağı uşaqlarda erkən diş çürüməsinə səbəb olduğunu bilirdinizmi?

Geniş yayılmış, çox tez inkişaf edən və uşaqların irəliləyən yaşında da ağız və diş sağlamlığını təhlükəyə salan “uşaqların erkən diş çürüməsi problemi” bəzən körpəyə göstərilən ifrat sevginin yol açdığı səhv davranışların nəticəsində yaranır.


Davamı →

Stress dişləri çürüdür

Günümüzdə bir çox xəstəliyin səbəbi olaraq göstərilən stress faktorunun, bədəndəki çox orqana təsir etdiyi kimi diş çürüyü və diş əti xəstəliklərinə də səbəb olduğu bildirilir.
Sağlamlıq baxımından ağız və diş gigiyenasına çox əhəmiyyət vermək lazımdır.
Ağız təmizliyinə uşaq yaşlarda başlamaq lazımdır, diş çürümələri, diş əti və oynaq xəstəliklərinin altında çox fərqli amillər də yata bilər. Bu səbəblərin başında stress amilinə nəzər yetirmək lazımdır.

Davamı →

Soyuq havalarda dişlərimiz niyə sızıldayır

Dişlərimizin içində damar və sinirlərin olduğu bir boşluq vardır, eyni ilə sümüklərdəki kimidir. Tam ortasında ilik dediyimiz yumşaq toxumanın yerləşdiyi hissə dişlərdə də eynidir. İliyin yəni damar və sinirlərin olduğu boşluğun ətrafında daha dəlikli sümük toxuması vardır. Bu təbəqəyə dişdə dentin deyilir. Dəlikli sümük hissəni də çox sərt bir təbəqə örtür.

Davamı →