Məntiqi suallar

1. Qədim zamanlarda qadınlar kipriklərinin üzərindən ipək parça salardılar. İndi, bu ipək parçaları nə əvəz edir?
 2. Bişmir, stolun üstünə qoyulmur. Qaynadılmır və yetişmir. Amma dünyada hər kəs bu yeməyi yeyir. Bu nədir?
3. David yuxudan durub, paltarını geyib, səhər yeməyini yeyib evdən çıxaraq maşına oturdu. 300 mil getdikdən sonra maşından çıxıb, evə girib yeməyini yeyib yatdı. Yenə də öz evində. Amma 300 mil David düz yol gedib geri qayıtmayıb. Bu necə ola bilər?
4. Çayın sahilinə 2 balıqtutan gəlir. Sahildə 1 dənə qayıq olur və ancaq 1 nəfər minə bilər qayığa. Buna baxmayaraq hər iki balıqtutan sahili keçir. Necə?
5. 19-cu əsrdə Kanada pullarının üstündə şamanların və cadügarların cadusu yazılırdı. Niyə?

19 şərh

member
1. Eynək
2. Ana südü
 
Ramil
Bunlar tamamilə düzdür
Ferbara
3. Ola bilsin minik maşını deyil. :)
4. Niyəsə mənə elə gəlir ki, bu 2-cə balıq tutan balıqçıdı. :)
 
imtogrul
4. birinci balıqçı gedib balıq tutur qayıdır, buna qədər ikinci gözdüyür. Sonra ikinci balıqçı gedir ))
Ferbara
Bu qədər sadə? :)
imtogrul
)),  ya da belə:  balıqtutanlar çaya müxtəlif sahildən yanaşırlar. və hər sahildə də bir qayıq olur, birinci balıqtutan öztərəfindən qayığa minib digər tərəfə keçir, ikinci balıqtutan da öz tərəfindən qayığa minib əks tərəfə keçir.
Ferbara
Əgər hər iki sahildə balıq varsa, onda niyə yerlərini dəyişsinlər? Hərə öz durduğu sahildə balığını tutsun. Bir də ki, burda çayı deyil, sahili keçir deyir. Bilmirəm bu məqama fikir vermək lazımdı, ya yox.
Ramil
Axı sualda yalnız bir qayıq göstərilir. 
Ramil
Yəni balıqçılar müxtəlif sahillədə dayanıblar, biri qayığı minib sahili keçir, sonra o birisi həmin qayığı minib çayı keçir. 
Don_Elnur
2. Ana sudu
3. Yol cevre formasindadi
4. Ayri ayri sahillerde olublar 
Ramil
3 və 5 qalıb. bilənlər yazsınlar.
tarixci1919
Bəlkə, bu Davidin 2 evi varmış?:)
tarixci1919
Onda, bəlkə, birinci ev heç bu Davidin olmayıb?
 
kagizgemiler
3.David səhər öz evində yox başqasının evində yuxudan durub yəqin.
mahira2001
3 də sahili niyə kecir. Cayi kecməlidir
Yəqin ki duzdu 
mahira2001
4
 
Ramil
4. Sadə sualdır, sadəcə düşünməmiz lazımdır. Balıqtutanlar hərəsi bir sahildə dayanıb, biri qayığı minib, sağ sahilə keşdikdə, o biri də minib sol sahilə keçir.