Heyvanları döyüşdürmək doğrudurmu?


Xoruz və öküz döyüşləri, dəvə güləşi bu gün də müxtəlif ölkələrdə müşahidə olunmaqdadır. Azərbaycanda da xoruz döyüşü bir vaxtlar çox geniş yayılmışdı. Bəri başdan deyək ki, bu cür işlər bəyənilmir. Çünki dinimiz təkcə insana deyil, heyvanlara, bitkilərə də əziyyət verməyi qadağan edir. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) hədislərindən birində: "Mərhəmət etməyənə mərhəmət olunmaz", - buyurur. Başqa bir hədisində isə Rəsulullah (s.ə.s.) bir pişiyi qapalı yerə salıb aclıqdan, susuzluqdan öldürən birinin cəhənnəmə gedəcəyini bildirir. Yəni Allah ətrafımızdakı heyvanları müəyyən bir vəzifə üçün yaratmışdır. Mələsən, toyuq insanlar üçün qidadır. Bu quşları döyüşdürmək, al qana boyanmasına, şikəst qalmasına səbəb olmaq insafsızlıqdır. Təbii ki, bu cür əməllər nə vicdanlı insanlara, nə də Allaha xoş gedər. Bu cür vasitələrlə əylənmək, xüsusilə də onlardan qumar məqsədi ilə istifadə etmək isə mənəvi xəstəlikdir. Insan xoruz döyüşündən, ya dəvə güləşindən zövq alırsa, bu, onun mənəvi naqisliyinə işarədir. Bunlar bir tərəfə qalsın, bu gün bəşəriyyətə insanlıq öyrətdiyini iddia edən Avropa orta əsrlərdə xüsusi yetişdirilmiş insanlar, qullar arasında gedən ölüm-qalım savaşından zövq alırdı. Təbii ki, insan taleyi ilə oynamaq daha böyük günahdır.

Mənbə: "Ailəm" jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətndən istifadə edərəkən istinad (saytın adı
http://kayzen.az) etmək mütləqdir,əks halda halal edilmir.

5 şərh

Xrizoberil
mənim heç xoşum gəlmir heyvanların döyüşdürülməsindən.xüsusilə öküzlərin! vəhşilikdir. hələ sonda öküzləri öldürürlər, bundan nə zövq alırlar mən baüa düşmürəm :(


LABiRiNT
mastagada it doyusu cempionati kecirilir,bir-birini al qana bulayincaya qeder doyusdururler.
Xrizoberil
it doyüşü çempionatını birinci dəfə eşidirəm...maştağanın harasında keçirilir bu çempionat?
Cavid
mən toyuq döyüşünü bilirəm, şahidi də olmuşam, bəzi admlar var idi gedib İrandan xoruz alib döyüşdürərlərdi, rayonda olanda belə hadisəsələrə rast gəlmək olurdu.
P.S. halallıq söhbəti qəşəng alınıb, halaldı ORIGINAL)
Nobody
Heyvanlara qarsi edilen vehsilikleri qiniyiram. Umumiyetle heyvan ticareti,heyvanlara eziyet verilerek eylenceler duzeltmek falan bu tip seyleri eden insanlar ozleri heyvandirlar