Yeraltında, yerüzündə və göydəkilər

Abbasi Xəlifesi Harun Rəşid, sənətkarlara, elm adamlarına böyük hörmət göstərir, onların söhbətlərini dinləmək üçün hər fırsatı dəyərləndirirdi. Onları məclisinə çağırır, sualar soruşur, öyüdlərini alırdı. Yenə belə məclislərdən birində xəlifə, Bəhlül Danayə belə bir sual verər:
- Yeraltında, yerüstündə və göylərdə en çox olan şey nədir? Yeraltında ölülər, yerüstündə bitki və heyvanlar, göylərdə də mələklər olacaq yəqin ki? Bunların sayını da Allahdan başqa kimsə biləməz...

xəlifə və BəhlulBəhlul:
- Ey Xəlifə! Həm soruşursan, həm cavab verirsən. Hərçənd ki, bilirsən, məndən niyə soruşursan?
Xəlifə Harun Rəşid:
- Ağlıma elə gəldi soruşdum. Ancaq verdiyim cavab mənim təxminimdən ibarətdir. Əsil doğru cavabı sizdən öyrənmək istəyirəm.

Bəhlül, xəlifənin gözlərinin içinə baxıb:
- Elə isə dinlə! Doğru cavab sənin dediyin kimi deyil, yeraltında çox olan ölülər deyildir. Yeraltında çox olan o ölülərin peşmanlıqlarıdır. Onlar qəbrə qoyulduqları vaxt , etdikləri pisliklərə görə minlərcə dəfə peşmanlıq duymaqdadırlar.
- Yerüzündə çox olanlar bitki və heyvanlar deyildir. Yerüzündə çox olan insanların hırs və tamahlarıdır. O insanların ömürləri boş xəyallarla keçər. Onların nə özlərinə, nə də başqalarına faydaları vardır. Allahın hüzuruna isə əməlsiz dönərlər.
- Göylərdə çox olanlar isə söylədiyin kimi mələklər deyildir. Adil insanların ədalətindən doğan savablardır.
Budur ey xəlifə! Sənə öyüdüm, ədalət geyimini geyin və adil davran. Bu dünyada düşmanlarını və şeytanı adil rəftar etməklə məğlub edə bilərsən!!!

 

 

0 şərh