Bu gün əsl mən istədiyim bir gündür

Bir müxbir müsahibə almaq üçün 102 yaşlı qocanın yanına getdi və
ondan ilk sual kimi "bu qədər uzun yaşamasının" səbəbini soruşdu.
Təbii ki, müxbir başqaları kimi qocadan: "İdman edirəm", "qatıq yeyirəm", meyvə-tərəvəzdən çox istifadə edirəm və s. kimi cavablar gözləyirdi. 
Ancaq qocanın müxbirə cavabı bu idi: "Hər gün tezdən yatağımdan qalxıram. 
Pəncərənin qarşısına keçirəm. Hava istər günəşli olsun, istər yağışlı, istər soyuq, istər isti... " 
Öz-özümə bunları deyirəm: "Allahım, sənə şükürlər olsun! 
Bu gün əsl mən istədiyim bir gündür!"
 

0 şərh