Beynini işlət, düzgün cavab ver!

1) Sizə onu veriblər və indidə o sizə məxsusdur. Siz onu heç vaxt heç kəsə verməmisiniz, ancaq ondan sizin bütün tanışlarınız istifadə edirlər. Sual belədi: O nədir?

2) Antoni ve Kleopatra yunan villassında döşəmədə ölmüş halda uzanmışlar.Yaxınlıqda sınmış akvarium var.Lakin onların bədənində heç bir zədə yeri yoxdur və onlar zəhərlənməmişlər.

Sual belədi: Onların ölümünü necə izah edə bilərsiniz?

Qeyd edək ki ölməzdən əvvəl hər ikisinin də 1 yaşı var idi.

3) Bu bir psixoloji testdi.

Hadisənin qəhrəmanı bir gənc qızdı. Bu gənc qız, öz anasının cənazəsi vaxtı əvvəllər kim oldugunu bilmediyi bir gənc oğlanla qarşılaşır. Bu gənc oğlan qızın xəyallarının adamıdı və qız oğlanı görər görməz

ona aşiq olur. bundan bir neçə gün keçir. Həmin oğlana bir daha

rast gələ bilmir. Gənc qız bacısını öldürür .

Polis nə üçün bacısını öldürdüyünü soruşur, gənc qız cavab verir.

Sual belədi: Qızın bacısını öldürmə səbəbi nədir?

4) Bir terrorist sərnişin təyyarəsini tutur. O, pilota deyir ki, onlar başqa bir aeportda eniş etsinlər. Enişdən sonra o 1 milyon dollar və 2 paraşut istəyir. Onlar ona bir milyon dolları və 2 paraşutu verirlər. Daha sonra o əmr edir ki, təyyarə yenidən havaya qalxsın və əks istiqamətə getsin. Hər şey onun dediyi kimi edilir və daha sonra paraşutla tullanır. İkinci paraşut isə təyyarədə qalır. Ondan heç kəs istifadə etmir.

Sual belədi: O, ikinci paraşutu əgər işlətməyəcəkdirsə niyə istədi?

Qeyd: Polis bilirdi ki, təyyaradə bir 1 terrorist var.

5) Bir vaxtlar Rusiyada bir qrup insan kifayət qədər pul xərcləyərək şarları qazla doldurub havaya buraxarmış. Maraqlı bir görüntü alındığından bu mənzərə baxmağa gedən çox imiş.

Sual belədi: Sizcə bunu kim edirdi və niyə?

6) İki ən yaxşı rəfiqə mesajlaşırlar. Biri digərinə bunları yazır:

''nəsə çox narahatam, səninçün də çox darıxmışam. Bu gecə uyğunsunuzsa sizdə qalmağa gələ bilərəmmi?

Bu mesajı alan digər rəfiqə mesajı eynilə belə cavablandırır:

''Lap yaxşı olardı amma mən evdə deyiləm indi, bibimgildəyəm. Bibim oğulu əsgərlikdən gəldi bir az əvvəl, bu gecə orada qalacağam. Sabah gözləyirəm, yaxşı? gecən xeyrə qalsın.''

Bu mesajı oxuyan digər rəfiqə çox hirslənər çünki ən yaxşı rəfiqəsinin ona yalan dediyindən, əslində evdə olduğundan əmin olmuşdur və bunu bu mesajdan başa düşmüşdür.

Sual belədi: Sizcə qız, ən yaxşı dostunun ona yalan danışdığını necə anlamış ola bilər?

7) Bütün gün boyunca eyni sualı soruşub hər səfərində fərqli cavab aldığımız sual nədir?

8) Padşah bir günahkarı asacaqmış. Vəzirinə demiş:

«Bir kağıza ölüm bir kağıza həyat yaz. bir torbaya qoy. günahkar hansını seçsə o olacaq.»

Vəzir, günahkar düşməni olduğu üçün ikisinə də ölüm yazmış. günahkarda bunu bilirmiş.

Amma vəziri padşahın yanında günahlandıra bilməzmiş.

Sual belədi: Günahkar necə xilas olar?

3 şərh

member
1. Ad
3. Oğlanı yenidən görmək üçün bunu etmişdi
6. «ORDA qalacam»
7. Saat neçədi?
8. Kağızlardan birin çıxarıb tez yesin və ya cırsın
name

Bir az kobud çıxa bilər, amma bu suallar artıq çeynənilib. 

2. Antoni ve Kleopatra balıqların adlarıdır

4. 1 paraşut istəmiş olsa idi ona xarab paraşut verə bilərdilər. 2 ədəd istəyir ki, yanında girov götürəcəyini düşünsünlər və xarab paraşut verməsinlər

5. Oğrular edirdi

Suli, sağ olun. Təkrar biliyin anasıdır :)

3. Qeyd olunduğu kimi psixoloji testdir. Oğlanı yenidən görmək üçün — cavabını verənlər cinayətə meyilli insanlar olurmuş… Mən demirəm. Testin nəticəsi belədir..

 

suli
Menim esl adim Suleymandir qisaca suli