İmamətin olması niyə zəruridir?

Imamətin zəruriliyi və fəlsəfəsi həmin o şeydir ki, nübuvvətə aiddir. Bir fərqlə ki, yeni din gətirməz. İmamət nə üçün zəruridir?
1. Quranı təfsir etmək üçün. Həzrət Peyğəmbərin (s) vəzifələrindən biri Quran ayələrini insanlar üçün təfsir etmək və mənalandırmaq olmuşdur. Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək buyurur: “(Onları) aydın dəlillər (möcüzələrlə) və ibrətamiz səma kitabları ilə (göndərdik) və sənə də bu zikri (Qur’anı) nazil etdik ki, insanlara onlara nazil olanı açıqlayasan və bəlkə düşündülər”. (“Nəhl” 44).
İmamətin olması niyə zəruridir?
2. Mübahisələr zamanı qazilik etmək. Yəni, əgər iki nəfər bir-biri ilə münaqişədə olarsa, onlara qazilik edib, haqlı olanı üzə çıxartmaqdır.“(Şəriət sahibi olan peyğəmbərlərin göndərilmələrindən qabaq) bütün insanlar tək bir dəstə idilər (səmavi şəriətsiz öz ağıllarının tələbi əsasında yaşayırdılar. Amma yavaş-yavaş özlərinin dünya işlərində ixtilafa düçar oldular).
Beləliklə Allah peyğəmbərləri (səmavi din və şəriətlə) müjdə verən və qorxudan olaraq göndərdi və onlarla birlikdə insanların arasında onların bir-birləri ilə ixtilafa düçar olduqları şey barəsində hökm çıxarmaq üçün haqq olaraq (və uca, ali və əqlani bir hədəf üçün səmavi) Kitab nazil etdi”. (“Bəqərə” 213).
3. İnsanları hidayət etmək. İnsanların əqidə, əxlaq və əhkam mövzularında onlara mütləq yol göstərən lazımdır. Bu insan Allah tərəfindən olub, Allah elminə malik olan insan olmalıdır ki, insanları doğru yola hidayət edə bilsin. Bunun üçün də Məsum İmamın (ə) olması zəruri mövzulardandır. (Beytutə)
4. Bəndələr üzərində hüccəti tamamlamaq. Peyğəmbərlərin (ə) risalətinin hədəflərindən biri – Allah tərəfindən olan hüccəti bəndələrinə ötürməkdir. “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir”. (“Nisa” 165).
5. Ədaləti bərqərar etmək. Peyğəmbərlərin (ə) vəzifələrindən biri budur ki, yer üzərində ədaləti və əmin-amanlığı bərqərar etsinlər. “Şübhəsiz, Biz Öz peyğəmbərlərimizi aydın dəlillərlə (məntiq və möcüzə ilə) göndərdik və onlarla birlikdə insanların (dünya həyatında) ədalət və insafa əməl etmələri üçün (səmavi) kitab və (mənaları seçmək, haqq ilə batili bir-birindən ayırd etmək və əşyaları çəkmək üçün) ölçü vasitəsi nazil etdik”. (“Hədid” 25).
Allah Təala bizləri İmamətin həqiqi ardıcıllarından qərar versin!

Mənbə: Deyerler.org
 

0 şərh