Əfəndimizin (s.a.v.) Danışıq tərzi,gülüşü və təbəssümü

Əfəndimizin danışıq tərzi son dərəcə şirin və könül oxşayan idi.Sözü bircə-bircə deyər,hər cümləsi dinləyənlər tərəfindən yaxşı başa düşülsün deyə ayrı-ayrı olardı.Vurğulamaq istədiyi bir sözü üç dəfə söyləmə adəti var idi.Danışanda çox vaxt gözlərini göy üzünə tutardı.Səsi gur idi.Ümmü Haninin (r.a) belə dediyi rəvayət edilmişdir: "Həzrəti Peyğəmbər (s.a.v) Kəbədə Qurani-Kərim oxuyanda,biz də evlərimizdə yataqlarımız üzərində uzanıb onu dinləyərdik."

Aişə anamız Onun (s.a.v.) danışma tərzini izah edərkən: " O danışarkən sizin kimi danışmazdı.Onu dinləyən kim olursa-olsun,sanki,danışdıqlarını əzbərləyərdi," -deyə buyururdu.Hətta Əfəndimiz danışdığı zaman sözlərinin hərflərini belə saymaq mümkün idi.Bu "ağır danışardı" mənasına gəlməsin.Çünki bizim ağır danışıqlarımız dinləyənlərə yorğunluq verə bilər.Amma Əfəndimizin kəlmələri bircə-bircə ifadə etməklə danışması,anladığımız mənada bir ağır-ağır danışma tərzi deyildi.Yaxşıca başa düşülsün deyə,vurğuladığı sözü üç dəfə təkrar edərdi.

Uzun bir hədistə,Hind İbn Halə bir gün Hz.Həsən (r.a) ondan: "Hz.Peyğəmbər (s.a.v.) necə danışardı?" deyyə soruşanda O,belə cəvab vermişdi: "Həmişə Allahın (c.c) hüzurunda dayanırmış kimi çox vaxt səssiz durardı.Onun əhli-dünya kimi istirahəti olmazdı,susma zamanı danışma zamanına görə daha uzun idi,lazım olmadığı zaman danışmağı sevməzdi.Sözə başlayanda bismillah deyərdi,qurtaranda da.Bir neçə məqsədini çox qısa və yığcam ifadələrlə izah edərdi,cevami-ül-kəlim idi.Məramı nə idisə,onu da qədərincə ifadə edərdi.Hər nemətə həmd və şükürlə qarşılıq verərdi.Bir şeyə işarə edəcəksə barmağıyla deyil mübarək əlləri ilə işarə edə rdi.Kiməsə hirslənsə,onun üstünə qışqırmaq kimi başa düşülən yüksək səslə danışmaz,əksinə şəfqətlə,mülayimliklə qarşılıq verərdi.Sevindirici bir xəbər eşitdiyi zaman,təvəzökarlıqla  göz qapaqlarını bağlayar,sevincini göstərməzdi.Sultani-Ənbiya Əfəndimiz gülməyi həmişə təbəssüm idi.Təbəssüm anında inci dənələri kimi tərtəmiz mübarək dişləri ortaya çıxardı.

0 şərh