Peyğəmbərin ailə üzvləri ilə münasibəti

Hz.Peyğəmbər (aleyhissalatu vəssalam) ailə üzvləri ilə söhbət edərdi.Əfəndimiz ailəsinin üzvlərinin hər biri ilə şəxsən və baş-başa xüsusi söhbət etdiyi  kimi,onların hamısı ilə söhbətlər də edərdi.Zövcələri ilə keçirəcəyi söhbətləri bir əsasa bağlamışdı.Hər səhər məsciddən çıxdıqdan və ikindi vaxtı namaz qıldıqdan sonra,həyat yolaşlarının hər birinə tək tək baş çəkər,müəyyən bir müddət onlarla söhbət edərdi.Xüsusilə də ailə üzvlərini cəm şəkildə bir yerə yığmaq məqsədi ilə,hər axşam söhbət edərdi.Bu yığıncaqlarda Rəsulullahın,zövcələrinə "xürafə"deyilən ibrətli hekayələr belə danışdığı,hamısını güldürdüyü və zarafatlar da etdiyi rəvayət edilmişdir.

Hz.Aişə,oyadığı bəzi oyuncaqları olduğunu,qonşuların yanına gəldiklərini,onlarla birlikdə oynadıqlarını deyir.Hz.Peyğəmbərin də oların gəlməsinə mane olmadığını,əksinə yardımçı olduğunu,bəzən də oyuncaqları səbəbi ilə ona zarafat etdiyini bilidirirdi.Bayramlarda Həbəşilərin göstərdikləri əyləncələri Hz.Aişənin seyr etməsinə həm icazə vermiş,həm də yardımcı olmuşdur.Bu mənada Bəzən Hz.Aişə ilə qaçaraq yarışdığı da rəvayət edilmişdir.   Hz.Aişənin rəvayət etdiyinə görə o,bir gün Rəsulullah üçün bulamac bişirir.Yanlarında Sevda (r.a.)anamız da var idi.Aişə Sevdaya "Buyur,sən də ye!"-deyir.O imtina edincə,onu "Yeməsən üzünə yaxacam",-deyir.Sevda yeməməkdə israr edincə bulamacı Sevdanın üzünə yaxar.Bu zarafata Əfəndimiz (s.a.v.)  gülür və "Nə dayanırsan,sən də Onun üzünə yax,"-deyir.Sevda yeməyi Aişənin üzünə yaxır.Rəsulullah (s.a.v.) ona da gülür.  
Əfəndimiz (s.a.v.) bəzən də sözlü zarafatlar etmişdir.Hz.Əfəndimiz (s.a.v.) ailəsindən biri kimi qeyd edə biləcəyimiz xidmətçisi Ümmü Əymən ilə əlaqədar bir zarafatı da belədir:   Ümmü Əymən (r.a.) bir gün Hz.Əfəndimizin yanına gəlib: -Məni bir şeyə mindir,-deyir.Rəsulullah: -Səni dəvə balasına mindirəcəm,-buyurur.Ümmü Əymən: -Ey Allahın Elçisi ! Dəvə balası məni daşıya bilməz,-deyincə, Hz.Peyğəmbər (s.a.v.) :
-       Səni dəvə balasından başqa bir şeyə mindirmərəm,-deyərək hər dəvənin əslində dəvə balası sayıldığını eyham edər. 

Əfəndimiz (s.a.v.),ailə fərdlərinə qarşı çox həssas davranıb,onlara böyük qiymət vermişdir.Müxtəlif söz və davranışlarla,onların maddi və mənəvi köməkçisi olmuşdur.Zövcələrinə fəzilətlərini söyləməsi,onları sevdiyini ifadə etməsi,dəvəsinə mindirməsi,eyni qabın suyu ilə bir yerdə yuyunması,zövcəsinin dəvə və yaxud ata minməyində ona kömək etməsi və dizini ona dayaq etməsi ,bir sıxıntı ilə kədərlənib ağlayan xanımının gözyaşlarını əlləri ilə silərək ona təsəlli etməsi kimi Rəsulullahın (s.a.v.) bir çox davranışı,zövcələrini məmnun etmək üçün edilmişdi.    Hz.Peyğəmbər sadəcə ailə üzvlərinə deyil,onlara yaxın insanlara da hörmət və ehtiramla yanaşmışdır.Evinə gələn yaşlı bir qadına çox nəzakət göstərdiyini görən Hz.Aişə,qadın getdikdən sonra bu nəzakətin səbəbini soruşduqda,belə cəvab alır:    "Ey Aişə,bu qadın,Xədicənin rəfiqələrindəndir.(Xədicə-Peyğəmbərimizn zövcəsi yəni həyat yoldaşı) Onun sağlığında bizə gəlib-gedərdi. Dostluğa vəfa imandandır.Hz.Aişə,Peyğəmbərin,Hz.Xadicənin yaxınlarına olan bu bağlılığı  səbəbi ilə,hər dəfə qoyun kəsəndə onun yoldaşlarına da mütləq bir pay göndərdiyini bildirir.
Rəvayətlərdə Əfəndimizin (s.a.v.) evdəki bəzi işlərdə zövcələrinə kömək etdiyini də görməkdəyik."Rəsulullah evdə nə edərdi?"-deyə Hz.Aişədən soruşanlara ,Aişə (r.a.) bu cavabı vermişdir: "Ailənin qulluğunda durar,namaz başlayınca da evdən çıxardı." Bu işlərin nəələrdən ibarət olduğunu sualına da belə aydınlıq gətirərdi: "ayaqqbı təmir edər,paltar yamamağı və paltar təmizliyi,qoyunu sağmağı,öz işlərinin görməsi və s.-cəvabı verilməkdədir.   Bununla yanaşı,Əfəndimiz zövcələrinə qarşı son dərəcə zərif davranmışdır.Rəsulullahın,ailə üzvlərinin əylənmələrinə də diqqət yetirdiyini  qeyd etmək lazımdır.Əfəndimiz (s.a.v.) toylarda,bayramlarda,bəzi mərasimlərdə əyləncəyə yer verilməsinə icazə vermişdir.  Peyğəmbərimiz doğma ailəsi ilə yanaşı,digər insanlara da mərhəmətini əsirgəməmişdir.Bu da İnsanlığın ən gözəl nümunəsidir.
Mənbə: Şəmail  görünüş və davranışları ilə ən gözəl insan Peyğəmbərimiz (s.a.v.) kitabı (Xəzər Nəşriyyatı)
Istifadə edilən başlıca qaynaqlar:
İbn Hişam.Abdulmelik İbn Hibam İbn Eyyub el himyeri (v213/828) Müslim,Ebul-Huseyni el haccac en-Neysaburi (206/261 h) Sahihu Muslim,1-4,Daru ihyait-turasil-Arabi,Beyrut tsz.En-Nesai.es-Suyuti,(849-911).et-Tebrizi.
Yardım-
Əli,Peyğəmbərimizin Şəmaili,Damla Yayınevi,İstanbul,1997

3 şərh

Zeyneb_Ehmedova
Bəli sevgili peyğəmbərimiz insan övladının ən ideal nümunəsidir.Peyğəmbərimiz nəinki ailə üzvlərindən digər insanlara da münasibəti çox mülayim olmuşdur.Məqaləyə görə təşəkkürlər.
Mehemmedcan
Hamı elə olsaydı gözəl olardı