Dehli sultanlığı

Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildəsərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvi sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu… 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gürlü sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəyin rəhbərliyi altında xüsusi idarə də yaradıldı.

Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək(1206-1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cü ildə Dehli sultanlığının əsasını qoydu. Aybəyin ölümündən sonra haki-miyyətə Şəmsiyyəsülaləsinin nümayəndəsi Eltutmuş xan gəldi Eltutmuş Pəncabın böyük bir hissəsini, Multanı, Lahoru və Qəznəyə qədər olan böyük bir ərazini tutaraq, öz dövlətinin tərkibinə qatdı. Eltutmuşdan sonra ölkədə feodallar arasında gedən mübarizə dövlətin güclənməsinə imkan vermirdi.

1221-ci ildə Xarəzmşah Cəlaləddini təqib edərək, sultanlığın ərazisinə daxil olan monqol qoşunları Multan, Lahor Pişəvər vilayətlərini talan edib geri qayıtdılar. İkinci dəfə Dehli sultanlığına hücum edən monqollar Lahoru işğal etdilər. Bu vaxtdan başlayaraq monoqlların sultanlığa yürüşləri ardıcıl xarakter aldı. Monqollar 1246-cı ildə Multanı Uqemi tutduqda özlərinin hakimiyyətini qorumağa çalışan feodallar Dehli sultanı Nəsirəddin Mahmudun (1246-1265-ci illər) ətrafında birləşməyə məcbur oldular. Baş vəzir Qiyasəddin Balaban türk feodallarının və yerli kiçik və orta feodalların köməyi ilə 1265-ci ildə Sültan Nəsirəddini devirib özünü sultan elan etdi. Güclü ordu yardan və onu səlcuq ordusunun nümunəsində təşkil edən Balaban monqolları ölkədən qovmağa nail oldu. O, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən iri feodalların müqavimətini qıra bildi. Bütün diqqət monqol hücumlarının qarşısının alınmasına yönəldildi. Dehli sultanlığının idarə edilməsi. Dehli sultanlığı feodal monarxiya dövləti idi. Dövlətin başında qeyri-məhdud səlahiyyətlərə malik olan sultan dururdu. Sultanın ən yaxın köməkçisi icraedici və nəzarətedici funksiyaları olan baş vəzir sayılırdı. Vəzir həm də çoxlu miqdarda idarələrə, həmçinin verji toplanmasına və hərbi işlərə də rəhbərlik edirdi. Dehli sultanlığı inzibati cəhətdən bir neçə vilayətə bölünmüşdü. Vilayətlərin idarə olunmasını sultan tərəfindən təyin edilən valilər həyata keçirirdilər. Valilər, adətən, sultan ailəsinə mənsub olan şahzadələrdən və tanınmış varlı feodallardan təyin olurdu. Onların əsas işi məmurlara, iqta sahiblərinə vergiləri yığmaqda kömək və nəzarət etmək, həmçinin əhalinin narazılıqlarını aradan qaldırmaq idi. Bunları həyata keçirmək üçün valilər daim muzdlu ordu saxlayırdılar. Valilər vilayətdən yığılan verginin bir hissəsini mərəkzə göndərir, qalan hissəsini isə vilayətin ehtiyacları üçün sərf edirdilər. Vilayətlərdən vergilərin yığılmasını asanlaşdırmaq üçün dairələr təşkil edilmişdi. Dairələrin başında vali tərəfindən təyin edilmiş rəislər dururdu. Ölkədə məhkəmə işlərini qazılar həyata keçirirdi. Müsəlman olmayan əhali dövlət məmurları tərəfindən mühakimə edilirdi.Qərbi Pəncabda İslamın təsiri daha güclü idi.

Dehli sultanlığının yaranması ilə razılaşan yerli əsilzadələr dövlətə vergi ödəməklə sahibkarlıq hüqunqlarını saxlamışdılar. Türk mənşəli sərkərdə və məmurlar sultandan iqta şəklində torpaq mülkləri alırdılar. Hindli feodallardan fərqli olaraq bu iqtadarlar hərbi rütbələrinə uyğun olaraq müəyyən sayda muzdlu qoşun saxlaya bilərdilər. Onlar zəmindar (hərbi xidimət müqabilində dövlətdən torpaq alan şərti mülkiyyət sahibi) adlanırdı. Sultan istədiyi vaxt iqtanı geri ala, zəmindarı başqa yerə göndərə bilərdi.

Müsəlman ruhanilərinin və məscidlərin saxlanması üçün vəqf torpaqları ayrılmış, ruhanilərin bir qisminə «imam» rütbəsiverilmişdi. Sultan ailəsinə mənsub olan torpaqlar xass adlanırdı. Bu torpaqları becərən kəndlilərə dövlət xəzinəsindən haqq ödənilirdi. Hind icmaları yenə də kənd təsərrüfatı məhsullarının əsas istehsalçısı olaraq qalırdı. Vergilər ayrı-ayrı adamlardan deyil, bütün icmadan natura və yaxud pul şəklində alınırdı.

Dehli sultanlığının yaranmasından əvvəl Hindistanda torpaq maharac adlandırılan böyük knyaza məxsus idi. Maharacın mülklərinə daxil olmayan torpaqlar xidmət müqabilində vassallara verilirdi. Xidmət müddəti qurtardıqdan sonra həmin torpaqlar geri alınaraq knyaza qaytarılırdı. Torpaq sahələrinin bir hissəsi isə məbədlərə məxsus idi. Dehli sultanlığı yarandıqdan sonra mövcud torpaq mülkiyyət formalarında qismən dəyişikliklər edildi. Yeni tətbiq edilmiş qaydalara görə torpağın kimə mənsubluğundan asılıl olmayaraq, dövlətin xeyrinə vergi ödənilməli idi. Əsas torpaq mülkiyyətçisi dövlət hesab olunurdu.

Dehli sultanlığının tənəzzülü. Sultan Əlaəddin Hilçinindövründə (1296-1316) Dehli sultanlığı güclü muzdlu ordu hesabına monqolların üç hücumunun qarşısını ala bildi.

Ordunun artan xərclərini ödəmək məqsədilə əsas ərzaq mallarının qiymətləri üzərinə dövlət nəzarəti qoyuldu. Dövlət torpaqlarını becərən kəndlilərdən becərdikləri məhsulun yarısı vergi kimi alınmağa başladı. İstifadə edliməyən torpaqlardan vergi alınması barədə fərman verildi. Hər baş mal-qaraya görə xüsusi vergi müəyyən olundu. Sultan Əlaəddin gördüyü tədbirlər nəticəsində dövlət böyük miqdarda taxıl və yem ehttyaitğı yaratdı. Fövqəladə hallarda bu məhsullar paytaxt bazarlarına çıxarılırdı. Monqol hücumları fasilə verdikdə sultan Əlaəddin 1308-1311-ci illərdə Dekan ərazisinə yürüş edərək, Kaver çayınadək olan bölgələri sultanlığa qatdı. Beləliklə, tarixdə ilk dəfə olaraq bütün Hindistanı birləşdirməyə nail oldu. Əhali üzərinə qoyulan vergilərin ağırlığı, iri feodalların mərkəzi hakimiyyətdən narazılığı 1316-ci ildəsultana qarşı qiyama səbəb oldu. Taxt-tac uğrunda mübarizə müsəlman-türk sülaləsi Tuğlaqilərin xeyrinə nəticələndi Ölkədə gedən qarışıqlıq nəticəsində Dekan knyazlıqları sultanlıqdan ayrıldı. Tuğlaqilərin görkəmli nümayəndəsi QiyasəddinTuğlaqi (1325-1351) yenidən bu torpaqları sultanlığa qaytardı. 1326-ci ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli feodalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu.

Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi. Lakin bu tədbirlər də boşalmış xəzinəni, ümumilikdə tənəzzülə uğramış təsərrüfatları xilas edə bilmədi. Ölkədaxili qiyamlar yenidən qızışdı. Qucaratdakı qiyamı yatırmağa gedən Qiyasəddin Tuğlaqi üsyançılar tərəfindən öldürüldü. Sultanın əmisi oğlu Firuz iri feodallarla mübarizədən əl çəkdi. Benqaliya və Dekanın ölkədən ayrılması ilə barışmalı oldu. Lakin sultan var qüvvəsi ilə Qucaratı əlində saxlamağa çalışırdı. Çünki bu liman şəhəri vasitəsilə ilə Ön Asiya ölkələri ilə iqtisadi əlaqələr saxlanılırdı.

Sultan Firuz bütün iqtanın feodallara nəsildən-nəslə miras kimi keçməsi barədə fərman verdi. Qoşuna çəkilən xərcləri azaltmaqla maliyyə böhraına son qoyuldu. Camna və Sətləc çayları arasında böyük suvarma kanalının çəkilməsi Dehli ətafında təsərrüfatın dirçəlişinə səbəb oldu. Sultan Firuz vəfat etdikdən sonra Tuğlaqilər arasında hakmiyyət uğrunda mübarizə başlandı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Malva, Qucarat və Xandəş vilayətləri sultanlıqdan ayrıldı. Daxili çəkişmələrin şiddətli vaxtında Şimali Hindistan Əmir Teymurun hücumlarına məruz qaldı. 1398-ci ildə Teymur Dehlini tutdu. Daxiliçəkişmələr, əmir Teymurun yürüşü Dehli sultanlığını zəiflətdi və onundağılması prosesini sürətləndirdi.

0 şərh