Böyük Hun dövləti

Türk mənşəli hunlar Orxan ve Selenqa çayları arasındakı ərazidə yaşayırdılar. Hunlar ovçuluq və maldarlıqla məşğul olurdular. Hunlann adi ilk dəfə e.ə. III əsr Çin mənbələrində "hyuonnu " kimi çəkilir. Hun tayfa ittifağına tanhu rğhbərlik edirdi. e. ə. Ill əsrdə 21 tayfanın birləşməsindən Böyük Hun dövləti yarandı. Dövlətin qurucusu Teoman Tanhu (e.ə. 220 - e.ə. 209) olmuşdur. 0, qüvvətli ordu quraraq Çinə hücum etdi.
e. ə. 209-cu ildə Mete Hun imperatoru oldu. O, Orta Asiyada yaşayan 20 tayfanı özünə tabe etdi.
Metedən sonra hakimiyyətə oğlu Kiok gəldi. Kiok Çinin paytaxtını ələ keçirdi. Kiokdan sonra Hun taxtına Kün Tanhu çixdi. O, ilk dəfə olaraq Çin şahzadəsi ile evləndi.Bundan istifade edən Çinlilər:
► Hun sarayına yol tapdılar
► Hunların hakimiyyəti altında olan xalqları öz tərəflərinə çəkdilər
► Hun ordusunun doyü üsullarını öyrəndilər.
e. ə. 58-ci ildə anası çinli olan Hoxanyəh Hun taxtına çıxdı. O, Çin dövlətinin himayəsinə keşmək istədi. Lakin qardaşı Çiçi ona qarşı çıxdı. Daxili çəkismələr nəticesində Böyük Hun im-periyası aşağıdakı hissələrə bölündü:
► Qərbi Hun dövləti - Çiçi
► Şərqi Hun dövləti – Hoxanyəh
Çiçi e. ə. 36-cı ildə Tanrı dağlarının simalını, Orta Asiyanı və İssik gölünün ətrafinı ələ keçirdi. Lakin Çin e. ə. 36-cı ildə Qərbi Hun dövlətinə son qoydu. Məğlub olan Qərb hunları Ural dağlarına tərəf çekildilər. Şərqi Hun dövləti isə Çinin hi­mayəsinə girdi. e. ə. 18-ci ildə Çin dövlətinin zəifləməsi ilə Şerqi hunlar yenidən müstəqillik qazandılar. Bir qədər sonra Şerqi Hun dövləti Çimal və Cənub hissələrine bölündü.
Şimal hunları Çin hücumu nəticəsində qərbə doğru çekildilər. Cənub hunları ise Çinin əsarətinə düşdülər.

0 şərh