Ağ Hun və Qərbi Hun dövləti

Böyük Hun dövlətinin dağılmasından sonra hunların bir hissəsi Qərbi Türküstan ətrafına köç etdi və IV əsrdə Ağ Hun dövləti yarandı. Ağ Hun dövlətinə aiddir:
* “Orta Şərq hunları” adlanması;
* Eftalit dövləti kimi tanınması (V əsrdən);
* Ağsuvar xanın dövründə Sasanilərin asılı hala salınması;
* Şimal-Şərqi Hindistanın tabe edilməsi;
* I Göytürk dövləti ilə toqquşması;
* Sasanilər və Göytürklərin birləşmiş qüvvələri tərəfindən məğlub edil-məsi (567-ci il);
* Toxar yazısından istifadə edilməsi;
* Kabil və Sakala şəhərlərinin paytaxt olması.

Qərbi Hun dövləti (IVəsr-470)
Böyük Hun dövlətinin dağılmasından sonra hun tayfalarının qərbə doğru hərəkəti başladı. Bu hadisə tarixdə “ Xalqların böyük köçü” adlanır. Qərbə doğru hərəkət edən hunlar:
* Alanları məğlub etdilər (370-ci il);
* Ostqotları məğlub etdilər (371-375-ci illər);
* Krımı ələ keçirərək quldarlıq qaydalarına zərbə vurdular;
* Vestqutları məğlub etdilər(vestqot hökmdarı Atanarix hunlara qarşı “Atanarix sədləri”ni qurdu).

Qərbu Hun impersiyasıAtillanın hakimiyyəti illərində hun işqalları gücləndi. O, Bizansa qarşı I Balkan səfərini təşkil etdi və Konstans müqaviləsi bağlandı. Müqaviləyə görə:
* Bizans hunlara hər il 700 librə qızıl pul verməli idi;
* Bizans hunlara tabe olan xalqlarla heç bir əlaqə saxlamamlı idi;
* Hunlardan Bizansa sığınmış qaçqınlar geri qaytarılmalı və yaxud onların hər biri üçün 8 librə qızıl verilməli idi.
447-ci ildə Atilla II Balkan səfərinə çıxdı və müqavilə bağladı. Müqaviləyə görə;
* Bizans hərbi təzminat kimi altı min librə ödəməli idi;
* Konstans müqaviləsi yenidən bərpa olunmalı idi;
* Bizans hunlara tabe olan tayfalar arasında pozuculuq fəaliyyətlərin-dən əl çəkməli idi.

Qeyd: Atillanın ölümü Qərbi Hun dövlətinin tənəzzülünü gücləndirdi. Daxili çəkişmələr və hakimiyyət üğrunda mübarizə nəticəsində Qərbi Hun dövləti süqut etdi.

loading...

0 şərh