Рейтинг
+21.85

tənəffüs sistemi

23 üzv, 33 topik

Tənəffüs yolunu yad cisimlə tıxanması zamanı

Yad  cism tıxanması əksər  hallarda yeyərkən  və  içərkən, gülmə  və ya  ani  hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və  burunlarına salması nəticəsındə  meydana gəlır.

1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması  varsa  və  öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından  yüngülcə vurmaqla kömək etmək olar.

2. Əgər  şiddətli tıxanma varsa danışa və  öskürə  bilmirsə, huşu  aydındırsa  müdaxilə edilməlidir.

Heimlich manevrası — Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu  mümkün qədər önə əyilməsını  söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası  hamilələrdə döş sümüyünün aşağı qısminə — ürək masajı edilən yerə tətbiq olunur.

1 yaşın altında olan körpələrdə  qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch  manevrası  məsləhət deyil.


Ardı →

Apnoe xəstəliyi nədir?

E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) müasir dövrdə yetərli qədər geniş yayılmış problemlərdəndir. Bu problemə İnternet istifadəçilərinin 80%-də rast gəlmək mümkündür. The Times of India qəzetinin qeyd etdiyinə görə, bəzən insan kompüter arxasında işinə o qədər aludə olur ki, hətta düzgün nəfəs almağı belə unudur. Apnoenin bu növü əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik tələb edən işi yerinə yetirərkən özünü biruzə verir.

Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq e-mail-apnoe-nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın (yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün xüsusiyyətlərini izləməyə imkan verir.


Ardı →

Bronxial astma xəstəliyi

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.
Davamı →

Qrip xəstəliyi

Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının zədələnməsilə xarakterizə olunan kəskin viruslu infeksiyadır.
Klinik mənzərə. Qripin gedişinə görə tipik və atipik, klinik təzahürlərinin ağırlığına görə isə yüngül, orta və ağır formaları olur.
Qrip zamanı inkubasion dövr, adətən, 1-2 gündür. Lakin bir neçə saata qədər qısala və 3 günə qədər uzana bilər.
Tipik hallarda qrip kəskin başlanır. Xəstə titrətməyə, yaxud üşütməyə başlayır, başı ağrıyır. Bir neçə saatdan sonra bədən temperaturu artıq maksimal rəqəmə (38,5-40°C) çatır.


Ardı →

Vərəm xəstəliyi

Vərəm xəstəliyinə hər il dünyada 10 milyona yaxın insan yoluxur, 3 milyona yaxın insan isə bu xəstəlikdən dünyasını dəyişir. İndi bütün dünya bəşəri problemə çevrilmiş bu xəstəliyə qarşı birgə mübarizə aparır. Hər il mart ayının 24-də Ümümdünya Vərəm Əleyhinə Mübarizə gününün qeyd olunması bu bəlaya qarşı hamılıqla mübarizə aparmağın zəruriliyini bir daha sübut edir.
1965-ci il iyunun 7-dən etibarən  vərəm kliniki təsnifata bölünmüşdür. Vərəmin əsas klinik formaları bunlardır:
1.Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası
2. Tənəffüs orqanlarının vərəmi
3. Digər orqan və sistemlərin vərəmi
4.Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi
5. Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmi
Davamı →

Metallokoniozlar

Metallokoniozlar — peşə ilə bağlı ağ ciyər xəstəlikləridirlər, bəzi metal tozlarının nəfəs yoluna düşməsi ilə şərtlənirlər: berillioz — berillium tozları, sideroz — dəmir tozları, alüminoz — alliminium tozları, baritoz — barium tozlarının törətdiyi xəstəliklərdir və s. 
Ən xoşxassəli gedişat metallokoniozlarda olur, onlar üçün ağ ciyərdə birləşdirici toxumaların azacıq şaxələnməsi ilə rengenokontrast tozların (dəmir, qalay, barium) ağ ciyərdə toplanması xarakterikdir. Əgər bu metal tozlarının təsiri aradan götürülərsə, bu pnevmokoniozlar inkişaf etmirlər; ağ ciyərin rehtgenokontrast tozlardan öz-özünə təmizlənməsi nəticəsində prosesin geriyə dönməsi mümkündür.
Bəzi metallokoniozlarda xəstənin orqanizminə zəhərləyici və allergen təsiri üstünlük təşkil edən tozlarda (berillium, kobalt və s.), bəzən gedişatı ağir olur.

Davamı →

Pnevmoskleroz

Pnevmoskleroz — sərt birləşdirici toxumanın ağ ciyər bronxlarında, damarlarda və ağ ciyər alveollarını əhatə edən toxumalarda — alveollarda şaxələnməsidir.
Pnevmoskleroz müxtəlif ağ ciyər xəstəliklərinin son mərhələsi kimi təzahür edir (xroniki bronxit, ağ ciyər vərəmi və s.). Pnevmosklerozun bəzi formaları uzun müddət ağ ciyərə kömür, silisium, filiz, asbest və digər toz növlərinin düşməsi nəticəsində inkişaf edirlər.
Pnevmosklerozun səbəbi toksik maddələr, məsələn, azot oksidi, xlor, kükürd anhidriti olan atmosferdə təkrar və ya birdəfəlik uzunmüddətli olmaq, həmçinin, boğucu qazlarla zəhərlənmə (fosgen, difosgen, xlorpikrin və s.) ola bilər. Uzunmüddət siqaret çəkmək qanunauyğun olaraq xroniki bronxitin və pnevmosklerozun inkişafına gətirir. Çox vaxt pnevmoskleroz alkoqola həddən artıq alüdə olanlarda inkişaf edir. Bu onunla izah olunur ki, spirt buxarı bronx və alveol divarlarına qıcıqlandırıcı təsir göstərir.
Ardı →

Ağciyər vərəmi

Vərəm xəstəliyi bəşəriyyətə çox qədim zamanlardan məlum olan xəstəliklərdəndir. Hippokrat (e. ə. 460-370), Qalen (130-201), Əbu Əli ibn Sina (Avisenna, 980-1037) və qədim əsrlərin başqa həkimləri vərəm xəstəliyini öyrənmiş, onun haqqında əsərlərində müvafiq məlumatlar vermişlər. Onlar adətən vərəmin gecikmiş formasının diaqnozunu müəyyən edirdilər. Vərəm xəstəliyinin əsas əlamətlərindən biri xəstənin ümumi arıqlaması idi. Yunanca arıqlama sözü ftiz kimi tərcümə olunduğundan, xəstəliyi bu cür adlandırdılar. Ftiz termini altında ağciyərin sifilis, xərçəng, bronxoektaziya və başqa irinli iltihabi xəstəlikləri ifadə olunurdu.


Ardı →

Bronxit

Siz düşünəndə ki, artıq soyuqlamısınız, sinənizdə ağrı, öskürək əmələ gəlib, bir qədər sonra isə temperaturunuz yüksələndə bu kəskin bronxitin əlamətləri ola bilər. Kəskin bronxit sizin ağciyərlərinizin əsas çıxarıcı tənəffüs yolları iltihablananda əmələ gələn vəziyyətdir.  Bronxitlər adətən respirator infeksiyanin davamı olaraq əmələ gəlir. Siqaret çəkmə də bronxitin risk faktorlarındandır. Kəskin bronxitlər bir çox hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzən öskürək bir neçə həftə çəkə bilər. Əgər bronxit əlamətləri təkrarlanırsa bu həkim diqqəti tələb edən astma ve ya xroniki bronxit ola bilər. Odur ki, mütləq həkimə müraciət edin.
Ardı →

Emfizema

Emfizema ağciyərlərin proqressivləşən xəstəliyi olmaqla tənəffüsün qısalması və fiziki aktivlik zamanı ağciyər ehtiyatlarının tükənməsi ilə müşayiət olunan xəstəlikdir. Emfizemaya səbəb ağciyərlərin kiçik hava kisələrinin və kiçik hava yollarının zədələnməsidir. Emfizema çox inkişaf edəndə havanı ağciyərlərinizdən xaric etmək üçün çox enerji sərf etməli olursunuz. Emfizema yavaş-yavaş illər boyu inkişaf etdiyindən təəssüf ki, xəstəlik inkişaf etdikdən sonra simptomları üzə çıxır.Xəstəliyin müalicəsi simptomların zəiflədilməsi və ağırlaşmaların qarşısının alınması istiqamətində aparılır.


Ardı →