Рейтинг
+21.85

tənəffüs sistemi

22 üzv, 33 topik

Tənəffüsün dayanması

Tənəffüsün dayanması (Apnoe) zamanı ağciyərin həcmi yerində olsa da tənəffüs əzələləri işləmir və ağciyərlərlə xarici mühit arasında hava mübadiləsi olmur. İnsan orqanizmi özündə boyuk oksigen ehtiyatı yarada bilmir və xaricdən daxil olan oksigendən aslı vəziyyətdədir. Odur ki, qisa müddət tənəffüsün dayanması orqanızmdə ciddi oksigen çatışmazlığına səbəb olur. Apnoe uzun müddət davam edərsə bədən daxilində, xüsusilə də beyində geriyə dönməyən zədələnmə baş verə bilər.
Yalnız xüsusi şərtlər altında apnoe zamanı bədənin oksigenlə təminatını idarə etmək olar.


Ardı →

Sətəlcəm (Pnevmoniya)

Pnevmoniya yaşlılar, xronik xəstəliyi olanlar və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniya cavan, sağlam şəxsləri də zədələyə bilər. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmoniyaların bir çox növləri öz ağırlıq dərəcəsinə görə orta və ağıra qədər dəyişir. Xəstəxana daxilində olarkən əmələ gələn pnevmoniyalar xüsusən virulent və ölümcül olur. Bir çox pnevmoniyalar qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur. Infeksiya adətən soyuqdəymə və qripin ardinca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər. Antibiotiklərin bakterial pnevmoniyaları müalicə etməsinə baxmayaraq bəzi antibiotikə davamlı bakterial pnevmoniyalar problem yaradır.
Ardı →

Bronxial astma tutmasinda yardım

Uşaqda bronxial astma tutması zamanl bronxların kəskin başlanan obstriksiası nəticəsində boğulma tutması ilə nəticələnir.Uşaqda təngnəfəslik öskürək olur.Ağ ciyərdə emfizema inkişaf edir,döş qəfəsi qabarır qabirğarası sahələr hamarlanır Auskultasiyada ağ ciyərlərdə nəfəsvermə fonunda fitverici xiriltilar eşidilir.Ürək damar sistemində taxikardiya olur,arterial təzyiq yüksəlir.Tutmanin müddəti üngül formada normada 10-15 dəqiqə ağır və ağır formada bir neçə saatdan bir neçə günə davam edir.
Ardı →

Bronxit

Artıq soyuqlamısınız, sinənizdə ağrı, öskürək əmələ gəlib, bir qədər sonra isə temperaturunuz yüksəlibsə bu kəskin bronxitin əlamətləri ola bilər. Kəskin bronxit sizin ağciyərlərinizin əsas çıxarıcı tənəffüs yolları iltihablananda əmələ gələn vəziyyətdir.  Bronxitlər adətən respirator infeksiyanin davamı olaraq əmələ gəlir. Siqaret çəkmə də bronxitin risk faktorlarındandır. Kəskin bronxitlər bir çox hallarda bir neçə gün ərzində keçib gedir. Lakin bəzən öskürək bir neçə həftə çəkə bilər. Əgər bronxit əlamətləri təkrarlanırsa bu həkim diqqəti tələb edən astma ve ya xroniki bronxit ola bilər. Odur ki, mütləq həkimə müraciət edin.


Ardı →

Astma xəstəliyi

Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə  allergik rinit və ya ekzema tipli allergiya var.
Davamı →

Tənəffüs orqanları

Hər bir canlı kimi insan da daim nəfəs alır. Orqanizmdə tənəffüsə xidmət edən orqanlar sistemi aşağıdakılardan ibarətdir: burun boşluğu, qırtlaq, traxeya (nəfəs borusu), bronxlar, ağciyərlər. Tənəffüs yolları yuxarı və aşağı olmaqla iki yerə bölünür. Yuxarı tənəffüs yolları burun boşluğundan, udlağın burun hissəsindən təşkil olunmuşdur. Aşağı tənəffüs yollarına qırtlaq, nəfəs borusu və bronxlar aiddir.
Tənəffüs orqanları üçün səciyyəvi xüsusiyyətlərdən biri də budur ki, onların bəzilərinin divarlarındakı hialin qığırdaq toxuması həmin orqanların boşluğunun sıxılmasını məhdudlaşdırır. Tənəffüs yollarının selikli qişası çoxsıralı kirpikli silindrik epitellə örtülmüşdür. Bu toxuma nəfəsalma zamanı havanı toz hissəciklərindən təmizləyir.


Ardı →

Vərəmin uşaqlarda və yeniyetmələrdə profilaktikası və erkən aşkar edilməsinin təşkili

Yeni doğulmuş uşaqda vərəmin profilaktikası vərəm dispanserinin daimi nəzarəti altında həyata keçirilir; dispanserdə hamilə qadınlar, vərəmli xəstələr, yaxud fəal vərəmlə təmasda olan şəxslər xüsusi qeydiyyatdadırlar. Bu qeydiyyatı sahənin tibb bacıları və qadın məsləhətxanaları aparır. Qeydiyyatdan məqsəd yeni doğulmuş uşağı ayırmaq üçün qabaqca hazırlıq görməkdir. Qadın məsləhətxanasının həkimləri vərəm ocağından hamilə qadın gələcəyini doğum evinin müdirinə qabaqcadan xəbər verməli, vərəm dispanserinə isə vərəm ocağındakı hamilə qadınların siyahısını göndərməlidirlər.


Ardı →

Vərəm ocaqlarında işin təşkili

Vərəm infeksiyası ocaqlarında müntəzəm sürətdə sağlamlıq işlərini vərəm dispanserləri və ya poliklinikaların yanındakı kabinetlər (kənd yerində) aparır. Vərəmli xəstənin yaşadığı bina, çox vaxt ayrıca mənzil, şərti olaraq vərəm infeksiyası ocağı adlanır. Vərəm dispanserinin sahə həkimi xəstəyə baş çəkir, xüsusilə xəstəlik başlayanda, lakin vərəm ocağında əsas işi — profilaktika, sanitar-epidemioloji işi dispanserin sahəyə təhkim edilmiş patronaj tibb bacısı aparır. Hər ocağın özünün epidemioloji xüsusiyyətləri olur; nisbətən sakit və salamat ocaqlarla yanaşı elə ocaqlar da olur ki, orada infeksiya təhlükəsi çox böyükdür. Daimi basilgəzdirənlər daha davamlı kütləvi infeksiya ocaqlarıdır.


Ardı →

Vərəmli xəstələrin qeydiyyatı

Dispanserə ilk qəbula aşağıdakı şəxslər göndərilir:
1) Vərəmli xəstələr və vərəmə şübhə doğuran şəxslər. Onları vərəm dispanserlərinə, ümumi poliklinika və xəstəxanalar tibb-sanitar hissələri və həkim məntəqələri, tədris müəssisələri, uşaq bağçaları, hərbi komissarlıqlar göndərir;
2) əhalinin profilaktika yoxlamalarının (flüoroqrafiya) aşkar edilmiş xəstələr:
3) vərəmli xəstələrlə təmasda olan şəxslər; onları vərəm dispanserinə tibb bacıları dəvət edirlər.


Ardı →

Vərəmin kombinə edilmiş antibakterial müalicəsi

Vərəmin kombinə edilmiş antibakterial müalicəsi vərəmin müalicəsində işlənən əsas preparatlar kimyəvi dərmanlardır, bunları I, II qrup və ehtiyat dərmanlara bölürlər.
Vərəmli xəstənin müalicəsində kimyəvi maddələrlə antibakterial müalicə kombinə edilmiş şəkildə aparılır, yəni iki və ya üç preparat eyni vaxtda, yaxud bir-birinin ardınca verilir ki, bu da onların təsirini artırır və mikobakteriyaların dərmana davamlı ştammlarının əmələ gəlməsinin qarşısını alır.
Tibb bacısı həkimin təyin etdiyi bütün işləri görməlidir. Xəstə bütün dərmanları vaxtlı-vaxtında (yeməkdən qabaq, yeməkdən sonra) və ancaq tibb bacısının yanında almalıdır. Tibb bacısı xəstənin dərmanı qəbul etməsinə şəxsən məsuliyyət daşıyır.


Ardı →