Рейтинг
+21.85

tənəffüs sistemi

22 üzv, 33 topik

Vərəmin dezinfeksiyası

Vərəm mikobakteriyaları orqanizmin bütün üzv və toxumalarını zədələyir və buna görə də bədəndən müxtəlif yol­larla çıxır (bəlğəmlə, nəcislə, sidiklə və s.), epidemioloji nöqteyi-nəzərdən vərəm mikrobakteriyalarının bədəndən çıxmasında tənəffüs yolları çox mühüm rol oynayır.
Bəlğəmin və tüpürcək qablarinin zərərsizləşdirilməsi. Bunun üçün ayrılmış işçi xəstələrin tüpürcək qablarını yığıb qapaqlı baka və ya bunun üçün düzəldilmiş tüpürcək qabları üçün gözləri olan metal yeşiyə qoyur. Xəstələrə təmiz tüpürcək qabları paylayırlar.
Bəlğəmin tüpürcək qabları ilə zərərsizləşdirilməsi. Stolun üstünə qoyulan və cibdə gəzdirilən tüpürcək qablarını xəstələrə verməmişdən əvvəl 1/3 qədər su tökürlər ki, yaxşı boşalsın. Tüpürcək qablarını sutkada azı bir dəfə aşağıdakı kimi zərərsizləşdirirlər: 1) 2%-li soda məhlulunda qaynamağa başladığı andan 15 dəqiqə qaynadırlar (məhlul qabların hamısını örtür); 2) qapaqlı qaba qoyub üstünə 2,5%-li fəal xloramin məhlulu tökür və 2 saat saxlayırlar. Bu cür zərərsizləşdirilmiş bəlğəmi ayaqyoluna tökür, tüpürcək qabını
Ardı →

Vərəmə qarşı vaksin vurmaq və revaksinasiya

Vərəmə qarşı vaksin vurmaq kütləvi şəkildə aparılan və məcburi profilaktika tədbiridir. Vərəmə qarşı vaksinasiyaları və revaksinasiyaları aparmaq əsas etibarilə bütün həkimlərə həvalə olunsa da vərəm dispanseri rayonun başqa tibb müəssisələrinin apardığı bu işə metodik rəhbərlik etməlidir. Dəri daxilinə vurulan quru vərəm vaksini БЦЖ vaksin ştammı БЦЖ-nin qurulmuş diri bakteriyalarından ibarətdir. Ondan vərəmin fəal spesifik profilaktikasında istifadə edilir. Vaksin içində 1 ml БЦЖ kulturası olan ampullarda buraxılır ki, bu da hər biri 0,05 mq olan 20 peyvənd dozasına bərabərdir.


Ardı →

Vərəmli xəstələrin rejimi

Vərəmli xəstənin müalicəsində dərmanlarla aparılan və ya cərrahi müalicə üsullarının hamısı düzgün təşkil edilmiş gigiyena-pəhriz və müalicə-profilaktika rejimi zəminində tətbiq edilməlidir.
Tam sakitlik rejimi vərəm prosesi kəskin şəkildə şiddətləndikdə, kazeoz pnevmoniyada, ağciyər qanhayxırmasında, plevritin kəskin dövründə, spontan pnevmotoraksda vacibdir. Xəstə yataqda olur və ona ancaq tibb işçiləri qulluq edirlər. Tibb bacısı yataqda xəstənin əl-üzünü yuyur və yedizdirir. Tam sakitlik zamanı beyin qabığında mənfi qıcıqlar getmir, tənəffüs və qan dövranı yaxşılaşır, orqanizm az enerji sərf edir.
Xəstə qan hayxırdıqda tam sakitlikdən başqa, ona xüsusi qulluq etmək, kürəyinin altına balış qoyub yataqda düzgün vəziyyət vermək lazımdır. Tibb bacısı ona qanı qaba tüpürməyi, udmamağı öyrətməlidir. Xəstəyə soyuq yemək verirlər. Xəstə qan hayxırdıqda tez-tez qusur, çoxlu kalsium, natrium-xlorid və zülal itirir. Belə halda xörəklə 15-20 q xörək duzu verir, yaxud onun hipertonik məhlulunu venaya yeridirlər.
Qızdırma yoxsa, vərəm prosesi sakitləşib xəstəyə yüngül rejim təyin edirlər: ona ayağa qalxıb palatada gəzməyə, az müddət aynabənddə, yaxud xəstəxananın həyətində oturmağa icazə verilir. Məşq rejimində xəstə uzun müddət havada olmalı, müəyyən bədən tərbiyəsi hərəkətləri kompleksi, idman oyunları ilə məşğul olmalı, vəziyyətindən asılı olaraq və həkimlərin nəzarəti altında müəyyən işlər görə bilər. İşdən aldığı zövq (müsbət emosiya) sinir sisteminə və orqanizmin başqa sistemlərinə müsbət təsir edir, tənəffüsün dərinləşməsinə, oksidləşmə proseslərinin bərpa olunmasına, yuxunun və iştahanın yaxşılaşmasına kömək edir. Xüsusi müalicə və bədən tərbiyəsi kompleksinin çox böyük əhəmiyyəti vardır.

Müəllif tibb elmləri namizədi A.M. Naqornı

Davamı →