Рейтинг
+21.85

tənəffüs sistemi

23 üzv, 38 topik

Öskürəklə nə vaxt mübarizə aparmaq lazımdır?

Öskürək — bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır.

Çox vaxt öskürək xəstə üçün xeyirli olur, çünki tənəffüs yollarından irinli bəlğəmi, mikroorqanizmləri, tozu xaric edir. Lakin əgər öskürək uzun müddət davam edərsə, uşağı xeyli narahat edir, onu yatmağa qoymur, yüngüllük gətirmir, belə öskürək uşağın bronxlarının təmizlənməsində nəinki xeyir vermir, əksinə, bronxlarda iltihab prosesin qalmasına və yayılmasına “kömək” edir.

Bəzən öskürək birbaşa tənəffüs sistemi xəstəlikləri ilə deyil, ürək-damar sistemi, sinir sistemi, həzm və s. sistemlərin xəstəlikləri ilə əlaqədar olaraq meydana çıxır.
Ardı →

Uşaqlarda tənəffüs orqanlarının xüsusiyyətləri

Uşaqların tənəffüs üzvləri böyüklərinkindən xeyli fərqlənir. Bəzi xüsusiyyətlərin üzərində dayanaq.
Burunla tənəffüs fizioloji düzgün tənəffüs sayılır. Uşağın burunla nəfəs almasına fikir verin.
Südəmər uşaqlarda burun tənəffüsü pozulduqda uşaq süd əmə bilmədiyindən döşdən imtina edir və sonda ac qalır. Bu hal uzun müddət davam edərsə, körpənin çəkisi az artır, o pis inkişaf edir, orqan və toxumaların hipoksiyası (oksigen ilə tam təmin edilməməsi) əmələ gəlir.
Davamı →

Tənəffüs yolunu yad cisimlə tıxanması zamanı

Yad  cism tıxanması əksər  hallarda yeyərkən  və  içərkən, gülmə  və ya  ani  hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və  burunlarına salması nəticəsındə  meydana gəlır.

1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması  varsa  və  öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından  yüngülcə vurmaqla kömək etmək olar.

2. Əgər  şiddətli tıxanma varsa danışa və  öskürə  bilmirsə, huşu  aydındırsa  müdaxilə edilməlidir.

Heimlich manevrası — Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu  mümkün qədər önə əyilməsını  söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası  hamilələrdə döş sümüyünün aşağı qısminə — ürək masajı edilən yerə tətbiq olunur.

1 yaşın altında olan körpələrdə  qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch  manevrası  məsləhət deyil.


Ardı →

İnhalyasiya

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


Ardı →

Vərəmin dezinfeksiyası

Vərəm mikobakteriyaları orqanizmin bütün üzv və toxumalarını zədələyir və buna görə də bədəndən müxtəlif yol­larla çıxır (bəlğəmlə, nəcislə, sidiklə və s.), epidemioloji nöqteyi-nəzərdən vərəm mikrobakteriyalarının bədəndən çıxmasında tənəffüs yolları çox mühüm rol oynayır.
Bəlğəmin və tüpürcək qablarinin zərərsizləşdirilməsi. Bunun üçün ayrılmış işçi xəstələrin tüpürcək qablarını yığıb qapaqlı baka və ya bunun üçün düzəldilmiş tüpürcək qabları üçün gözləri olan metal yeşiyə qoyur. Xəstələrə təmiz tüpürcək qabları paylayırlar.
Bəlğəmin tüpürcək qabları ilə zərərsizləşdirilməsi. Stolun üstünə qoyulan və cibdə gəzdirilən tüpürcək qablarını xəstələrə verməmişdən əvvəl 1/3 qədər su tökürlər ki, yaxşı boşalsın. Tüpürcək qablarını sutkada azı bir dəfə aşağıdakı kimi zərərsizləşdirirlər: 1) 2%-li soda məhlulunda qaynamağa başladığı andan 15 dəqiqə qaynadırlar (məhlul qabların hamısını örtür); 2) qapaqlı qaba qoyub üstünə 2,5%-li fəal xloramin məhlulu tökür və 2 saat saxlayırlar. Bu cür zərərsizləşdirilmiş bəlğəmi ayaqyoluna tökür, tüpürcək qabını
Ardı →

Vərəmə qarşı vaksin vurmaq və revaksinasiya

Vərəmə qarşı vaksin vurmaq kütləvi şəkildə aparılan və məcburi profilaktika tədbiridir. Vərəmə qarşı vaksinasiyaları və revaksinasiyaları aparmaq əsas etibarilə bütün həkimlərə həvalə olunsa da vərəm dispanseri rayonun başqa tibb müəssisələrinin apardığı bu işə metodik rəhbərlik etməlidir. Dəri daxilinə vurulan quru vərəm vaksini БЦЖ vaksin ştammı БЦЖ-nin qurulmuş diri bakteriyalarından ibarətdir. Ondan vərəmin fəal spesifik profilaktikasında istifadə edilir. Vaksin içində 1 ml БЦЖ kulturası olan ampullarda buraxılır ki, bu da hər biri 0,05 mq olan 20 peyvənd dozasına bərabərdir.


Ardı →

Vərəmli xəstələrin rejimi

Vərəmli xəstənin müalicəsində dərmanlarla aparılan və ya cərrahi müalicə üsullarının hamısı düzgün təşkil edilmiş gigiyena-pəhriz və müalicə-profilaktika rejimi zəminində tətbiq edilməlidir.
Tam sakitlik rejimi vərəm prosesi kəskin şəkildə şiddətləndikdə, kazeoz pnevmoniyada, ağciyər qanhayxırmasında, plevritin kəskin dövründə, spontan pnevmotoraksda vacibdir. Xəstə yataqda olur və ona ancaq tibb işçiləri qulluq edirlər. Tibb bacısı yataqda xəstənin əl-üzünü yuyur və yedizdirir. Tam sakitlik zamanı beyin qabığında mənfi qıcıqlar getmir, tənəffüs və qan dövranı yaxşılaşır, orqanizm az enerji sərf edir.
Xəstə qan hayxırdıqda tam sakitlikdən başqa, ona xüsusi qulluq etmək, kürəyinin altına balış qoyub yataqda düzgün vəziyyət vermək lazımdır. Tibb bacısı ona qanı qaba tüpürməyi, udmamağı öyrətməlidir. Xəstəyə soyuq yemək verirlər. Xəstə qan hayxırdıqda tez-tez qusur, çoxlu kalsium, natrium-xlorid və zülal itirir. Belə halda xörəklə 15-20 q xörək duzu verir, yaxud onun hipertonik məhlulunu venaya yeridirlər.
Qızdırma yoxsa, vərəm prosesi sakitləşib xəstəyə yüngül rejim təyin edirlər: ona ayağa qalxıb palatada gəzməyə, az müddət aynabənddə, yaxud xəstəxananın həyətində oturmağa icazə verilir. Məşq rejimində xəstə uzun müddət havada olmalı, müəyyən bədən tərbiyəsi hərəkətləri kompleksi, idman oyunları ilə məşğul olmalı, vəziyyətindən asılı olaraq və həkimlərin nəzarəti altında müəyyən işlər görə bilər. İşdən aldığı zövq (müsbət emosiya) sinir sisteminə və orqanizmin başqa sistemlərinə müsbət təsir edir, tənəffüsün dərinləşməsinə, oksidləşmə proseslərinin bərpa olunmasına, yuxunun və iştahanın yaxşılaşmasına kömək edir. Xüsusi müalicə və bədən tərbiyəsi kompleksinin çox böyük əhəmiyyəti vardır.

Müəllif tibb elmləri namizədi A.M. Naqornı

Davamı →