1. hissə

- Asif...gəlməy olar&- deyə yarıaçıq qapıdan içəri boylanan Günel - 25 yaş, tələbə - xalası oğlu gənc yazıçı Asifi ziyarət etməyə gəlmişdi. Lakin heç bir cavab eşitmədi. Yəqin etdi ki, yenə də öz iş otağında mürgüləyir...Elə hey yeyir, içir, yatır...yaxşıdır heç olmasa bundan başqa yazmaqla da məşğuldur. Bu azdan çoxdan onun yaşayışını təmin edən vəzifə olmasaydı, batmışdı...Günel Asifi sonuncu dəfə nə vaxt çöldə gördüyünü əsla yada sala bilmirdi. Deyirlər ən güclü vitamin C elə günəş özüdür. Gün işığı...Yazığın ona görə belə tutqun görünüşü var...Hər zaman da böyrəklərindən şikayət edir. Yox gəl etmə də, bu qədər içəsən, böyrəyin ağrımasın.Hər iki əlində içi dolu bağlamalar olduğundan qapını sağ çiyini ilə açdı. Deyinə-deyinə içəri girib bağlamaları dəhlizin küncündə yerləşən italdizayn dolabçanın üstünə qoydu...ayaqqabılarını çıxarmağa başladı. Elə içəri girən andan onun burnuna qəribə qoxu gəlirdi...Bu ona tam naməlum qoxu olsa belə, olduqca xoşagəlməz idi. Qonaq otağına keçəndə televizorun açıq olduğunu gördü, lakin səssiz rejimdə çalışırdı. Yenə ət-tökən yemək proqramlarından biri gedirdi. Divanın sağ qoluna söykənmiş balışın altından pultu tapıb televizoru keçirdi. Deyəsən elə yəqin etdiyi kimi idi. Asif yenə də iş otağında yatıb. İş otağının qapısı bağlı idi. Qapıya yaxınlaşanda həmən qoxunun kəskinləşdiyini hiss etdi. Dərhal maraqdan partlayırmış kimi qapını açıb. İçəri girdi...Gördüyü dəhşətli mənzərədən çox otaq daxilində preslənmiş dəhşətli qoxu onu birtəhər etdi...Ödü ağzına gəldi...Dərhal dizüstə yıxılıb qaytarmağa başladı. Özünə gələndən sonra, artıq qoxuya öyrəşibmiş kimi özündə qüvvə tapıb bayaq gördüklərinin doğru olub olmadığını yoxlamaq məqsədilə yenidən ayağa qalxdı...

 

Yazının ilk səhifəsi


- Yox...Yooox....ola bilməz....ola bilməz....Asif...Asif...-deyə gözləri bağlandı və huşunu itirib yerə sərildi...Asif başını yazı masasının üstünə qoymuşdu...Lakin artıq buna baş demək olardısa. Başınını təpə hissəsindən çəhrayi rəngdə ətrafı qan laxtaları və beyin parçaları olan böyük dəlik açılmışdı. Masanın hər tərəfi və ətrafına və altına sərilmiş xalça qan içində idi... Qanı qara rəngə çalması mərhumun ən azı 24 saat bundan əvvəl ölməsindən xəbər verirdi. Masanın üstündə qan hər bir şeyi ehtiva etmişdi, oxuduğu Ayzek Əzimovun Robotlar və İmperiya romanı, Qubada yazıçı dostları ilə çəkdirdiyi kollektiv şəkillər, qələm, telefon...Elə bil qırmızı boya ilə dolu vedrəyə bomba qoyub partlatmışdılar...Qan hər şeyə toxunmuşdu, bircə şeydən başqa... Bu masanın ən küncündə olan sarı rəngli içində yarıya kimi yazı olan A-dörd listi idi.

*** *** ***
Bir müddət keçəndən sonra özünə gələn Günel, kəskin baş ağrısından gicgahını ovuşdurmağa başladı. Özündə güc tapıb ayağa qalxdı və özünü artıq soyuqqanlı şəkildə aparmağa başladı. Hərəkətsiz Asifə yaxınlaşıb, şəhadət barmağını boynuna sıxdı, nəbz yox idi. Gözləri yenə dolsa belə, artıq səsini çıxarmadı, meyitin yaxınlığına göz gəzdirməyə başladı. Masanın o biri tərəfinə keçdi. Asifin paçasının arasında qoşa güllə tüfəng söykənmişdi. Günel elə əvvəldən yəqin etmişdi ki, bu intihar idi...Axı onun başqa heç kimlə intriqası yox idi. Masada Ayzak Əzimovun qana bulanmış kitabının səhifələrinin arasından üç-dörd santimetr çölə çıxmış kağız parçası görünürdü. Günel bəsirət gözü ilə orada nə isə önəmli şey olduğunu hiss edib, tez kitabı açıb həmən kağız parçasını oxudu. Bəli onun altıncı hissiyyatı onu aldatmadı. Bu ölüm qabağı məktub idi. İçinə vəsiyyət də daxil idi.
"Mən, Asif Əliyev, bu həyatda artıq qalmağın heç bir əhəmiyyəti olmadığını görüb özümə qəsd etməyə hazırlaşıram...Siz bunu oxuyanda mən artıq yəqin ki, ölmüş olacam...Çox qəribədir...bəlkə alimlərin ömrüboyu axtardığı zaman səyahətləri elə belə məktublardadır...Bu məktub mənim üçün gələcəkdir sizin üçün isə keçmiş...Nəisə, mənə heç kəs hədə qorxu gəlməyib, heç kəs incitməyib, heç kəsə də borcum yoxdur ki, məni öldürüb intihar kimi göstərsinlər...Bu doğrudan da əsl müstəqil intihardır. Evimin və bütün əmlakımın qardaşım Rafiq və mənə hər zaman qayğı ilə yanaşmış xalam qızı Günel arasında bölüşdürülməsini istəyirəm."
Günel çoxdan etməli olduğu şeyi nəhayət yerinə yetirdi. Çantasından əl telefonunu çıxarıb Asifin atasına vəziyyəti danışdı...lakin olduqca soyuqqanlı şəkildə...Asifin artıq öldüyünü demədi, dedi ki, Asif ağır yaralanıb...tez tibbi yardım maşını və polis şöbəsindən müstəntiqi göndərsinlər. Telefon xəttinin o biri ucundan "müstəntiq" sözünü eşidən Cəmil dayı hiss etdi ki, Günel nəyisə tam demir... Lakin dərhal dəstəyi qoyub evdən çıxdı, maşınına minib polis şöbəsi istiqamətində sürdü, bir əlində sükan o biri əlində mobil telefon, ən azı saatda 120 km şütüyürdü. Mobil telefonla təcili tibbi yardıma zəng vurmuşdu.
Günel mobil telefonu qapayandan sonra gözü yenə də masanın küncündə duran üzərində nadir qan ləkələri olan, sarı vərəqə sataşdı. Vərəqəni qaldırıb oxumağa başladı... Vərəqədəki mətn elə Asifin öz xətti ilə yazılmışdı, diyircəkli qələmlə yazmışdı...Günel güman etdi ki, bu onun növbəti əsəri və ya hekayəsi idi...Lakin ağlına sığmırdı ki, niyə Asif bu mətnin önəmli olduğuna işarə etməyə çalışmışdı. Mətnin başlığı yox idi. Birbaşa yazılmışdı:
"İlk öncə ona iki gün bundan əvvəl yaxınlaşmaq istədim. Elə bil kimsə bilərəkdən onu dərsə buraxmamışdı. Bir gün əvvəl isə mənim bəlkə də bütün kurslar ərzində qızıl anım idi. Politologiya dərsi zamanı keçirilən parlament debatına yaxşı hazırlaşmışdım, qara kostyum, qalstuk, lakla arxaya daramış saç düzümü...bir sözlə efirdə idim. Nə qədər gülməli səslənsə də doğrudan da İtaliyan mafia başçılarına bənzəyirdim. Amma çox cəlb edici görünürdüm...Çıxışımı da yaxşı etdim, öz natiqlik bacarığımla və bir sıra tülkü yollarla (rəqibim Gülarə idi, ona qalib gəlmək üçün mütləq inkar tərəfini tutmalı idim...belə də etdim) qalib gəldim...Qrup qızlarının hamısının gözləri məndə idi, mən doğrudan da natiqlik bacarığı və görkəmimlə onları valeh etmişdim. Samir müəllim məni qalib elan etdi...Qızlar elə hey mənə simpatiya əlaməti olaraq gülümsəyirdilər. Amma neyləmək olar. Heyf. O, bu anı görmədi, çünki evdə xəstə idi. Halbuki bütün hazırlığımın məqsədi onun simpatiyasını qazanmaq idi..."
Ümumilikdə Günel başa düşə bilmədi ki, bu onun öz tərcümeyi halından idi yoxsa növbəti uydurma bir əhvalatı. Amma əsərin girişi romantik bir başlanğıc üçün pis deyildi. Əgər bu əsər idisə. Günelin diqqətini mətndən iki abzas aşağıda qırmızı rənglə əmr formasında yazılmış söz cəlb etdi...
" TAMAMLA..." . Günelə bu çox maraqlı gəlmişdi, barmağı ilə yazını sürtməyə çalışanda yayılan qırmızı rəngin insan qanı olduğunu anladı...Bununla belə o artıq özünü ələ almışdı. Bir gün ərzində keçirilmiş bu qədər həyəcandan sonra belə xırda bir şey onun tarazlığını poza bilməzdi...Halbuki, bu soyuqqanlılıq onun düşüncələrini ehtiva etməmişdi...Bu sarı kağız parçasında elə bil mistik bir qüvvə var idi, özünü oxucuya bağlayırdı. "Əşi müstəntiqlərin yəqin ki, belə şey lazımı olmaz...Yəqin Asif bilirdi ki, onu birinci mən aşkar edəcəyəm, elə ona görə də əsərinin tamamlanmasını mənə həvalə edib" fikirləşib, kağız parçasını qadın çantalarında olan gizli cibə qoydu və çantanın ağzını bağladı. Bir neçə dəqiqə sonra içəri daxil olanların səslərini eşitdikdə isə, kağızı lap vaxtında gizlətdiyinə sevindi.

*** *** ***
- Xanım, əsəbiləşmək lazım deyil, bu istintaq zamanı verilən şablon suallardır. Bu heç bir subyektiv xarakter daşımır. Birdə təkrarlayıram, sizinlə əminiz oğlu Asif Əliyev arasında yaxınlıq əlaqəsi var idi. Əmioğlu-əmiqızı münasibətlərindən başqa.
- Əclaf...-deyə dərhal stuldan qalxıb bir az özünü qabağı verdi, ağız boşluğunda nə qədər su vardısa hamsını müstəntiqin üzünə tüfürdü. Müstəntiq əvvəl ayağa qalxıb ona yaxşıca şapalağ endirmək istəsə də, özünü saxlayıb tülkü lələ tək sifət cizgilərini metamarfoz şəkildə dəyişdi. Üzünü cib dəsmalıyla deyinərək sildi.
- Görürəm belə suallarla sizdən heç bir şey ala bilməyəcəyəm. Yaxşı...əyləşin söz verirəm ki, bir daha bu suala qayıtmaycağam...Onun əhatə dairəsi haqqında mənə danışın, bu yaxınlarda kimlərlə dostluq edirdi, kimlərlə məclislərdə olurdu, dostları, düşmənləri, bu yöndəmdə bildiyiniz heç bir şeyi gizli saxlamayın. Intihar və ya qurama intihar, yekun nəticədə Sizin izahlarınızdan asılıdır...Ekspertizada heç bir kənar müdaxilə aşkar etməyiblər...Bircə boynunda sizin barmaq iziniz var ki, bu da aydındır ki, siz onun nəbzini yoxlamısız...Məsələnin intihar tərəfi bizə aydındır...Amma mən hesab edirəm ki, Asifin bunu psixoloji müdaxilə və ya təzyiq altında həyata keçirməsi də mümkündür...Misalçın, xahiş edirəm mərhuma aid etməyin, ümumiyyətlə danışıram, misalçın, başqasının xanımı ilə gəzir, və bundan xəbəri olan bir əclaf onu şantaj edir və ya kimsə onu alçaq vəziyyətə salır və o artıq cəmiyyət arasına çıxmağa özündə güc tapa bilmir və... - müstəntiq sonluğun daha effektiv olması üçün çıtma vurdu.- ...deyirsiz, artıq iki il olar ki, evə girib çölə çıxmır...- Günel nitqin sonunu gözləməyib müstəntiq Talıbovun çıxışına müdaxilə etdi.
- Əmimoğlu Asif, məndən on beş yaş böyük idi, mən ona çox vaxt Asif müəllim deyə müraciət edərdim, çünki mən ona həyatımın yarıdan çoxunu borcluyam, o, mənim həyat müəllimim olub, mənim dünya görüşümlə o məşğul olub, o mənə ədəbiyyat, estetika, fəlsəfə, və ingilis dilindən dərs deyirdi...Sən isə...sən....işiniz elə ondan ibarətdi ki, təki nədənsə pul qopardasız, cinayət işində intihar sizə heç vaxt sərf eləmir axı orda "bal" yoxdur, qatil də mərhum da eyni şəxsdir, o, artıq özü-özünə hökm oxuyub...bilirsiz indi Bakının küçələrində yolda birini maşın vuranda, niyə heç kim kömək eləmir...- Talıbov başını bulayıb, kreslosuna söykəndi və gözlərini bilərəkdən kabinetin sağ küncündə yerləşən süni palma ağacına zillədi, saymazyana fısıltı səsləri çıxarmağa başladı. Günel buna ramən davam etdi- Lap yaxşı bilirsiz niyə, Sizin kimi gözüdoymazlara görə, çünki, hansı yazığ ki, gedir can üstündə olana əl tutur onu xəstəxanaya aparır, siz yaralını vuran maşının sürücüsündən çox həmin yazıqdan yapışırsız, zəlil yapışan kimi,...o ikinci dəfə qələt eliyib başını daşa salar amma birdə yolda vurulana əl tutmaz...Bax ona görə də yoldakı qəzalarda yanında yaxın adamı olmayan doxsan doqqus faiz ölümə düçardır...Bayaq verdiyin sualı isə gedib öz bacına verərsən, əclaf...- Talıbovun başına sanki qaynar su tökdülər. Rahat oturduğu kreslodan, heç özü də bilmədi necə belə tez qalxa bildi.
- Dur, itil-cəhənnəm ol,- buların üzünə güləndə adamın başına çıxırlar.- Müstəntiq axırıncı imkanın da əlindən çıxdığına heyfsləndi, bəli, Günel bu tələyə düşmədi...öz sözünü deyə bildi.
Polis şöbəsini tərk edib, əvvəl yaxınlıqda olan mini marketlərdən birinə daxil oldu. Güneldə mikrobafobiya var idi, ictimayi yerlərdə olarkən hər zaman tərkibində spirt olan nəmləndirici salfetlərdən istifadə etməyə adət etmişdi...İki paket alıb, çantasına atdı, Nərimanov metro keçidinə tərəf istiqamət götürdü.

*** *** ***

Nərimanov metrosu həmişəki kimi əksər iş yerlərində iş vaxtı qurtardığından camaatla dolu idi, fərqi yox hansı istiqamətə İçəri şəhər və ya Həzi Aslanov. Günel metronun İçəri şəhər istiqamətində olan dayanacağa yaxınlaşdı. Ayaqlarının ağzı olsa idi bəlkə də qışqırardı...Elə bərk ağrıyırdı ki... O qədər dərin fikrə getmişdi ki, metro əməkdaşının yalnız üçüncü dəfə "Ay, xanım" deyə müraciətindən sonra özünə qayıtdı. Kiminsə, qolundan dartıb kobudcasına arxaya itələdiyini hiss etdi, çevriləndə gördü ki, həmən dolu, ortayaşlı, mundirdə olan metro bələdçisi idi.
- Qızım karsan...? Yoxsa fikrindən ölməy keçir nədir,...bu camaatın başı yavaş-yavaş xarab olur eh....Sən mənim balalarımı ac qoymağ istəyirsən..
Günel heç bir şey başa düşə bilmirdi...Onu xanım dartan an artıq metro dayanacağa çatmışdı...İndi isə artıq qapılar bağlandı. Bələdçi öz qırmızı işarə çubuğunu qaldırdıqdan sonra metro yola düşdü...Qadın isə yenidən danışmağa başladı. Belə mənzərə o qədər başqa sərnişinlərə əyləncəli gəldi ki, hətta metro çatdıqda belə, içəri minməyib, bu pulsuz tamaşanın sonluğunu görmək arzusuna düşdülər. Günel isə başa düşə bilmirdi ki, bu "gombul" divin onu itələməsini ramən hələ onu günahkar da sayırdı...
- Xanım, siz artıq həddi aşırsız...Məni itələməyiniz bəs deyil, hələ ağzınızdan çıxanı da deyirsiz? Nə istəyirsiz mənnən?
- Yox, ay camaat siz özünüz görürsüz də, adama yaxşılıq yoxdur da, burda nə deyəsən- deyə təlxəy tək üzünü "dovşan" tamaşaçılara tutub fantamimik şəkildə müraciət etdi. Yaşlı lakin roker stilində geyinmiş bir gülərüz kişi dialoqa müdaxilə etdi
- Xanım, bələdçi olmasa idi başınızı itirəcəydiz...Sözün əsl mənasında - deyib yaşına uyğun olmayan şəkildə hırıldadı. - Metroçu, eh xanım sizin vəzifə, voobşe necə adlanır, hmm....bələdçi, niyə görəsən əvvəl ağlıma gəlmirdi, nə isə...bələdçi xanım sizi dartmasaydı, metronun güzgüsü başınızı dağıdacaqdı,...çox qabaqda durmuşduz
- Hmm...Heç bilmirəm nə dəyim...sağ olun xanım, minnətdaram.
Sözlərini təzə qurtarmışdı ki, artıq növbəti qatarın gəldiyini gördü...Bələdçi isə heç bir şey deməyib, başını buladı və əvvəlki yerinə, mikrofon olan sütuna qayıtdı. Pulsuz tamaşaçılar isə, aldığı bahalı kompyuter geydirmə çıxanlar kimi, narazı şəkildə üzlərini çevirdilər...Yəqin saçyoldu və ya bu tip söyüşmə görmək arzusunda idilər. Qapılar açılan kimi, çətinliklə də olsa (vaqonlar ağzına kimi dolu idi) özünü içəri saldı və basabas olan anlarda adi hal olan, sərnişinlərin seyrək olduğu anlarda isə olduqca gülməli görünə biləcək pozalardan birini tutdu, qozbel şəkli aldı ki, başının yuxarısından uzanan və dəmir dəstəkdən yapışan kişinin qolu başına toxunmasın. Günelə qatar dayanacağa çatanda bir şey təəccüblü gəldi ki, Roker stilində geyinmiş kişi belə tez müddətdə hara yoxa çıxmışdı...Yüz faiz əmin idi ki, yaşına görə uyğunsuz geyinmiş o kişini hardasa görüb...Özü də bir dəfə yox.

Oxşar məqalələr

2 şərh

fidan
Səhifə bölənindən istfadə et,heç kim kilometr uzunluğunda yazıları bloq səhifəsində görmək istəmir.
Freddie

Fikrimcə daha yaxşı olar ki, azərbaycanca tərcüməsi olmayan kitablardan, məsələn, Code Da Vinci kimi, kitablardan hissə-hissə tərcümə edib bura yükləsəniz daha faydalı olar. Həm də müzakirə hədəfi olar. Bunu isə http://epiloq.com/arxiv/478 saytından asanlıqla hamı yükləyib oxuya bilər.