2. hissə

Kamil İldırımın baş tutmayan gizli görüşü

Onun qapını döymədən öz evinə girməsi adi bir hal almışdı...Evin açarı qapını hər iki tərəfdən açıb-bağlıya bilirdi. Bu səbəbdən Kamilin evə nə vaxt gəldiyini heç kim bilə bilmirdi. Qonaq otağına girib görürdülər ki, oturub divanda, televizorun qarşısında İngiltərə premyer-liqasına baxır. Bəzən elə də olurdu ki, APİ-nin üçüncü kurs tələbəsi, qızı - Fatimə dəhlizdən keçən zaman qapının gözlənilmədən açılmasından diksinirdi...Ümumiyyətlə ailə üzvlərindən nə qızı, nə əsgərlikdə olan oğlu Rasim, nə də övrəti Nazlı xanım onun haqqında o qədər də çox şey bilmirdilər. Onların suallarına lakonik cavablar verməklə canını qurtaran 59 yaşlı yazıçı Kamil, bütün fikirlərini Hitler kimi süfrə arxasında belə öz beynində təhlil edirdi. Bəlkə onun belə tez dünya şöhrəti qazanmasının səbəbi də elə o idi. Ailə üzvləri heç zaman onun belə az danışmasında gileylənməzdilər belə...Axı atalarının məşhurluğu bunu konpensasiya edirdi. Fatimə kursların heç birini öz başıyla oxumasa belə pedaqoqları "Qızım Fatimə, sən Azərbaycanın ədəbiyyat nominasiyasında ilk Nobel mükafatı almış dahi yazıçısının qızısan, biz sənə dörd yazsaq bilirsən bizi neylərlər...İmtahanlarda heç olmasa nəyisə yaz, axır tələbə yoldaşların görsünlər ki, sən qiyməti özün alırsan" deyə onu xəfifcə məzəmmət edərdilər. Xanımı isə hansı gözəllik salonuna və butik tipli mağazalara girirdi, elə olmurdu ki, həyat yoldaşının yazdığı "Mavi dərya" romanının heç olmasa bir oxucusu tapılmasın...Bu onun məhsul və xidmət istehlakını məkanından asılı olmayaraq güzəştli edirdi.

Onun ailə üzvlərini necə tanıyırlar sualına qaldıqda isə, İldırım ailəsi haqqında tele proqramlar, müsahibələr və tanıtıcı verlişlər televiziya kanallarından düşmək bilmirdi. İlk milyonuna sahib olduqdan sonra Abş-ın Perseus Books nəşriyyat şirkəti ilə beş illik müqavilə imzaladı ki, bütün əsərlərinin eksklyuziv hüquqlarına sahib olan şirkət Kamil tərəfindən yazılmış hər sözə (əlbəttə ki əsər daxilində) 100 abş dolları verməyi öhdəsinə götürürdü, hələ kitabın uğurlu tədavülündən sonrakı ekstra bonuslar bir yana.

Kamil bilirdi ki, hər bir yazıçının, hər bir şairin istənilən əsərindən xırda da olsa səhvlər və uyğunsuzluqlar var...Kamil bu cəhətdən ideal əsər axtarışında idi. Hətta ona nobel mükafatı qazandırmış Mavi Dərya əsərində belə tənqidçilər bir çox uyğunsuzluqlar tapmışdılar. Əlbəttə ki, bütün bunlar bir yana, Nobel mükafatından sonra onun çiyinlərinə ağır məsuliyyət düşürdü...Belə ki, o artıq milyonlarla oxucuya təsir etmək qüvvəsinin sahibi idi...Öz mövzularını və mətnaltı ismarıclarını diqqətlə seçməli idi.
Şənbə günü olduğundan ən çox sevdiyi Liverpul komandası öz meydanında Çelsi ilə oynamalı idi, bütün görüşlərini təxirə salıb evdə həmin canlı matçın başlanmasını gözləyirdi. Yanında duran dizüstü masanın üstündə bir ağzına kimi pivə ilə dolu fujer və bir kasa semeçka durudu. Oyunun başlamasına beş dəqiqə qalmasına ramən artıq stadionda ehtiyat oyunçuların isinmə hərəkətləri etdiyini görmək olurdu.
- Papa, axran bunu verdi...dedi ki darvazanın ağzından tapıb- Kamil başını çevirib
- Nədir elə,...
- Deyəsən məktubdur, üstündə sənin adın yazılıb
Kamil laqeyd şəkildə sarı konverti qızından alıb "Sağ ol" dedi, və dizüstü masanın üstünə atdı. Futbol matçı onun üçün hər şeydən əziz idi. Oyun zamanı isə Kamilin keyfi lap pozulmuşdu, Liverpul birinci hissə ərzində artıq qapısında ikinci qolu görürdü... Cerardın zədəli olması öz sözünü demişdi. Komandalar birinci taymın fasiləsinə yollandılar... Ekranda reklamlar peyda olan kimi, pultun "Mute" - yəni səssiz rejim düyməsinə basıb, gözlərini həmən məktuba zillədi. Sinə cibindən eynəyini çıxarıb taxdı, məktubu əlinə alıb yaxında üstündəki yazını oxumağa başladı...Konvertdə yalnız "Kamil İldırıma" adi diyircəkli qələmlə yazılmış sözləri dururdu. Konverti bir qədər də yaxınlaşdırıb ətrafını iynədi... Yalnız nəmişlik və qurumuş çernil qoxusu hiss edilirdi. Konvertin başını nazik zolaqla, səbirsizcəsinə cırıb, məktubu içində çıxardı.

" ANONİM

Hörmətsiz Kamil bəy, mən Sizin haqqınızda hər şeyi bilirəm...Bu yaxınlarda bütün dünya oxucuları sizin əsl alçaq simanızı tanıyacaq. Mənimlə sabah dağüstü parkda axşam səkkiz tamamda funklyorun yuxarı stansiyasında görüşməsəz sizin alçaq işləriniz haqqında bildiklərim bütün məlumatları ATV və ya digər qalmaqal axtarışında olan kanallara satacağam...
Xa-xa-xa... Deyəsən artıq həyəcanlanmısız...Söhbətin nədən getdiyini bilmək üçün iki söz arasında əlaqəni tapmaq lazımdır...Bu iki sözü isə tapmaq üçün yumşaq yerinizi divandan bir neçə saatlıq ayırmalı olacaqsız. Diqqətli olun.
Birinci söz: Viktor Hüqonun tarixlə bağlı, birdə təkrarlayıram, tarixlə bağlı əsərinin adını rəqəmlərə çevirdikdən sonra , ikinci və üçüncü rəqəmin yerlərini dəyişin
İkinci söz - Həftə içi qəzetinin dünənki buraxılışı, üçüncü səhifə, ikinci sütün, beşinci sətir, altıncı söz.

Sabah dediyim yerdə olmasan özündən küs.

ANONİM"


Kamil heç ömründə bu qədər narahat olmamışdı. Məktubu şalvar cibinə qoyub, televizoru söndürdü. Belə vəziyyətdə futbol onun nəyinə gərəkdi...Axı onun ən böyük sirri heç kimə məlum ola bilməzdi...Bu anonim gədə nəyi nəzərdə tutur görəsən. Bunu aydınlaşdırmaq üçün ona həmən açar sözləri tapmaq gərəkirdi. Birinci sözü tapmaq üçün ya Viktor Hüqonun yaradıcılığı ilə yaxından tanış olan bir şəxsi görmək və ya şənbə günü belə fəaliyyət göstərən kitab evlərini gəzmək lazım idi. Artıq altıya qalmışdı, Bayılda yaşadığından, on dəqiqəyə Tarqovuda olmaq o qədər də çətin olmayacaqdı. Akadembuk bağlı olmasaydı ilk öncə ora gedərdi, belə ki, əmin idi ki istədiyi şey harda da olmasa akadembukda mütləq olacaq. Şənbə olduğundan ilk öncə kitab pasajına yollamağı məqsədəuyğun bildi. Sürdüyü qara İnfinitini Sabir bağının yaxınlığında saxlayıb düşdü fəvvarələrin canına. İlk öncə gözünə Əli və Nino kitab evi dəydi. İçəri girəndə dünya ədəbiyyatından istənilən müəllifin kitablarını tapmaq olardı...Hamsı yeni nəşrlər idi. Görünür satıcı qızın yerli müəlliflərlə arası yox idi...Bəlkə heç ümumiyyətlə kitab oxumurdu. Bunu Kamil qızın onun tanımamasından başa düşdü. Əslində ona belə vəziyyət sərfəli idi.
- Xanım qız, sizdə Viktor Hüqonun hansı əsərləri var?
- Əksər əsərləri var, amma hamsı rus və ingilis dilində tərcüməylədir.
- Problem yoxdur, Siz mənə siyahını göstərə bilərsiz.
- Sizə konkret hansı kitabı lazımdı?
- Elə iş də orasındadır ki, dəqiq bilmirəm...Yaxşısı mənə deyin onun tarixlə bağlı hansı kitabları var?
- Məncə onun əksər əsərləri elə tarixlə bağlıdır, bu saat...gözləyin siyahını gətirim.
Bir neçə dəqiqədən sonra
- Budur siyahı... "İsland Han" ilk romanı "Yeni mədhiyyələr" şerlər toplusu "Kromvel" dramı I ci və II cildlərdə, "Mədhiyyə və balladalar","Şərq poemaları" ,"Marion de Lorm" dram əsəri, "Ernani" dramı üçüncü və dördüncü cildlərdə, "Gənc Fransa" inqilabın himni olacaq mədhiyyə,"Noterdamlı qozbel" romanı "Kral əylənir" dram əsəri beşinci cilddə, "Edam məhkumun son günü" ,"Klod He", "İşıq və kölgə" şerlər toplusu "Bir cinayətin tarixi" "Cəzalar" ,"Düşüncələr" poetik avtobioqrafiyası altıncı və yeddinci cildlərdə, "Əsrlərin əfsanəsi" tarixi poeması səkkizinci cildə, "Səfillər" özü isə beş cilddə , ümumilikdə elədi 14 cild...
- Yox bu adlar mənə heç nə demədi. Təşəkkür edirəm- deyə dükandan çıxacaqdı ki, birdən satıcı qız
- Məllim, onun daha bir cildi olmalıdı, amma hələ sifariş verməmişik...çünki hələ az tirajla çıxır
- Ordakı əsərləri təxminən bilirsiz?
- Təəsüf ki yox...İnternetdə axtarsaz yəqin taparsız
- Birdə sağol - deyə kitab evini tərk edib fəvvarələrlə aşağı, kitab pasajına doğru istiqamət tutdu.
Pasajda ilk öncə piştaxtanın üstündə olan işlənmiş kitablara göz gəzdirdi, istədiyini tapmayıb satıcıya dilləndi.
- Viktor Hüqonun kitabları var?
- Viktor Hüqo...hmm...Səfilləri axtarırsız...
- Xeyr...başqa əsərlərini
- Onda Oleqin dükanına girin, bax bizim arxamızda binanın içində o dükanı görürsən, gir ora, onda məncə olmalıdı Hüqonun əsərləri

Kamil kişiyə təşəkkürünü bildirib, deyilən yerə daxil oldu, ömründə bu qədər səliqəsiz, tör-töküntü kitab mağazası görməmişdi,...kitabların solmuş rəngindən və nəm qoxudan bilməy olurdu ki, burdakı kitablardan ən cavanının iyirmi beş otuz yaşı var. İçəridə bir arıq, (yaşı altmış olar) rus mənşəli kişi əyilib yerdəki kitab qalağı arasından özünə lazım olan kitabları seçib sütun şəklində şaquli düzürdü. İçəri daxil olan müştərini görüb dombalmış vəziyyətini dəyişmədən soruşdu.
- Şto nada ?
- Viktor Hüqonun kitabı lazımdı
- Opyat eti "Səfillər"...unas uje zakonçilsya, i "Çelovek kotorıy smeyotsya" toje net
- Bəs hansı kitabı var
- Burda biri var, amma bilmirəm dəqiq, ya dumayu, nəsə istoriçeskidi, qoy baxım - müştərinin israrla azərbaycan dilində danışdığını görüb, məcbur oldu o da bildiyini bu dildə desin
- A vot ana... "Devenosta tretiy qod"
- A kakoy qod imenno? Kakoy devenosta tretiy
- Şyas baxarıq...-bir neçə dəqiqədən sonra- a...eto a Fransuzkoy revalyutsii - yenə də azərbaycanca - Min yettiyüs doqsan uç.
- Min yeddi yüz doxsan üçüncü il
- Da toçna...U menya Azerbaycanskiy prosto ulyet...
- Alıram - deyə kitabın pulunu ödəyib tez yaxınlıqdakı qazet köşkünə doğru qaçdı. Artıq birinci söz məlum idi 1793. İkinci rəqəmlə üçüncü rəqəmin yernini dəyişdikdə alınır min doqquz yüz yetmiş üçüncü il...Hələ bu söz ona heç nə demirdi...Bu onun gənclik dövrü olub...O qədər şey baş verə bilərdi ki...

*** *** ***
Stres və əsəb gərginlikləri zamanı sərin kaqor şərabı içməyə vərdiş etmişdi. İki qurtum "qırmızı qandan" alıb yarımçıq qədəhi dizüstü masaya qoydu. Yenə də öz sevimli divanında əyləşmişdi. Dərin bir ah çəkib, belini söykədi divana. Artıq özünü rahat hiss edirdi. Belə ki, Kamilə məlum oldu ki, həmin anonim şəxsin belə yalnız özünə məlum olan şey haqqında xəbəri yoxdur. Bu tapmacalar axı nəyə lazım idi?! Kamil belə analiz etmişdi ki, həmin anonim şəxsin əlində bir o qədər də çox və yetərli məlumat olmadığından vaxtı uzadıb tapmacalardan istifadə edirdi. Əks halda dərhal həmən gün Kamillə görüş təyin edərdi. Tapmacaya qaldıqda isə, belə məlum oldu ki, birinci söz 1973 ikinci isə Dilarə. Kamil hələ maşında ikən bir əlində qəzet bir əlində qələm, ikinci açar sözü tapanda, söhbətin nədən getdiyini başa düşdü.
Özündən on yaş böyük Dilarə adlı bir xanımla eşq macərası yaşamışdı. Artıq bütün oxucularına tərcümeyi halından məlum idi ki, Kamil İldırım, uşaq evində böyüyüb. Valideynlərinin kimliyi haqqında məlumat yoxdur. Məhz buna görə onun bəzi ədəbi düşmənləri, onun erməni soyundan da ola bilməsi ehtimalını irəli sürürdülər. 1973-cü ildə Kamilin 23 yaşı vardı, artıq iki il idi ki, yetimxananı tərk etmişdi, qaranlıq həyatına qədəm qoymuşdu,...həyatının bu hissəsi isə yalnız nadir adamlara məlum idi ki, onların yarısı artıq dünyasını dəyişmiş, qalan hissəsi də barmaqlıqlar arxasında ömürlük cəzasını çəkirdi, onlar isə çətin ki, Kamil İldırımın, həmən, çağırdıqları "Oğru pişik" ləqəbli balacaboy Kamil olduğuna inanaydılar... Dilarə də onun kimi oğru həyatı yaşayırdı. Artıq bir neçə xırda məhkumluğu belə var idi. Həmən sözü gedən 1973-cü ildə Kamil olmasaydı, Dilarə çoxdan bu dünyada olmazdı,...belə ki, Dilarə axmaqlığı ucbatından, əvvəllər oğru olmuş lakin korrupsiya yolları ilə mikro hakimiyyətə yəni icra hakimiyyətində şöbə müdiri olmuş və öz tülkülük məharətinə görə barmaqlılarda "Yəhudi Nazim"-in cibinə girmişdi...Bu həqiqətən də böyük axmaqlıq idi,...axı Nazim ondan daha təcrübəli idi...Nazim qızı ifşa etsə də, onu milisə vermir, oğruların yazılmamış kodeksinə görə polis-milis və s. orqanlarla əməkdaşlıq etmək alçaqlığa bərabər olardı. Bu səbəbdən, Dilarəni oğru qanunları çərçivəsində cəzalandırmağı qərara aldı. İkindi namazının girdiyi vaxt, onu Balaxanı zibilliyi tərəfə, lazımsız şahidlərdən uzaq yerə aparıb, əvvəlcə yaxşıca çırpırdı. Xeyr...onun ağlından zorlama kimi alçaq fikirlər keçmirdi,...o sözün əsl mənasında qanuni oğru idi, və oğruların kodeksini özünə yapon samurayları kimi həyat yolu seçmişdi. İş elə gətirmişdi ki, milisdən canını güc bəlayla qurtarmış Kamil, naviqasiyanı itirdiyindən mərkəzi yola çıxmaq əvəzinə, böyük zibilxanaya çatmışdı...Öz dost-aşnalarından tez-tez eşidərdi ki, zibillikdə nə istəsən tapmaq olar, milis təhdidində zibilə atılan yarımçıq narkotikdən tutmuş, işləyən televizor lampoçkalarına kimi. Nə qədər ona inanılmaz görünsə də, balaca Tofiq olmayan anasının canına and içirdi ki, cibində gəzdirdiyi tete pistoletini belə zibilliklərdən tapıb...Kamil əlinə fürsət düşmüşkən göz gəzdirməyin heç bir ziyanı olmadığını hesab edib, uzaqdan rəngarəng təpələr şəklində görünən zibilliyə tərəf ayaq aldı. Təsadüfən orta yaşlı dolu bir kişinin bir cavan qadını ayaqları altına alıb, heyvancasına təpikləyərək "Ay cındır, sən heç bilirsən mən kiməm" tez tez təkrarlayırdı. Həmin qadın isə görünür çox ağrılı zərbələr aldığından, fasiləli sakit səsi ilə, "Qurban olum, qutar...qələt elədim...vurma" deyə yalvarırdı. Elə cibindən tapancanı çıxarmaq istəyirdi ki, gözünün altında qaraltı hiss etdi, başı gicəlləndi, qulağına yaxınlıqda mina işə düşmüş kimi vıyıltı səs gəldi, əlini təpəsinə aparıb yenidən gözləri önünə gətirəndə isə qanı görüb huşunu itirdi və yerə sərildi. Bu kölgə tək gözə dəymədən Nazimin arxasına keçmiş və ona arxadan Göygöl şərab butılkası ilə təpəsinə zərbə edirmiş Kamil tərəfindən atılmış doğru addım idi...Belə ki, qanuni oğru Nazim oyananda belə, kimin zərbə endirdiyini görmədiyindən, vendetta fikrinə düşməyəcəkdi.
Kamillə Dilarə ilk dəfə belə qeyri-ideal yerdə tanış olmuşdular - adi tanışlıqlardan fərli olaraq aqressiya, iyrənc qoxu və zorakılıq fonunda. Sonralar onlar bir-birlərinə o qədər yaxın olmuşlar ki, oğruluq "kampaniyalarını" duet şəklində həyata keçirirdilər...Kamil yerli Baki mafiasının qara siyahısına düşdüyündən,( Tank Namiqin qızına sataşmışdı) Dilarəyə də xəbər vermədən vətəni tərk etmiş və Ukraynaya qaçmışdı...Onun sivil həyata və ictimai fəaliyyətə qədəm qoyması həmin dönüş nöqtəsindən asılı idi.

*** *** ***
Növbəti gün təyin olunmuş vaxtda nə qədər qəribə görünsə də, Kamil Funklyorda deyil, həminki divanında oturmuş və heç bir şey olmamış kimi digər canlı futbol matçını seyr edirdi...O bilirdi ki, anonim yaramazın dediklərinin təsdiqi üçün Dilarə heç vaxt kiməsə olanlar barədə bir kəlmə də ağzından qaçırmaz. Ən çox isə ona sevinirdi ki, onun ən böyük sirrini özündən başqa bilən yox idi.
Kamil tülkücəsinə gülümsədi...

*** *** ***
Futbolçular yenidən fasiləyə ayrılanda, Kamil yenidən bir daha olanları analiz etməyi qərara aldı. Artıq təyin olunmuş görüş vaxtından yarım saat keçirdi. Birdən Kamilin ağlına gələn fərziyyə özünə o qədər inandırıcı gəldi ki, özünü məzəmmət edərcəsinə iş otağına qaçdı və masanın sol gözündən həmin konverti və məktubu çıxartdı. "Hardasa, lupam olmalıydı...Hmm...Görəsən axırıncı dəfə səni hara qoymuşam" Nə qədər də qəribə görünsə otaq tör-töküntü, kitab yığını, köhnə masaüstü personal kompyüter, artıq istifadə olunmadığı üçün yerdə olan digər iki kompyuter-kompleks şəkildə- siçan, klaviatura, ekran, printer...elə bil onun bu otağı pentium şirkətinin inkişaf mərhələlərini sərgiləyirdi. Birinci kompyuterin sistem blokunun sütunvari deyil, eninə uzanan "ploskiy" deyə adlandırılan modeldən olmasından onun pentium bir seriyasına aid olduğunu ehtimal etmək olardı. Bundan əlavə hara baxırdı A4 və A3 formatda yazı qalaqları, otağın ətrafına sərasər xaotik şəkildə düzülmüşdü. Ailə üzvlərini heç vaxt otağa icazəsiz buraxmadığından otağa təmizlik barədə azı beş il idi ki, qadın əli dəymirdi.Özü isə nadir hallarda otağın təmizliyi ilə məşğul olduğundan, hara baxırdın qalın toz qatının altında qalmışdı. Otaq bir cəhətdən ideal idi ki, Kamil bu otağa adamın ağlına nə gəlirdisə, Çin istehsalatı kimi, iynədən tutmuş silaha kimi əksər lazımı şeyləri yerləşdirmişdi...Otağın təsvirini apardığımız bütün müddətdə Kamil ayaq üstə eyni vəziyyətdə durub fikirləşirdi. Yəqin etdi ki, axırıncı dəfə ümumi enkslopediyanın 2 ci cildinə baxanda - molyuskalar haqqında məlumat axtarırdı- şriftlər həddindən artıq kiçik olduğundan ondan istifadə etmişdi. Bu isə olardı hardasa 3 il bundan əvvəl...Tez qaçıb otağın ön divarı boyunca beş metrə uzanan kitab rəfinin ən axırıncı pilləsində yanakı deyil, rəfə çətinliklə yerləşdiyindən uzanmış şəkildə olan ensiklopedianın ən üstə olanına əl atdı. Aşağı götürəndə gördü ki, birinci cilddi, növbəti isə elə ikinci cild idi. Kitabın ağzının tam bağlanmamasından Kamil əmin oldu ki, lupanı elə axtardığı M hərfinin bölmələrindən birində, çox güman ki, molyuskalar olan hissədə qoyub. Elə də oldu, lupanı çıxarıb əynindəki köynəyi ilə lupanın tozunu təmizlədi. Masa arxasına keçib konvertin və məktubun tədqiqatına başladı...Nə qədər əlləşsədə heç bir iz tapmadı. Hirsindən lupanı laqeydcəsinə masaya vızıllatdı. Fikirləşdi ki bəlkə qoxuyla bir şey öyrənə bildi. Birinci dəfə bu məktubla tanış olanda konverti iyləmişdi, indi isə məktubu iyləmək fikrinə düşdü. Gözlərini yumdu, sağ əlində məktub, sol barmaqları ilə burnunu sıxdı, bir neçə saniyəlik nəfəs almadı, burnu bağlı vəziyyətdə məktubu burnunun ucuna tutdu və qəfil barmaqlarını boşaltdı, dərindən qoxunu içinə aldı...Məktubdan əgər qoxuya məsafə kimi baxsaq, çox uzaqdan qadın ətrinin qoxusu gəlirdi...Kamilin ehtimalı düz çıxdı...tez qapıya atılıb evdən çıxdı ki, bəlkə anonim onu hələ də dağ üstü parkda gözlədi...
Axı məktubu yazan elə Dilarə özü idi...

Oxşar məqalələr

3 şərh

fidan
eternalsun,axı bu ikinci hissənin birinci və üçüncü hissə ilə əlaqəsi yoxdur?
eternalsun
Nə kimi əlaqənin olduğunu sonda biləcəksiz...əlbəttə sonadək oxusaz…
papatürk
Müəllif,bu gedişlə getsən,Kamal İldırım,yəni Nobel mükafatı alan sən ola bilərsən.Əla!