3. hissə

Növbəti qurban

- Az, Günel axşam mən bəlkə xalam qızı gilə getdim, otağı yığmaq bu gün sənin boynuna - deyə Günelin otağ yoldaşı, Səlimə o da tələbə - Azərbaycan Universiteti - psixoloqiya ixtisası üzrə- və həmkirayəçi yazıqcasına Günelin cavabını gözlədi
- Saat neçədə gedirsən?
- Dəqiq bilmirəm, nə vaxt zəng vurar onda, da gedərəm...işdən gələndən sonra.
- Bu gün nəisə həmişəkindən fərqli geyinmisən...nə baş verib...- Səlimənin üzü qızardı
- Hmm...bu gün xalam qızının yoldaşının qırxilliyidi...bir də ki,
- Birdə ki, nə?
- ...birdə ki..., Orxanda ora gələcək
- Orxan kimdi az...
- Zibeydənin kiçik qaynı...Nəsə...xoşum gəlir ondan- yenə qızardı
Səlimə mətbəxə gedəndə Günel yenə fikrə getdi...Müəllimlikdən əlavə , nə qədər özündə biruzə etməsə də, Asifi dəlicəsinə sevirdi...lakin bunu özündən başqa heç kimə bildirməmişdi...Hətta ümid edirdi ki, Asiflə evlənəcək...hər dəfə Asifin simpatiyası ümidi ilə saçları gözəl daranmış, səliqəli üst-başla ona ziyarət edərdi...Lakin görünür onda sublimasiya həddindən artıq güclü getmişdi...qadın sevgisinə və əks-sevgiyə ehtiyacı yox idi...Amma yəqin ki, Günelin ona qarşı onsuzda istər-istəməz üzə çıxan hisslərini bilirdi...Məhz buna görə, Səlimənin bu hərəkəti ona özünü xatırlatdı...gözlərini yaş gəlmişdi ki, tez gözlərini sildi ki, otaq yoldaşı görməsin. Çox qəribədir ki, müstəntiq də onların arasında nəisə olduğunu hiss edirdi...yəni məhəbbət onu bu qədər kor etmişdi ki,...ətrafdakılara hər şey aydın olsun?!- deyə hey öz-özlüyündə fikirləşirdi.

*** *** ***
Günel rəfiqəsinin evdən çıxmasını görüb, tez çantasından həmin müəmmalı sarı vərəqəni çıxartdı və yazacağı davamla ardıcıllığa sadiq qalmaq məqsədilə yarımçıq əsəri bir daha oxudu.

" İlk öncə ona iki gün bundan əvvəl yaxınlaşmaq istədim. Elə bil kimsə bilərəkdən onu dərsə buraxmamışdı. Bir gün əvvəl isə mənim bəlkə də bütün kurslar ərzində qızıl anım idi. Politologiya dərsi zamanı keçirilən parlament debatına yaxşı hazırlaşmışdım, qara kostyum, qalstuk, lakla arxaya daramış saç düzümü...bir sözlə efirdə idim. Nə qədər gülməli səslənsə də doğrudan da İtaliyan mafia başçılarına bənzəyirdim. Amma çox cəlb edici görünürdüm...Çıxışımı da yaxşı etdim, öz natiqlik bacarığımla və bir sıra tülkü yollarla (rəqibim Gülarə idi, ona qalib gəlmək üçün mütləq inkar tərəfini tutmalı idim...belə də etdim) qalib gəldim...Qrup qızlarının hamısının gözləri məndə idi, mən doğrudan da natiqlik bacarığı və görkəmimlə onları valeh etmişdim. Samir müəllim məni qalib elan etdi...Qızlar elə hey mənə simpatiya əlaməti olaraq gülümsəyirdilər. Amma neyləmək olar. Heyf. O, bu anı görmədi, evdə xəstə idi. Halbuki bütün hazırlığımın məqsədi onun simpatiyasını qazanmaq idi...


TAMAMLA..."
Əvvəlcə Günel qələm axtarışına başladı, otağı başdan ayağa hələm-vələm edib, nəki qələm var evdə hamsını tökdü masanın üstünə, bir qaralama kağız parçası da götürdü...Qələmlərin rənglərinin seçilməməsi üçün, həmin onlarla qələm növünü bu qaralamada sınaqdan keçirdi...Nəhayət ən müvafiqini seçib, təxəyyülünü işə saldı, əsəri daha da romantik etmək həvəsiylə. "Tamamla..." olan yazından iki santım buraxıb başladı:

" O çoxdan bəri gözlənilən gün, nəhayət ki, gəldi...Arzu sağalmışdı, dərsə də gəlirdi...Bu mənim şanlı anımdan düz bir həftə sonra baş verdi...Mən artıq çoxdan bəri hazırlaşmadığım ikili söhbətin qabaqcadan olan şablon sözlərini unutmuşdum...Axı hardan bilə bilərdim ki, məhz o gün, özü də ikinci dərsə, Marketinq dərsinə gələcək...Lap sözləri unutmasaydım belə, onu gözəlliyini görcək...çaş-baş qalıb...sözləri unudacağdım...Bilmirəm ki, yalnız mənim gözümdə o belə gözəl idi, yoxsa digər insanlar da onun gözəlliyindən məst olurdular, o dümdüz çiynindən aşağı sümbül tək uzanan sarı saçlar, ən gözəl qadın simasının atributlarından olan gözlə burunun şərti xətlərinin kəsişdiyi nöqtədə yerləşən xal, o solğun çəhrayı uşaq gözləri...Qrup otağına daxil olanda birinci baxdığı şəxs mən oldum...Sözün düzü, onun bütün dərslərdə tez-tez mənə tərəf baxması, mənim onun müsbət cavabına və simpatiyasına ümid bəsləməyimə bais olurdu...Mənim xəyali planlar,...hətta bunlar serial şəklini alırdı...qurmağıma təsir göstərirdi...Mənə yenidən baxanda elə bil ürəyim durdu...daha sonra önümdə durmuş müəllimə baxdı və "İcazə olar Rasim müəllim" deyə hələ də azarlı səsi ilə dilləndi...- "Leyla...sənnən nə əcəb...Rumi demişkən "Gəl, gəl, yenə gəl"" Oğlanlı qızlı - gülüş bütün otağı bürüdü ...Gülməyən bir Arzu idi, birdə mən...
...Sonuncu dərs bizim xarici pedaqoq-Konverseyşn adlanan İngiliz dilinin təkmilləşdirilməsinə xidmət edən (belələrini çox vaxt neytiv spiker adlandırırlar) dərsin müəllimi Edvin Vest idi. Həmişəki kimi, amerkanlığını və müstəqilliyini sərgiləmək üçün dərsə gecikirdi...Onun dərsləri bir qayda olaraq dəyirmi masa şəraitində..."

Cümləni tamamlayacaqdı ki, birdən səhifənin dolduğunu gördü, tez televizorun altında olan dolabçadan bir yeni list lakin ağ rəngdə - çıxartdı. Lap yuxarıdan davam etdi.

"...keçərdi...konfrans zalında. Otağın açarını resepşn-ın əməkdaşı Tahir dayı tələbələrə vermədiyindən müəllimin gəlməsini elə tələbələr foedə gözləyirdi...Axırıncı dərs olduğundan məndən başqa oğlanların hamsı qaçmışdı...Mən isə Arzuya yaxınlaşmaq ümidi ilə onun həndəvərində oyan-buyana gedirdim...Təzyiqim çox aşağı düşmüşdü...Ürək döyüntülərimin çox gec olmasından bilirdim...sağ gözüm atmağa başlamışdı...Həyəcan bədənimin hər nöqtəsini ehtiva edirdi...Lakin yanında rəfiqələrinin olması məni tərəddüdə salırdı...Nəhayət özüm-özümə söz verdim ki, dərsdən sonra ona mütləq yaxınlaşacağam...Özüm özümə söz verəndə isə inanın ki, nə desən eləyərəm...çox israrlıyam...Əslinə qalsa, mən Arzuyla tez-tez söhbət edirdim...Amma mütləq bizim ikimizdən əlavə kim və ya kimlərsə də bu söhbətdə olmalı idi...Elə şəraitdə rahat şəkildə bir-birimizə müraciətlər edirdik...fikirlərimizi bölüşürdük...Mənim ona olan məhəbbətim elə belə multi-dialoqların əsnasında tədricən peyda olmuşdu...Özüm də bilmədim necə oldu...Axı birinci kursda mənim ona qarşı heç bir simpatiyam yox idi...Heç bir!...Hətta ona qız kimi o qədər də cəlb edici olmadığı üçün yazığım belə gəlirdi...amma nə etmək olar ki, bu qəlbin açarı bizim əlimizdə deyil...
...Elə bir tərslikdən dəyirmi masada Arzu düz önümdə oturmuşdu"

Günelin bu uydurması artıq özünün də xoşuna gəlməyə başladı, artıq əsərə bir hərəkət qatmağın və emosional partlayış qatmağın vaxtı idi...

"...Dərsin qurtarmağına az qalmışdı Onun baxışlarını öz üzərimdə tutanda, utanıb tez üzünü çevirirdi, yanaqları qızarırdı...Heç olmasa o mənə baxa bilir, mən isə onu da edə bilmirəm...qorxuram...
...Nəhayət zəng vurulur...mən diksinirəm və həyacanım daha da artır, tərəddüd, özünü tənqid, peşmançılıq, məhəbbət bunlar hamsı bir birinə qarışır...ömrümdə bu günə düşməmişdim...Qərara gəlməyim onunla bağlı oldu ki, artıq qızlardan çoxu konfrans zalını tərk etmiş, bəziləri Edvinlə flirt niyyətli söhbət aparırdı... Onun yanından keçib...arxadan işarə barmağımı onun çiyninə vurdum...ətrafdakıları cəlb etmək istəmirdi...Yavaşca "səni bir dəyqə olar"
Onun siması isə nə qədər qəribə olsa da anlaşılmamazlıq ifadə edirdi...Məni çaşdıran da elə bu oldu...Konfrans otağının qabağına çıxdıq...Həyəcandan bütün hazırlaşdığım sözlər yadımdan çıxdı...Bir neçə saniyəlik fasilə yarandı...Məndən fərqli olaraq o olduqca soyuqqanlı idi...Bu isə məni daha çox həyacanlandırırdı.
"Sənin...səninlə..." - özümdən asılı olmayaraq ağzım əyilməyə başladı, dodaqlarım mənə qulaq asmırdı, ayaqlarımda isə dəhşətli üşütmə hiss edirdim...pəltəkləyə-pəltəkləyə "...yaxından tanış ...ol...olmaq ol...ar?"
Cavab isə o qədər tez və aqressiv oldu ki "YOX" Həmin vaxt özümə güzgüdə baxmaq istərdim, bilmirdim bəlkə onu mənim eybəcər hala düşmüş sifətim qorxutmuşdu...yoxsa nədi...Başa düşdüm ki, bu iki ildə mənim serial şəklində inkişaf edən xəyali məhəbbət dünyam məni əsl həqiqətə kor etmişdi...O məni sevmək nədi, heç mənə tərəf baxmırdı belə...hamsı mənim təxəyülümün oyunları idi...Bu şokdan sonra ayaqlarımda, mənə qulaq asmırdı...getmək istəyirdim gedə bilmirdim ki, bu alçaldıcı vəziyyətdən yaxa qurtarım...Arzu artıq sözünü deyib otağa tərəf gedirdi ki, birdən başa düşdüm ki, onun iki rəfiqəsi Gülər, və Aybəniz bu mənzərəni izləyirdilər... "Az...nə istəyirdi sənnən?" -deyə soruşduqlarını eşitdim... "Nə bilim nəsə sarsağlıyır"...Gözlərim yumub bir təhər ayaqlarımı yola gətirdim...Universitetin binasından nə vaxt çıxdığımı hiss etmədim belə...Yeraltı yola tərəf gedirdim ki metroya minib aradan çıxım...mənə yatmaq lazım idi...yatmaq...əks halda belə alçalma məni dəli edə bilərdi...Metroya çatana kimi ətrafdakı insanlar, avtobuslar, binalar, yeri süpürən xadimələr,qızarmış əti nəhəng bıçaqları ilə kəsən dönərçilər, qəzet satan köşklər, bir-birləri ilə şit-şit zarafat edən birinci kurs tələbələri, qiybət edən qocalar, parkda qucaqlaşan cütlər, vauçer dəyişən ağsaqqal kişilər...bütün bunlar sürrealist rəsmlərdə olduğu kimi gözümün qabağından qeyri-adi həndəsi formalarda, bulanıq, ildırım sürətli şəkildə keçirdi...Bir neçə gündən sonra bəzi dostlarım mənə həmin gün nə olduğumu soruşurdular "Sənə o gün nə olmuşdu...yanından keçib sənə salam verirəm, adıvı neçə dəfə çəkirəm, arxadan əlimi belivə vurub çağırıram...elə öz işindəsən düz gedirsən...məndən acıq eləmisən nədi?" Düzdü gözlərim önümə baxsa da, ancaq həmin alçaldıcı anı yenə, təkrar-təkrar, davamlı şəkildə, yenə, təkrar-təkrar, durmadan...yenə...ancaq həmin mənzərini görürdüm.
...Gözlərimi açanda artıq eskalatorla metroya düşdüyümü gördüm...Dərindən ah çəkib başqa şey fikirləşməyə çalışdım...Amma neyləmək olar ki, boşa idi..."

Günel bunları yazan zaman o qədər həyəcanlanmışdı ki, sanki olanlar öz başına gəlmişdi. Özünü yorğun hiss edirdi...əsnəməyə başladı, köhnə və yeni kağız parçasını skrepka ilə birləşdirib ikiqat elədi,büküb, divanın yanında olan İstiot jurnalının arasına qoydu...Gözlərini yumub dərin və şirin yuxuya qərq oldu. Axı Günel nə bilə bilərdi ki, bir neçə saatdan sonra "TAMAMLA" sözü onun mətninin sonunda peyda olacaq...halbuki Günel bunu yazmamışdı.

*** *** ***
Səlimə Günelin divanda yatdığını görüb işığı yandırmadı, artıq axşam namazının vaxtı idi, toranlıq bürümüşdü səmanı... İçəriyə dəhlizin işığı düşdüyündən azdan-çoxdan otaqda olanları görmək olurdu. Masanın üstündə İstiot jurnalının yeni buraxılışını görüb çantasına qoydu... Fikirləşdi ki, yolda oxuyar. Artıq ad gününə getməyə tam hazır idi...Bir daha təhlükəsizlik baxımından hər şeyi, qazı, işıqları və suyu yoxlayıb evi tərk etdi.

*** *** ***
- Istiotu oxuyarsan, təzəsini gətirmişəm, qoydum dolabçanın üstünə- deyə Səlimə xalası qızına səsləndi.
- Gəl dalımca mətbəxə, sənə sözüm var - qonaqlarla dolu masa arxasında oturan iki cici qohumları sinxron şəkildə stullarını arxaya verib, mətbəxə ayrıldılar...Ad günü elə maraqlı, elə rəngarəng keçirdi ki, melanxolik insan kütləsinin azalması məclisə o qədər də ziyan vurmazdı. Halbuki Səlimə heç də melanxolik deyildi,...sadəcə onun qarşısında Orxan oturmuşdu. Elə hey yanaqları qızarırdı. Qarşısında oturan Orxana utandığından nadir hallarda baxsa belə, Orxan ona tərəf bəlkə yalnız bir dəfə, otaqda olanlara ilk ümumi baxış zamanı baxmışdı ki, bu da bir növ reflektik hal idi. Onun fikri daha çox ad gününü sirkə çevirmiş dəm əmisi Tofiqdə idi. Orxan atası elə hey sağlıq demək istəyirdi ki, birdən Tofiq əmi yerbadamı kimi qalxıb öz natamam tostuna başlayırdı...elə bil Orxanın atası boş-boşuna ayağa qalxmışdı...Hamının güldüyünü görüb Kazım da qardaşının bu axmaq hərəkətinə güldü...lakin bunu hiddətini biruzə verməmək dolayından etdi.
- Mən sağ-sağ-hpp-hpp-deyə sözün yarısında gegirdi, məclisdəkilərin isə yarısı gülməkdən qırıldı getdi, Tofiq əmi heç nə olmayıbmış kimi öz sağlığına davam etdi- mən sağlıq deməy istəyirəm- masanın o biri başından gülüşlə tamamlanmış bir replika eşidildi lakin Tofiq həmən kəsi görə bilmədi
- Uje, altıncı dəfə di ki eyni sağlığı deyirsən, məyər yadında deyil. "İstərdim bu badəni qaldırım bizim atamız Şəmşirin sağlığına, o kişi olmasaydı biz bu dünyada olmazdığ" artıq beşinci dəfə bu tostu təkrarlayanda həmən atan Şəmşir getdi yataq otağına dincəlməyə...Di bəsdidə əzbərlətdin camaata.
Tofiq dayının bir cəhəti yaxşı idi, ki, ona qarşı deyilən hər bir sözü diqqətlə dinləyirdi, belə sözlər tənqidi xarakter daşısa belə. Lakin heç nə deyilməmiş kimi yenidən öz altı dəfə təkrarladığı tostuna davam etdi
- Həə...Deməli harda qaldım... Həə...İstərdim bu badəni qaldırım bizim atamız Şəmşirin ...
Masanın arxasındakılar elə bil gülüş xəstəliyinə tutulmuşdular gəl görəsən, otaqdan küçəyə aydın eşidilən qəhqəhə səsləri çıxırdı, Tofiq dayı isə hələ də heç nə olmayıbmış kimi, qızıl sağlığını tamamladı.
Mətbəxdə.
- Orxanı çağırım mətbəxə- deyə xala qızı Səlimənin qulağına pıçıldadı
- Yox...sən Allah yox, axı çağırıb nə deyəcəysən...bir dəki onun mənnə deyəsən heç xoşu gəlmir
- Boş-boş danışma...Srağagün yoldaşımla sənnən danışanda o da söhbətə qoşuldu, sənin layihənlə maraqlanırdı- elə bil bu fikir qanad açıb Səlimənin qəlbinə qondu...Görəsən niyə bu vaxta qədər ağlıma gəlməmişdi-deyə özlüyündə fikirləşdi
- Afərin, xalaqızı...-marçıltı ilə bərkdən Zibeydənin yanağından öpdü, üzündə su izlərinin qaldığını görüb tez əlində gəzdirdiyi yaylığı ilə qohumunun üzünü sildi
- Di , gedim çağırım...deyərəm ki, guya sən onu da bu təşkilata üzv etmək istəyirsən
- Həə...get-get...Dur, hələ bir mənə bax, necə görünürəm
- Əla
Xalası qızının təsdiqinə ramən, tez-bazar çantasından güzgü daraq çıxardı,...saçını operativ şəkildə hamarladı, parfum ətiri çıxarıb boynuna iki dəfə vurdu...Atasının nəzarətindən uzaqda qalmış Səlimə artıq kompleksiz şəkildə geynə bilirdi. Geydiyi sarı dar kofta onun çiyinlərini və sinəsinin yuxarı hissəsini açıqda qoymuşdu, geydiyi qara yubka isə dizlərindən də yuxarı idi. Rəssam gözündə qədər də gözəl olmayan, lakin adi susamış kişi baxışı ilə ağız sulada biləcək çılpaq ayaqlarını gözə soxmaq üçün bir qədər də yubkanı yuxarı qaldırdı, və cəlb edici bir pozada soyuducuya söykəndi...Düz deyirlər ki, şeytan çox vaxt imansız qadının əlindən tutur. Harda kı naməhrəm ikili var, üçüncüsü avtomatik olaraq şeytandır...Zəmanəti də var.
Öz ehtiraslı görünüşü ilə istədiyinə nail olan Səlimə sevincindən yol boyu uçurdu. Səlimə Ekoloji debatlar üzrə tələbə təşkilatının sədri idi, Orxanı da bir keçmiş tələbə kimi həmin təşkilata soxmaq üçün əlindən gələni edəcəkdi...Axı artıq bir-birlərinin mobil nömrələrini mübadilə etmişdilər.

*** *** ***

Qapını açıb içəri girəndə, gördü ki, otağı necə tərk etmişdisə elə də qalıb,...Sanki bu altı saat ərzinə Günel bir dəfə də olsun ayaqyoluna və ya mətbəxə çay tökməyə getməyib...İçəri buzxana idi...Yəqin heç dördgöz peçi də yandırmayıb...Uca lakin kefi kök səslə zarafatyana:
- Az qıjı...ay qıjı...oyan da bə...az oyan da bə...Az bu qədər yatmaq olar.
Lakin hələ də cavab gəlmirdi. Ayaqqablarını çıxarıb otağa tərəf istiqamət aldı...Hələ dəhlizdə burnuna qəribə dərman qoxusu gəlmişdi. İşığı yandıranda Günel artıq divanda deyil, kresloda oturaq vəziyyətdə yatmışdı...Bu heç də Səlimənin xoşuna gəlmədi...Ani olaraq ağlından Günelin ölməsi fikri keçsə də, dərhal bu fikri rədd etdi. Qızı silkələyib "Az oyan...bu qədər yatmaq olar"
Bir neçə dəfə təkrarladıqdan sonra heç bir effektin olmadığını görüb təşfişə düşdü, qulağını qarnına söykədi və lap dəhşətə gəldi, qız nəfəs almırdı. Gözlərinə su gəlsə də hələ özünü ələ almışdı, yalnız dodaqaltı başadüşülməz sözlər deyirdi. Başını hər iki əli ilə sıxıb, gözü dolabçanın üstündə, Günelin əli altında...bir ağ sulu dərman qabı və adətən korvalol damcıları üçün nəzərdə tutulmuş kiçik rumkaya sataşdı. Günelin özünü zəhərlədiyini başa düşüb tez qonşu mənzilə qaçdı və təcili tibbi yardım çağırdı.

0 şərh