4. hissə

Müstəntiq Talıbovun versiyası

- Sən doğrudan da dahimişsən...Malades.- Talıbov təzəcə şöbəyə girmişdi ki, həmkarı Aslan onu qabaqladı
- Əvvala salam, indi de görüm nəyi deyirsən?
- Hmm...Heç adamın ağlına gələ bilərdimi ki, iki gün bundan əvvəl bu şöbədə başqa ölüm hadisəsi haqqında izahat verən kəs bu gün özü də o dünyaya yollanacağ.
- Nəyi deyirsən başa düşə bilmirəm,
- Demək istəyirəm ki, sənin versiyan deyəsən düz çıxdı...Həmin ölən yazıçıyla xalası qızı arasında elə deyəsən nəisə var idi...Qızı dünən gecə evdə ölmüş tapıblar...özünü zəhərləyib...Yəqin hansısa əclaf hər ikisini nəiləsə şantaj edirdi...Elə bəlkə də qeyri-nigah əlaqələrindən.

- Günel Məhərrəmova?...O da ölüb

- Hə...dünən. Kanalların əksəriyyətində xəbər şəklində yayılıb. Əmimoğlu həmin ərazinin ekspertidi. Deyir qız özünü sianid-kaliy-lə zəhərləyib...Onu çox vaxt suisid yəni özünəqəsd niyyətli və manyakal psixozu olan xəstələr verirlər...yalnız sıfır tam onda iki qram...şəkər tozu şəklində kristaldır...suya qatıb həll edir, sonra içirsən...Bir tam onda yeddi qram kifayətdir ki, özünə qəsd edəsən...Səncə o nəqədərini suya qatıb
- Nə qədər
- Elə dəqiq bə dəqiq bir tam onda yeddi qram...Yəni o bu faktı bilə bilərdi, axı özünü öldürən adamın bunu bilmək və bir simvolika məqsədilə dəqiq dozanı seçmək nəyə lazım...Həm də bir şey var ki, sianid-kaliy ac qarna daha tez təsir göstərir...
- Mənim özümə maraqlıdır ki, bizim şöbənin işlərini qoyub digər yerlərə burnuvu niyə soxursan...
- Çox maraqlıdır...Yarım saata əmimoğlu növbətçi verlişinə müsahibə verəcək baxarsan.
- Oldu- deyə öz otağına istiqamət almışdı ki, Aslan artıq əlini qapının dəstəyinə atan Talıbova
- Bir də, maraq xatirinə deyirəm,...bir də gördün də , lazım oldu, sianist-kaliyin padzəhri...
- Padzəhr nədi? Adam dilində danış...
- Padzəhr...öz dilimizi də bilmirsən...zəhər əleyhinə vasitə...yəni həmin zəhərin padzəhri...-maraq doğurmaq məqsədilə özü bilərəkdən bir neçə saniyəlik fasilə etdi...- adam heç ağlına da gəlməz...adi qənd tozu...qənd nə bilim şəkər...Dedim də bəlkə lazım oldu...Ax...Yadıma düşdü, qoy birini də deyim...
- Elə bilirsən sən mənə buları deyirsən, mənim hamsı yadımda qalır...sənin yerin Milyonçu verlişidi, ta burda nə işin var
- Qoy birində deyim, mən ölüm inciyərəm...Deyilənə görə sionid-kaliy acı badam dadı verir...Amma məzəli yeri ondadır ki, elmi mənbələrdə də "deyilənə görə", "təxminən" sözləri ilə göstərilir...Çünki onun həqiqi dadına baxanların yarısı psixiyatrik disponserda Napalyon-Qitler oynu-oynuyur yarsı da artıq o dünyaya təşrif buyurub...Dəqiq yoxlamaq istəsən ya gərək ölü olasan ya da dəli...Xa-xa-xa
Talıbov heç bir söz demədən otağına girdi, bir neçə raport yazandan sonra Günel Məhərrəmovanın intihar hadisəsilə bağlı reportaja baxdı.

Oxşar məqalələr

0 şərh